Xəstəlikdə olan həsrət və zarıltı,
Xəstəlik vaxtı oyaqlıq vaxtıdır.
Ey əsa axtaran, bu əsa bil ki,
Hər kimin dərdi varsa o başa düşüb.
Şəxs nə qədər oyaq olsa, bir o qədər dərdli,
Nə qədər agah olsa, çöhrəsi bir o qədər solğun olar.
Mövləvi şe᾽rin davamında deyir ki, kimin dərdi varsa və o, bu dünyada başqalarından nə qədər çox dərdlidirsə və nə qədər çox dərd çəkirsə həmin qədər digərlərindən agah və oyaqdır.
Dərdsizlik hissizlik, şüursuzluq, dərksizlik və durğunluqla, dərd hiss etmək isə agahlıq, oyaqlıq, şüur və dərrakə sahibi olmaqla bərabərdir. İnsan, ya rahatlıq və dərdsizliyi, yə᾽ni nadanlıq və cahilliyi, ya da agahlıq və dərdliliyi seçməli olsa hansını seçər? Görəsən sayıq və agah olaraq dərdə malik olmağı seçər, yoxsa qanmazlıq və axmaqlıqla birgə olan dərdsizliyi? Agahlıq və sayıqlıqla birgə olan narahtçılıqlar cahillik və xəbərsizliklə birgə olan rifah və rahatçılıqdan üstündür. Məsəl var deyərlər ki, Sokrat kimi arıq və cansızlıq kök donuzluqdan yaxşıdır. Bunun mə᾽nası odur ki, insanın məhrum alim olması bütün şərait və rifahla yanaşı olan qanmaz donuzluqdan yaxşıdır.
Dostları ilə paylaş: |