İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə



Yüklə 222,39 Kb.
səhifə21/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   119
Reseptorlar. Neyronlar morfofizioloji quruluşundan əlavə (çıxıntıların sayına görə) həmçinin funksional cəhətdən təsnif olunur. Bu cəhətdən aşağıdakı neyronlar ayırd edilir:

  1. hissi (afferent və ya affektor, ya da reseptor) neyronlar- Hissi neyronlar reseptorlar vasitəsi ilə qəbul olunmuş qıcıqları sinir impulsu şəklində mərkəzi sinir sisteminə doğru aparır.

  2. ara (assosiativ) neyronlar - Assosiativ neyronlar müxtəlif neyronlar arasında rabitələr yaradır.

  3. hərəki (efferent, və ya effektor, ya da motor)-Hərəki neyronlar mərkəzi sinir sistemindən oyanmanı işçi orqanlara ötürür.

Neyroqliya sinir sistemində istinad, trofik, məhdudlaşdırıcı, sekretor və müdafiə funksiyaları yerinə yetirən makroqliya və mikroqliyadan ibarətdir.

Refleks. Mərkəzi sinir sisteminin iştirakı ilə orqanizmin daxili və xarici qıcıqlara qarşı verdiyi cəld cavab reaksiyalarına refleks deyilir. Refleks haqqında anlayış elmə ilk dəfə XVII əsrin birinci ya­rısında R. Dekart tərəfindən daxil edilmişdir.
Hər bir refleksin meydana gəlməsi üçün müəyyən bir yol lazımdır. Sinir impulsunun reseptorlardan işçi orqana qədər keçdiyi yola – refleks qövsü deyilir. Refleksin əmələ gəlməsi üçün refleks qöv­sünün bütün hissələri tam olmalı, yəni fəaliyyət göstər­məlidir. Refleks qövsü 5 hissədən ibarətdir:
1. Qıcığı qəbul edən hissə, reseptorlar.

2. Oyanmanı mərkəzə nəql edən və ya duyğu, hissi (mərkəzəqaçan) sinir.

3. Oyanmanı aralıq neyronun iştirakı ilə hərəki neyrona nəql edən mərkəzi hissə, yəni MSS-nin bir hissəsi.

4. Oyanmanı MSS-dən işçi orqana aparan, hərəki (mər­kəzdən qaçan) sinir.

5. İşçi orqan - alınan qıcığa cavab verən hissə
Refleks qövsləri sadə və mürəkkəb olmaqla iki yerə bölünür. Sadə refleks qövsündə iki neyron iştirak edir. I neyron qəbuledici və ya reseptor neyron adlanır. Sinir impulsu ondan II reflektor və ya effektor neyronuna daxil olur. Məs: diz-vətər refleksi.

Hər hansı reflektor aktın həyata keçməsi üçün müəyyən anatomik və fizioloji əsas lazımdır, əks halda heç bir refleks yarana bilməz. İkidən artıq neyron iştirak edirsə bu, mürəkkəb refleks qövsü adlanır.

Refleks qövsündə iştirak edən hissələrdən birini kəssək və ya zədələsək, o zaman refleks almaq mümkün olmur. Məs, dəri reseptorlarının rolunu göstərmək üçün dəriyə kokain zəhərinin sürtülməsi kifayətdir. Bu zaman refleks alınmır. Afferent və efferent sinir liflərini kəsdikdə də refleks əldə etmək mümkün olmur. Refleks mərkəzinin rolunu öyrənmək üçün isə, həmin mərkəzin zədələnməsi və ya kəsilib götürülməsi kifayətdir. Beləliklə, refleks hadisəsinin ortaya çıxması üçün refleks qövsündə iştirak edən hissələrin hamısı öz histoloji tamlığını mühafizə etməlidir.

Hər bir refleksdə, sinir impulsu bir çox neyronu əhatə edir. Saysız-hesabsız sinir lifləri ilə nəql olunan oyanma, MSS-də geniş surətdə yayılmağa qabildir. Oyanmanın sinir sistemi hüceyrələrində yayılmasına oyanmanın irradiasiyası deyilir. İrradiyası sayəsində ayrı-ayrı neyronlar bir-birilə qarşılıqlı əlaqəyə girə bilir.




Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin