Yad antigenlər. Bunlara qrip virusu iki zülalı neyraminidaza (A) va hemaqlyutinin (o) daxildir. Onlar orqanizmə daxil olaraq spesifik antitellərin yaranmasına səbəb olur.
Qan plazmasında yad antigenlərə qarşı antitellər vardır, hansı ki, bunlarla orqanizmə heç vaxt rastlaşmir (məsələn, qan aqlyutininlərində olduğu kimi). Bunlara təbii antitellar deyilir. Ancaq, belə antitellər tamamilə steril şora- itdə becərilən heyvanlarda müəyyənləşdirilməmişdir. Yəqin ki, onların yaranması müvafiq antigenlərlə təmas zamanı baş verir.
Interferonlar. Bu ad altında müəyyən növ xüsiyyəti daşıyan qlikoproteinlər birləşdirilmişdir (20000-30000 mol. kütləli) antivirus təsir xüsusiyyətinə malikdirlər. Adətən interferonların sintezi və ayrılması çox tez baş verir (bir neçə saat ərzində) bunun sayəsində tətbiq olunmuş viruslardan müdafiə olunma qabiliyyəti yaranır, yəni qanda spesifik antitellərin miqdarı artır.
Adətən a-interferonlar, leykositlər tərəfindən yaradı- lan və fibroblastlardan yaranan ẞB-interferonlar, eləcə də T-limfositlar tərəfindən yaradılan y-interferonlar ayırd olu- nur. Immunoglobulinlardan farqli olaraq interferonların təsiri müəyyən patogen mikroblara qarşı yönəlmir.
Fermentlərin aktivatorları və ingiöitorları
Fermentlər – zülal təbiətli üzvi katalizatorlardır. Canlı orqanizmlərdə gedən bütün biokimyəvi proseslərdə iştirak edir və həmin prosesləri sürətləndirirlər. Hazırda 1000-dən çox ferment məlumdur. Bunlardan 100-ə qədəri kristallik şəkildə alınmışdır. Başqa sözlə, fermentativ reaksiyalar canlı orqanizmin fəaliyyətinin molekulyar əsasını təşkil edir. Fermentlər zülal təbiətli bioloji katalizatordur. «Ferment» sözü latınca «fermentum» sözündən götürülüb, mənaca «qıcqırma» deməkdir. Onu ilk dəfə XVII əsrdə yaşamış Van Helmont elmə gətirmişdir. Bəzi ədəbiyyatlarda fermentin sinonimi olan «enzim»dən istifadə edilir. Enzim yunanca «enzume» sözündən götürülüb, mənaca «maya» deməkdir. İlk fermenti 1814–cü ildə rus alimi K.S.Kirxhov müəyyən etmişdir. O, arpadan alınan ekstraktın köməyilə nişastanı şəkərə çevirmişdir. İlk dəfə 1926-cı ildə C.Samner ureaza və pepsin fermentlərini kristallik şəkildə almışdır. Hal-hazırda 3000 ferment aşkar edilmişdir. Onlardan 300-ü kristallik şəkildədir. Fermentlərin adi katalizatorlardan fərqli olaraq, reaksiyanı 36-37 °C-də aparır. Fermentlər kimyəvi təbiətinə görə 2 qrupa bölünür: birkomponentli fermentlər yalnız zülallardan, ikikomponentli fermentlər isə zülallardan və qeyri-zülal hissədən (vitaminlər,nukleotidlər, minerallı maddələr və s.) ibarətdir.
Fermentlərin katalitik funksiyası müxtəlif maddələrin təsirindən asılıdır, onun bir qrupu reaksiyanı sürətləndirir, fermentin fəallığı artır, başqa bir qrupu isə onu tormozlayır, yaxud ingibitorları. Birincilərə aktivatorlar deyilir. Məsəlǝn, xlor ionları ağız suyu amilazasını aktivləşdirir, hidrogen ionları - pepsini, sink ionları isə karbanhidrazaları və s. Od turşuları bağırsaq lipazası üçün aktivator sayılır. Fermentin fəaliyyətinin qarşısını alanlar isə paralizator yaxud ingibitor adlanır. Aktivatorları və ingibitorları təsir mexanizminə görə 2 qrupa ayırırlar:
1) fermentlərin aktiv mərkəzinə təsir göstərən maddələr - aktivatorlar. 2) Ferment molekulunun aktiv mərkəzdən kənar hissələrini modifikasiyaya uğratmaqla təsir göstərən aktivatorlar.
Fermentin aktiv mərkəzinin funksiyasında həlledici rolu olan kofaktorlar aktivatorların ən mühüm növləridir. Metal ionlarının aktivator funksiyasının mexanizmləri ka fermentlərin təsir mexanizminə oxşar olsa da, bunlar arasında müəyyən fərqlər vardır. Çünki bu ionların fermentlǝrǝ aktivləşdirici təsiri müxtəlif mexanizmlərlə həyata keçirilir. Bəzi kationlar fermentlərin müvafiq substratlarla birləşməsinə kömək etməklə, fermentativ reaksiyaları sürətləndirir. Metal ionları fermentik aktiv mərkəzinin daimi kompanenti ola bilər. Bəzi hallarda isə metal ionu ilə ferment arasında daimi rabitə olmur, substrat belə fermentlərin aktiv mərkəzinə ikimərhələli proses nəticəsində birləşir. Əvvəlcə fer- mentmetal kompleksi əmələ gəlir, sonra həmin kompleksǝ substrat birləşir.
E+M EM EM+S EMS
Fermentləri zəruri kimyəvi təsirlərdən qoruyan maddələr fermentativ reaksiyaların aktivatorlarıdır. Qeyri aktiv zülallar fermentin kompleks birləşməsini dissosasiyaya uğratmaq yolu ilə təsir göstərən aktivatorların ǝsas substratları histonlardan, protaminlərdən, kazeindən fosforilazaların kinazalarından ibarət olan proteinkinaza fermentləri bu üsulla aktivləşən fermentlərdir. Bu fermentlər zülal+ATF-zülal-F+ADF sxemi üzrə gedən reaksiyaların katalizatorlarıdır. Proteinkinazaların əksəriyyəti üçün aktivator funksiyasını AMF-in tsiklik forması (adenozin-3- 5 monofosfat) yerinə yetirir. Bu fermentdə 2 struktur kompanent, aktiv mərkəz və tənzimləyici sahə mövcuddur.
Fermentlərin əksəriyyətinin fəallığı müəyyən kimyəvi birləşmələrin təsiri nəticəsində azalır. Spesifik surətdə hər hansı bir fermentin fəallığını azalda bilən maddələrə inhibitorlar deyilir. Inhibitorların tədqiqi fermentlərin substrat spesifikliyi, aktiv mərkəzlərdə olan funksional qrupların xarakteri və fermentativ kataliz prosesinin mexanizmi haqqında düzgün məlumat əldə etməyə imkan verir. Eləcə də metabolik proseslərin öyrənilməsində də inhibitorların böyük əhəmiyyəti vardır.
Inhibitorların təsiri ilə fermentativ reaksiyaların sürəti azala da bilər, bəzən tamamilə dayana bilər. Yəni inhibitor elə maddədir ki, o qismən və ya tamamilə ferment-substrat kompleksinin yaranmasına maneçilik törədə bilər.
Canlı orqanizmlər üçün bir çox zəhərlərin, toksinlərin olması (mas., sianid, hidrogensulfid və karbonmonooksid), eləcə də bəzi dərman preparatlarının müalicəvi effekti onların fermentlərə inhibirləşdirici təsiri ilə əlaqədardır. İnhibitorlar arasında həm sintetik maddələr, həm də təbii metabolitlər vardır.
Fermentlərin inhibirləşməsi həm dönən, həm də dönməyən ola bilər. Dönməǝn inhibirləşmə adətən fermentin bir və ya bir neçə funksional qrupunun parçalanması, bağlanması və ya modifikasiya olunması ilə müşayiət olunur. Dönməyən inhibirləşməyə misal olaraq əsəbi, iflic zəhərlərinin sinir impulslarının ötrülməsində mühüm rol oynayan asetilxolinesterazaya təsirini misal göstərmək olar. Belə sinir zəhərlərinə dizopropilflüorfosfat (DFF) ǝyani misaldır. DFF-in inhibirləşdirdiyi fermentlərin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, onlar aktiv mərkəzdə kAtalitik aktda iştirak edən amin turşu qalıqlarına - serin tərkibə malikdirlər. Dönən inhibirləşmə zamanı inhibitor va ferment arasında tarazlıq halı baş verir və onun özü də rəqabətli və qeyri-rəqabətli olmaqla iki forması ayırd olunur.
Rəqabətli inhibitorlar adətən fermentin aktiv mərkəzi ilə dönən şəkildə bağlanırlar və substratla aktiv mərkəz uğrunda rəqabət aparırlar. Rəqabətli inhibitorlar özlərinin üçölçülü quruluşları ilə bu substratı xatırladırlar. Bu cür uyğunluq sayəsində rəqabətli inhibitor fermentlə əlaqə yarada bilir. Rəqabətli inhibirləşməni kəmiyyətcə Mixaelis-Menten nəzəriyyəsinə əsasən öyrənmək olar və bu zaman nəzərə almaq lazımdır ki, inhibitor kimyəvi dəyişikliyə məruz qala bilmir. Rəqabətli inhibirləşmə zamanı eyni vaxtda substratın və rəqabətli inhibitorun bağlanması qeyri mümkündür. Rəqabətli inhibirləşməyə misal olaraq Malon turşusunun suksinat-dehidrogenazaya təsirini göstərmək olar.
Dostları ilə paylaş: |