İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə



Yüklə 222,39 Kb.
səhifə108/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   119
Zülal mübadiləsinin əsas mərhələləri zülalın parçalanması reaksiyalarından, zülalın bioloji sintezindən, eləcə də başqa üzvi birləşmələrin mübadiləsində iştirak etməsindən ibarətdir. Qidanın tərkibində olan zülallar həzm orqanlarında parçalanır. Nazik bağırsaqdan qana sorulan aminturşular və qısa zəncirli peptidlər qan və limfa ilə orqanlara, toxuma və hüceyrələrə çatdırılır, orqanizmə lazımlı yeni zülalların sintezində iştirak edir.

Həyat fəaliyyəti prosesində orqan və toxumalarda zülallar daim parçalanır və əvəzində yeniləri əmələ gəlir.

Orqanizmin mənimsədiyi və orqanizmdən sutka ərzində xaric olunan zülalın miqdarını müəyyən etmək məqsədilə adətən qida ilə orqanizmə daxil olan azotun və digər tərəfdən, sidiyin, nəcisin və tərin tərkibində xaric olan azotun miqdarını hesablayırlar. Qidanın tərkibində olan azotu xaric olan azotun miqdarına bölürlər.

Alınan rəqəmin 1-dən yuxarı olması müsbət, 1-dən aşağı olması mənfi azot balansını, 1-ə bərabər olması azot tarazlığını göstərir. 1 q azotun 6,25 q zülal tərkibində olduğunu bilərək, azot balansına əsasən zülal mübadiləsi haqqında təsəvvür əldə etmək  mümkündür. Orqanizmin azotu mənimsəməsi səviyyəsi insanın yaşından, fəaliyyətindən və fizioloji vəziyyətindən asılıdır. Uşaqlarda müsbət, ahıl yaşlılarda isə mənfi azot balansı müşahidə olunur.



Yağ və karbohidrat mübadiləsi. Yağlar lipidlər qrupuna daxil olan üzvi birləşmələrdir, suda həll olmur. Neytral yağlarla yanaşı, bu qrupa mürəkkəb yağlar, mumlar və stearinlər də daxildir. Neytral yağlar 3 molekul ali yağ turşusundan və qliserindən təşkil olunmuşdur.

Yağlar orqanizmdə iki cür olur: ehtiyat yağlar və protoplazmatik yağlar. Ehtiyat yağlardan orqanizmin həyat fəaliyyətində enerji mənbəyi kimi istifadə olunur, protoplazmatik yağlar isə hüceyrə strukturunun təşkilində iştirak edir.

Qida ilə qəbul olunan yağlar lipaza fermentinin və öd turşularının təsiri ilə yağ turşularına və qliserinə qədər parçalanır, nazik bağırsağın selikli qişasından limfaya sorulur. Burada onların bir hissəsindən insan orqanizminə məxsus yağ sintez edilir. Qalan hissə qanla, limfa vasitəsilə orqanlara, toxumalara, hüceyrələrə çatdırılır.

Qida ilə qəbul olunmuş poli və disaxaridlər insanın həzm orqanlarında monosaxaridlərədək parçalanır, sonra qlükoza və fruktoza şəklində qana sorulur, qanla orqanizmin bütün toxuma və hüceyrələrinə çatdırılır.

Hüceyrələrdə bu maddələrdən enerji mənbəyi və tikinti materialı kimi istifadə olunur. Qlükoza ən labil enerji mənbəyidir.




Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin