Maqnezium bir sıra mühüm fizioloji reaksiyalarda bilavasitə iştirak edir.
Sinir sistemində ləngimə prosesini inkişaf etdirir. Dəmir oksidləşmə proseslərində katalizator rolunu oynayır, hemoqlobinin tərkibinə daxildir və oksigenin daşınmasında iştirak edir. Dəmirə sutkalıq tələbat 10 mqa yaxındır.
Orqanizmdə yod çatışmadıqda, endemik ur xəstəliyi baş verir. O, qalxanabənzər vəzinin hormonları ilə birlikdə (tiroksin) karbohidrat mübadiləsini sürətləndirir, qlükozanm mədə-bağırsaq sistemindən qana sorulmasmı aktivləşdirir. Kükürd zülal molekullarınm fəza quruluşunun təşkilində iştirak edir.
Mineral maddələr orqanizmdə istifadə olunduqdan sonra tər, sidik və nəcislə xaric olunur və yaxud müxtəlif orqanlarda toplanır ki, bu da bəzi xəstəliklərə səbəb olur.
Ümumi bədən kütləsinin 0,001%-dən az hissəsini təşkil edən elementlərə (manqan, sink, mis, molibden, kobalt və s.) mikroelementlər deyilir. Belə cüzi miqdarda olmalarına baxmayaraq, mikroelementlərin çatışmaması orqanizmin funksiyalarının ağır surətdə pozulmasına səbəb olur. Çünki onlar normal həyat fəaliyyəti üçün vacib olan fermentlərin, hormonların və vitaminlərin tərkibinə daxildir.
Su bütün orqanizmlər kimi insan orqanizmi üçün də əvəzedilməz mayedir, insan suyu qidanın tərkibində və sərbəst qəbul edir.
Müəyyən qədər su orqanizmdə üzvi birləşmələr parçalandıqda əmələ gəlir. Su universal, həm də amfoter xassəli həlledicidir.
Bizi əhatə edən su (N2O) + 100°C temperaturda qaynama, 0°C-də buzlaşma qabiliyyətinə malikdir, rəngsiz, qoxusuz və dadsız mayedir. İnsan orqanizminin çəkisinin 65-70 faizini təşkil edir. Su hüceyrələrin və qanın əsas hissəsi olmaqla yanaşı, orqanizmdə gedən maddələr mübadiləsində, 0 cümlədən, bioloji sintez və parçalanma reaksiyalarında bilavasitə iştirak edir. Susuzluq şəraitində insan yalnız 5-7 gün ərzində yaşaya bilər.
Yetkin insanın sutkalıq su balansı 2,5-2,8 litrə çatır. Sutka ərzində insan orqanizmində xeyli miqdarda ağız suyu, mədə və bağırsaq şirəsi kimi məhsullar əmələ gəlir və yenidən qana sorulur. Sorulmayan hissə tənəffüs, tər, sidik və nəcislə xaric olur. Sutka ərzində insan orqanizmi 2,5 litrədək su xaric edir.
Su mübadiləsi vahid neyro-humoral mexanizm vasitəsilə tənzimlənir. Hipofiz, böyrəküstü və qalxanabənzər vəzilərin hormonları və eləcə də ara beyində yerləşən xüsusi «susuzluq» mərkəzi su mübadiləsinin nizamlanmasında bilavasitə iştirak edir.
Vitaminlər. Vitaminlər (latınca. "vita"- həyat) üzvi birləşmələr olub, insan və heyvanların qidasının zəruri hissəsidir. Son vaxtlar 50-yə qədər vitamin aşkar edilmişdir. Bu elmin yaradıcısı rus həkimi N.İ.Lunin olmuşdur.
Maddələr mübadiləsinin tənzimində çox cüzi miqdarda vitaminlər lazımdır. Vitaminlər bitki və heyvan mənşəli olur. Vitaminləri latın hərfləri ilə işarə edilir.
Qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur. Vitamin çatışmamazlığı yəni avitaminoz zamanı sinqa,raxit,qanaxma,boyatmanın ləngiməsi və s. kimi xəstəliklər baş verir. Vitaminlər iki qrupa bölünür:
suda həll olan (C vitamini və B qrupu vitaminlər),
yağda həll olan (A,D,E,K) vitaminləri aiddir.
Dostları ilə paylaş: |