İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə



Yüklə 222,39 Kb.
səhifə60/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   119
Skeletin şöbələri

Yuxarı ətraf qurşağı sümükləri.

Körpücük sümüyü. “S”-əbənzər əyriliyə malik, uzun borulu sümükdür.

Kürək sümüyü – yastı, üçbucaq formal sümükdür və döş qəfəsinin arxa-bayır səthində II-VII qabırğalar arasında yerləşir.

Yuxarı ətrafın azad hissəsinin sümükləri.

Bazu sümüyü – uzun borulu sümükdür. Iki ucu və bir cismi vardır.

Mil sümüyü- saidin bayır tərəfində yerləşir. Proksimal , distal ucları və cismi vardır. Proksimal ucu yuvarlaqdır və mil sümüyü başı adlanır. Dirsək sümüyü ilə oynaq vasitəsilə birləşir. Didtal ucu enli və kütləlilidir. Onun üzərində bilək sümüklərinə məxsus oynaq səthi, dirsək sümüyü ilə birləşməsi üçün dirsək oyması və bayır tərəfində biz çıxıntı vardır.

Dirsək sümüyü- saidin içəri tərəfində yerləşir və uzun borulu sümükdür. Proksimal ucunda bazu blokuna məxsus aypara şəkilli blok oyması yerləşir. Distal ucu dirsək sümüyü başı adlanır. Ətrafında mil sümüyün dirsək oyması ilə birləşməyə məxsus dairəvi oynaq səthi, içəri tərəfində isə biz çıxıntı yerləşir.

Bilək sümükləri- proksimal və distal cərgədə yerləşmiş 8 sesamoid sümükdən ibarətdir. Proksimal cərgədə bayır tərəfdən qaayığabənzər, aypara, üçkənarlı və noxudabənzər, distal cərgədə isə trapesiyaşəkilli , trapesiyayabənzər, başlı və qarmaqlı sümüklər yerləşir.

Əldarağı sümükləri. 5 ədəd olub qısa borulu, monoepifizars sümükdür. Proksimal ucları - əsası, distal ucları –başı adlanır. Əsası ilə başı arasında isə cismi yerləşir. Əldarağım sümüklərinin basıq ovuc, qabarıq əl arxası səthləri vardır. Əldarağı sümüklərinin başları üzərindəki oynaq səthlər barmaqların proksimal falanqalarının əsasları ilə birləşməyə məxsusdur.

Barmaq sümükləri-falanqalar. Beş ədəddir. Baş və ya I, şəhadət və ya II, orta və ya III, üzük və ya IV, çeçələ və ya V barmaq. Baş barmaq 2, digər barmaqlar isə 3 cərgədə yerləşmiş falanqalardan ibarətdir. Birinci cərgədə yerləşən falanqa proksimal falanqa, ikinci cərgədə orta falanqa, 3cü cərgədə distal falanqa adlanır. Baş barmaq proksimal və distal falanqalardan təşkil olunmuşdur.


Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin