İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə



Yüklə 222,39 Kb.
səhifə107/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   119
Zülal mübadiləsi.

  • Yağ mübadiləsi.

  • Su mübadiləsi.

  • Mineral maddələr mübadiləsi.

  • Vitaminlər.

  • Karbohidratlar mübadiləsi.

  • Energetik mübadilə.

    Bütün bu mübadilə prosesləri müxtəlif səviyyələrdə fəaliyyət göstərən tənzimləyici mexanizmlər vasitəsilə idarə edilir. Bu mexanizmlər mərkəzi sinir sistemi vasitəsilə idarə edilir. Mərkəzi sinir sistemi bilavasitə və hormonlar vasitəsilə bütün mübadilə proseslərini əlaqələndirir. Bəzi hormonlar maddələr mübadiləsinin yalnız bəzi növlərinə tənzimləyici təsir göstərir. Qalxanvari vəzin hormonları daha çox zülal mübadiləsini, mədəaltı vəzin və böyrəküstü vəzilərin hormonları şəkər və yağ mübadilələrini, böyrəküstü vəzilərin və hipofızin bəzi hormonları isə su və duz mübadiləsini aparırlar.

    Zülal mübadiləsi. Zülal molekulunun tərkibində 50- 55% karbon, 6,5-7,3% hidrogen, 21-24% oksigen, 2,4%- dək kükürd və 15-18% azot elementləri vardır, insan orqanizmində zülallardan əsasən plastik maddə və qismən enerji mənbəyi kimi istifadə olunur. Onlar hüceyrə quruluşunun əsasını təşkil edir, hətta sümük toxumasının tərkibinə daxil olmaqla orqanizmdə istinad funksiyasını icra edir. Əzələnin quru maddəsinin 30%-ni, ürəyin 60%-ni, baş beyninin 45%-ni, dərinin 63%-ni və sümüklərin 28%-ni zülallar təşkil edir.


    Yüklə 222,39 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   103   104   105   106   107   108   109   110   ...   119




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin