Kamil insan Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri



Yüklə 7,65 Mb.
səhifə33/182
tarix05.01.2022
ölçüsü7,65 Mb.
#70467
1   ...   29   30   31   32   33   34   35   36   ...   182

DƏRD VƏ ONUN FAYDALARI


Əvvəldə qeyd etdiyimiz kimi, hətta materialist məktəblər də bir sıra mə᾽nəvi dəyərlərə inam bəsləyirlər. İnsani dəyərlər ümumi bir ad altında müxtəlif qismlərə bölünürlər. Bu ümumi ad, həm ariflər və həm də müasir alimlərin işlətdikləri terminlərdəndir. Hətta qeyd etmək lazımdır ki, həmin termin ariflərdən qabaq islami mətnlərdə də işlədilib. Bu o deməkdir ki, insanlığın əsas me᾽yarı «dərdlilik» və «dərd sahibi olmaq» adlandırılan şeydən ibarətdir. İnsanın qeyri-insanlarla fərqi bundan ibarətdir ki, insan «dərd» sahibidir. İnsan, heyvanlara və ya insanlıq ruhuna malik olmayan bir baş, iki qulaqlı insanların əksinə olaraq bir sıra dərdlərə malikdir. Amma heyvanlar və insanlıq ruhuna malik olmayan dırnaqarası insanlar, belə bir dərdə sahib deyildirlər.

Biz əvvəlcə «dərd»in özü barəsində danışmalıyıq. Əlbəttə, bəlkə də ilk baxışda belə bir şey barəsində söhbət etmək təəccüblü görünər və bu nə deməkdir? sualını doğurar. Çünki dərd pis şeydir və insan onu özündən uzaqlaşdıraraq aradan aparmalıdır. Belə olan surətdə, insanlıq və bir şeyin dəyərliliyinin dərdlilik olması necə mümkündür? Dərd yaxşı şey ola bilərmi?

İlk növbədə qeyd etmək lazımdır ki, biz dərd ilə dərdin mənşəyi arasında səhvə düçar oluruq. Məsələn, hər hansı bir xəstəlik və ya yarada, mövcud olan mikrob və xəstəlik və yaranın yaranma amili olan şeylər pisdir. Çünki onlar bədənə daxil olur və sonra dərdin yaranma mənşə və mənbəyinə çevrilirlər. Mə᾽də və ya bağırsaqda yara olanda insan onun ağrısını hiss edir. Belə bir şəraitdə həmin yaranın olması pisdir. Amma dərdin özü insanı narahat etməsinə baxmayaraq, onun agahlıq və oyanışına səbəb olur. Hətta insan və heyvan arasında müştərək olan cismi dərd və ağrılar belə, insanı agah edərək oyadır. Heç bir pozuntu olmadan insanın başının ağrıması mümkün deyildir. Ağrının yaranması sizi başda hansısa bir pozuntu və narahatçılığın yaranmasından xəbərdar edir. Sizi onun müalicəsinin fikrində olmağa çağırır. Bu müxtəlif dəzgah və avtomobildə olan yağ, benzin və sairə şeylərin miqdarını göstərən əqrəblərə bənzəyir. Məsələn, avtomobildə olan bə᾽zi əqrəblər yağın miqdarını, bə᾽zi əqrəblər isə suyun hərarətini göstərir. Əgər əqrəb suyun hərarətinin çoxaldığını və ya benzinin qurtardığını göstərirsə, siz buna necə baxırsınız? Bu yaxşıdır, yoxsa pis? Bu çox yaxşıdır, çünki sizi agah və xəbərdar edir. Sizin maşınınızın qızdırması və ya benzinin qurtarması pisdir. Əgər insanın bədənində heç vaxt ağrı olmasaydı və o, narahatçılıq hiss etməsəydi, əvvəla heç vaxt dərdindən xəbərdar və agah olmazdı və ikincisi həmin dərdin müalicəsi fikrinə düşməzdi. Çünki, bu dərd və ağrı əmrinin icrası labüd olan mə᾽mur kimi, insanı həmin çatışmamazlıq və narahatçılıqlar barəsində çarə axtarmağa vadar edir. Dərd və ağrı insanı narahat edərək dayanmadan onu dərman fikrində olmağa sövq edir.

Buna görə də hətta cismani dərdlərin özləri belə ne᾽mətdirlər və insanın agahlıq və oyanmasına səbəb olurlar. İnsanın, hətta bədənində bir narahtçılıq və pozuntu baş verməsi bahasına olsa belə, agah və xəbərdar olması yaxşı şeydir. Mövlananın bu barədə çox maraqlı şe᾽ri vardır.

Məzmunu:


Yüklə 7,65 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin