Kardiologiya 6. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir. Qan dövranı sistemi neçə yerə bölünür?


) Daxili simpatomimetik aktivliyi olan β - adrenoblokatorların istifadəsi zamanı nə baş verir?



Yüklə 3,31 Mb.
səhifə12/35
tarix07.06.2018
ölçüsü3,31 Mb.
#52989
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

458) Daxili simpatomimetik aktivliyi olan β - adrenoblokatorların istifadəsi zamanı nə baş verir?
A) hətta sakitlikdə belə miokardın yığılmasının zəifləməsinə səbəb olurlar

B) sakitlikdə ürək vurğularının sayının kəskin azalmasını törətmirlər

C) koronarospazma səbəb olurlar

D) sakitlikdə mənfi xronotrop effekt meydana çıxmır

E) emosional qərqinlikdə mənfi inotrop effekt meydana çıxmır
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 153
459) Xroniki ürək çatışmazlığında karvedilolun başlanğıc sutkalıq dozasını (mq) göstərin?
A) 12, 5

B) 25, 0


C) 3, 125

D) 1, 25


E) 6, 25
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 157
460) Xroniki ürək çatışmazlığında karvedilolun optimal sutkalıq terapevtik dozasını (mq) göstərin?
A) 150, 0

B) 50, 0


C) 100, 0

D) 12, 5


E) 25, 0
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 157
461) Xroniki ürək çatışmazlığında bisoprololun başlanğıc sutkalıq dozasını (mq) göstərin?
A) 25, 0

B) 2, 5


C) 1, 25

D) 12, 5


E) 50, 0
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 157
462) Xroniki ürək çatışmazlığında bisoprololun optimal sutkalıq terapevtik dozasını (mq) göstərin?
A) 50, 0

B) 10, 0


C) 25, 0

D) 5, 0


E) 20, 0
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 157
463) Xroniki ürək çatışmazlığında metoprololun başlanğıc sutkalıq dozasını (mq) göstərin?
A) 75, 0

B) 6, 25


C) 12, 5

D) 25, 0


E) 50, 0
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 157
464) Xroniki ürək çatışmazlığında metoprololun optimal sutkalıq terapevtik dozasını (mq) göstərin?
A) 50, 0

B) 200 , 0

C) 150, 0

D) 100, 0

E) 250, 0
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 157
465) Diastolik xroniki ürək çatışmazlıqlı xəstələrin uzunmüddətli müalicəsində əsas prinsipə aid olmayan xususiyyət hansıdır?
A) kicik qan dövranında durğunluq əlamətlərini azaltmaq

B) ürək qlikozidlərinin yüksək dozada istifadəsi

C) sinus ritminin bərpası

D) ürək vurğularının azaldılması

E) mədəciküstü taxiaritmiyalı xəstələrdə yararlı qulaqcıq sistolasının bərpa olunması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 171
466) Xroniki ürək çatışmazlıgının diastolik növündə xəstələrin uzunmüddətli müalicəsində əsas prinsipə aşagıdakilardan hansı aid deyil?
A) mədəciklərin hipertrofiyasını geri döndərən kalsium antaqonistlərindən istifadə

B) kardiofibrozun formalaşmasını ləngidən angiotenzin - çevirici - fermentin inhibitorundan istifadə

C) ürəyin işemik xəstəliyi olanlarda antiişemik təsirə malik nitratlardan istifadə

D) mədəciklərin hipertrofiyasını geri döndərən β - adrenoblokatorlardan istifadə

E) ürəyin yığılma qüvvəsini artıran ürək qlikozidlərindən istifadə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 171
467) Ürək əzələsinin aktiv diastolik boşalma prosesinə müsbət təsir etməyən, kardiofibrozun formalaşmasını zəiflətməyən və mədəciklərin hipertrofiyasını geri döndərməyə malik olmayan dərman vasitəsi hansıdır?
A) Diuretiklər

B) Angiotenzin II reseptorlarının antaqonistləri

C) Angiotenzin çevirici fermentin inhibitorları

D) β - adrenoblokatorlar

E) Zəif kalsium kanallarının blokatorları
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 171
468) Hansı dərman vasitəsinin uzunmüddətli istifadəsi ürək əzələsinin aktiv diastolik boşalma prosesinə müsbət təsir edir, kardiofibrozun formalaşmasını zəiflədir və mədəciklərin hipertrofiyasının inkişafını geri döndərir?
A) etakrin turşusu

B) diqoksin

C) izoket

D) spironolakton

E) koraksan
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 171
469) II sinif antiaritmik preparatlar - β - adrenergik reseptorların blokatorları hansı xüsusiyyətlərə malikdirlər? (HP - hərəkət potenisialı).
A) Hiss - Purkinye sistemi miokardında əsasən başlanğıc depolyarizasiya hüceyrələrinə təsir göstərmək

B) Xüsusilə katexolaminlərin ürəyə aritmoqen təsirini aradan qaldırmaq

C) Repolyarizasiya prosesinin zəifləməsilə müşayiət olunan çıxan kalium nöqtələrinin qarşısını almaq

D) "Sürətli" cavab verən toxumalarda 0 HP dövrünü birdən nəzərə çarpan zəiflətmək

E) QRS kompleksinin davam müddətinin artmasına aparan sürətli natrium kanallarını blokada etmək
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 268
470) Iа sinif antiaritmik dərmanların istifadəsi zamanı hansı əlavə effekt və fəsadlaşmalar baş vermir?
A) əsmə, dizartriya, klonik - tonik qıcolmalar

B) “piruet” tipli mədəcik taxikardiyası, Hiss dəstəsi ayaqcıqlarının blokadası

C) arterial hipotenziya, sol mədəciyin atım fraksiyasının aşağı düşməsi

D) mədəciklərin fibrillyasiyası, qəfləti ürək ölümü

E) sinus düyününün zəifliyi sindromu, distal tip atrioventrikulyar blokada
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 265
471) Lənq kalsium kanalları blokatorlarından istifadə zamanı hansı xoşagəlməz reaksiyalar olmur?
A) arterial hipertenziya

B) sinoatrial blokada

C) ürək çatışmazlığı əlamətlərinin dərinləşməsi

D) sinus düyününün zəifliyi sindromu

E) atrioventrikulyar blokada
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр. 273
472) Verapamil və diltiazemin təyini hansı pozğunluqda əks göstəriş deyil?
A) mədəciküstü paroksizmal taxiaritmiyalarda

B) ağır xroniki ürək çatışmazlığında

C) sinus düyününün zəifliyi sindromunda

D) sistolik arterial təzyiq 100 mm c. süt. - dan aşağı olduqda

E) nəzərə çarpan bradikardiyalarda
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 273
473) Qulaqcıq səyriməsi paroksizmlərinin müalicəsində effektiv hesab olunmayan antiaritmik preparat hansıdır?
A) anaprilin

B) sotalol

C) amiodaron

D) maqnezium sulfat

E) propafenon
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 276
474) Atrioventrikulyar resiprok paroksizmal taxikardiyasında seçim preparatlar hansılardır?
A) adenozin (ATF), verapamil

B) etasizin, allapinin

C) amiodaron (kordaron), maqnezium sulfat

D) novokainamid, dizopiramid

E) sotalol, propafenon
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 278
475) Taxikardiya zamanı ürəkdə hansı dəyişikliklər baş verir?
A) ön yüklənmənin və son yüklənmənin cüzi uzanması

B) diastolanın və son yüklənmənin cüzi qısalması

C) diastolanın və ön yüklənmənin nəzərə çarpan uzanması

D) diastolanın və son yüklənmənin nəzərə çarpan uzanması

E) diastolanın və ön yüklənmənin nəzərə çarpan qısalması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
476) Qulaqcıq səyriməsi (titrəməsi) zamanı hemodinamikası qeyri-stabil olan xroniki ürək çatışmazlıqlı xəstələrdə (miokardın işemiyası, kəskin hipotenziya və ya ağciyər ödemi) başlanğıc hansı müalicə tövsiyə olunur?
A) elektrik kardioversiya

B) verapamil

C) amiodaron

D) anaprillin

E) diqoksin
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 42. ; Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР-Медиа» 2011, стр. 890. Руководство для врачей скорой медицинской помощи. Под редакцией проф. В.А Михайловича, А.Г. Мирошниченко. 2007 Стр.449-450
477) Ürək çatışmazlığı və səyrici aritmiyası olan xəstələrdə diqoksin və β - adrenoblokatorla müalicəyə əlavə olaraq tromboemboliyanın profilaktikası məqsədilə əsasən hansı tədbirin həyata keçirilməsi mütləq vacibdir?
A) fraksiparin

B) kardioverter defibrillyatorun implantasiyası

C) varfarin

D) amiodaron

E) aspirin -kardio
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh.42; Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР-Медиа» 2011, стр. 890
478) Nə qədər ki, ürək əzələsi “artıq dərəcədə uzanmış” hala düşməmişdir, mədəciklərin dıastolik dolması və qanın son diastolik həcminin azalması nə ilə müşayiət olunur?
A) mədəciklərin vurğu həcmi və mərkəzi venoz təzyiqinin artması ilə

B) mədəciklərin atım fraksiyasının artması və son sistolik həcmin dəyişməməsi ilə

C) mədəciklərin ürək atımının və vurğu həcminin düşməsi ilə

D) nəbz təzyiqinin və ümümi damar müqavimətinin düşməsi ilə

E) dövr edən qanın artması və ağciyər damar müqavimətinin düşməsi ilə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр, 33
479) Sübut olunmuş sol mədəcik disfunksiyalı arterial hipertenziyanın müalicəsində hansı halın həyata keçirilməsi vacib deyil? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları, ARB - angiotenzin II reseptorlarının blokatorları, pq/ml - pikoqram 1 millilitrdə).
A) şəkərli diabet xəstərdə arterial təzyiqi 130/80 mm. c.süt. - dan aşağı həddə saxlamaq

B) renin - angiotenzin sisteminin antaqonistlərinə (AÇFİ və ARB) əsaslanan antihipertenziv müalicəyə üstünlük vermək

C) risk dərəcəsi yüksək olanlarda arterial təzyiqi 130/80 mm. c.süt. - dan aşağı həddə saxlamaq

D) beyin natriumuretik peptidinin konsentrasiyası 100 pq/ml - dan az olan xəstələrə yüksək dozada ilgək diuretiklərinin təyini

E) arterial təzyiqin hədəf səviyyəsinin < 140/90 mm c.süt. - dan aşağı endirilməsi
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 44
480) Şəkərli diabeti (ŞD) olan ürək çatışmazlıqlı (ÜÇ) xəstələrdə aşağıdakılardan hansının həyata keçirilməsi məsləhət deyil? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları, ARB - angiotenzin II reseptorlarının blokatorları, NYHA - Nyu - York Ürək Assosiasiyası, FS - funksional sinif).
A) Hədəf orqanların zədələnməsinin və ÜÇ - nın inkişaf riskini azaltmaq məqsədi ilə AÇFİ - nın təyini

B) Troqlitazon (tiazolidindion qrupu) III - IV FS - lı (NYHA) xəstələrə göstərişdir

C) Hədəf orqanların zədələnməsinin və ÜÇ - nın inkişaf riskini azaltmaq məqsədi ilə ARB - nın təyini

D) Artıq çəkili II - ci tip ŞD üçün ciddi böyrək disfunksiya yoxdursa metformin birinci seçim preparatdır

E) Qlükozanın hədəf səviyyəsinə nail olmaq mümkün deyilsə, insulinlə erkən müalicəyə başlamaq lazımdır
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 44
481) Ürək çatışmazlığı olan xəstələrdə böyrək disfunksiyasının meydana çıxması ehtimalının yüksəlməsinə səbəb olmayan amil hansıdır?
A) anamnezində arterial hipertenziyanın olması

B) ağır dərəcəli ürək çatışmazlığı

C) xəstənin yaşı

D) anamnezində şəkərli diabetin olması

E) xəstənin depressiv halı
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 45. Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР - Медиа», 2011, стр.896
482) Ürək çatışmazlığı olan xəstələrdə böyrək funksiyasının zəifləməsinə səbəb olmayan amil hansıdır?
A) qeyri selektiv β - adrenoblokatorlarla müalicə

B) bəzi antibakterial preparatlarla (məsələn, trimetoprim) müalicə

C) dehidratasiya

D) böyrək arteriyalarının stenozu

E) hipotenziya
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 45. Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР - Медиа», 2011, стр.896
483) Ürək çatışmazlığı olan ağ ciyərlərin xroniki obstruktiv xəstəliklərində hansı tövsiyyə özünü doğrultmur? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları, ARB - angiotenzin II reseptorlarının blokatorları, ACXOX - Ağciyərlərin xroniki obstruktiv xəstəlikləri).
A) Ağciyərlərin durğunluğunun aşkar edilib müalicə olunması vacibdir

B) ACXOX - ı olanların əksəriyyəti β - blokatorlarla müalicəni yaxşı keçirirlər

C) Əlavə xroniki böyrək çatışmazlığı olanlarda qeyri steroid iltihab əleyhinə preparatların istifadəsi

D) AÇFİ və ARB - nın istifadəsi göstərişdir

E) Ağciyərlərin funksiyasında hətta yüngül pisləşmə müşahidə edildikdə, müalicə dərhal dayandırılmalıdır
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 45. Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР - Медиа», 2011, стр.1449
484) Ürək çatışmazlığı olan xəstələrdə anemiyanın meydana gəlməsində bilavasitə rolu olmayan səbəb hansıdır?
A) qeyri steroid iltihab əleyhinə preparatlardan istifadə

B) yaşlı olmaq

C) ağır gedişli ürək çatışmazlığı

D) qadın cinsi

E) yanaşı böyrək xəstəliklərinin olması
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 45.
485) Anemiyanın hansı təsiri ürək çatışmazlığının gedişini ağırlaşdırmır?
A) kardiomiositlərin daxilində Ca2+ miqdarının artması

B) qan dövranı çatışmazlığının artması

C) neyrohumoral sistemlərin aktivləşməsi

D) böyrək funksiyasının zəifləməsi

E) miokardın funksiyasına mənfi təsiri
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 45. Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР - Медиа», 2011, стр.1443
486) Depressiyası olan ürək çatışmazlıqlı xəstələrdə nə baş vermir?
A) xəstənin funksional vəziyyətinin pisləşməsi

B) əlverişsiz proqnozla assosiasiya olunması

C) hipotalamo - hipofizar sisteminin funksiyasının pozğunluğu

D) trisiklik antidepressantların istifadəsində müsbət nəticə

E) həkim təyinatına müntəzəm riayət edilməməsi
Ədəbiyyat: Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР - Медиа», 2011, стр.1450.
487) Adətən, aşağıdakı hansı klinik variantda kəskin ürək çatışmazlığı gec təzahür edir?
A) Kəskin koronar sindromda

B) Dekompensasiya olunmuş xroniki ürək çatışmazlığında

C) Xroniki beyin qan dövranı pozğunluğunda

D) Kardiogen şokda

E) II - III dərəcəli hipertoniya xəstəliyində
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 48
488) Xəstələrin klinik qiymətləndirilməsi mövcud simptomlara və klinik müayinələrin nəticələrinə əsaslanan kəskin ürək çatışmazlığının I sinfinə aid olanları göstərin?
A) periferik toxuma perfuziyası pozulmamış (“isti”) və ağciyərlərdə durğunluq əlamətləri yoxdur (“quru”)

B) ağciyər arteriyasında pazlama təzyiqi 18 - 20 mm c. süt. bərabərdir və periferik hipoperfuziya əlamətləri var (“soyuq”)

C) ümumi periferik damar müqaviməti 800 - yə bərabərdir və ağciyərlərdə durğunluq əlamətləri yoxdur (“quru”)

D) periferik toxuma perfuziyası pozulmuş (“soyuq”) və ağciyərlərdə durğunluq əlamətləri var (“yaş”)

E) periferik hipoperfuziya əlamətləri yoxdur (“isti”) və ağ ciyərlərin ancaq yuxarı şöbələrində durğunluq əlamətləri var (“yaş”)
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 48
489) Xəstələrin klinik qiymətləndirilməsi mövcud simptomlara və klinik müayinələrin nəticələrinə əsaslandığından kəskin ürək çatışmazlığının II sinfinə aid olanları göstərin?
A) ağciyərlərdə durğunluq əlamətləri olmayanlar (“soyuq”) və beyin qan dövranı pozulmuşlar

B) hipovolemiyası və mikrovaskulyar perfuziya pozğunluğu olanlar (“soyuq”)

C) qanında kreatinin miqdarı yüksək olanlar və toxuma perfuziyası pozulmuşlar (“soyuq”)

D) periferik toxuma perfuziyası pozulmamış (“isti”) və ağciyərlərdə durğunluq əlamətləri olanlar (“yaş”)

E) qanında sidik cövhəri yüksək olanlar və periferik toxuma perfuziyası pozulmamışlar (“isti”)
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh. 48
490) Xəstələrin klinik qiymətləndirilməsi mövcud simptomlara və klinik müayinələrin nəticələrinə əsaslandığından kəskin ürək çatışmazlığının III sinfinə aid olanları göstərin?
A) arterial təzyiqi 100/70 mm c.süt. - na bərabər olanlar və toxuma perfuziyası pozulmuşlar(“soyuq”)

B) səyrici qulaqcıq aritmiyası olanlar və periferik toxuma perfuziyası pozulmamışlar (“isti”)

C) periferik toxuma perfuziyası pozulmuş (“soyuq”) və ağ ciyərlərdə durğunluq əlamətləri olmayanlar (“quru”)

D) yuxu pozğunluğu və “paroksizmal gecə təngnəfəsliyi” olanlar

E) aşağı ətrafı soyumuşlar və qanında troponin T - nın miqdarı normadan artıq olanlar
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 49
491) Xəstələrin klinik qiymətləndirlməsi mövcud simptomlara və klinik müayinələrin nəticələrinə əsaslandığından kəskin ürək çatışmazlığının IV sinfinə aid olanları göstərin?
A) periferik toxuma perfuziyası pozulmuş (“soyuq”) və ağ ciyərlərdə durğunluq əlamətləri olanlar (“yaş”)

B) ayaqlarında şişkinlik və qanında kreatininfosfokinazın normadan artıq olanlar

C) yuxarı ətrafların soyuması və nikturiya (sidik 500 ml qədər) olanlar

D) yuxarı ətraflarda şişkinlik və qeyri - produktiv quru öskürəyi olanlar

E) aşağı ətraflarda trofik xorası və Ritis əmsalı 1, 33 - dən yüksək olanlar
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh. 49
492) Dekompensasiyalı xroniki ürək çatışmazlığı olan xəstələrdə yaranmış kəskin ürək çatışmazlığı baş verdikdə hansı prosedurun həyata keçirilməsi məsləhət deyil?
A) maye köçürülməsi

B) daxili üzvlərdə hipoperfuziya əlamətləri olanlarda, müsbət inotrop təsirli dərmanlardan istifadə

C) vazodilatatorların istifadəsi

D) vazodilatatorların və ilgək diuretiklərinin birqə istifadəsi

E) hipotoniya əlamətləri olanlarda, müsbət inotrop dərman vasitələrindən istifadə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh. 61
493) Ağciyər ödemli kəskin ürək çatışmazlığında hansı müalicənin aparılması vacib deyil?
A) təngnəfəslik, ağrı və həyəcan olanlarda, morfindən istifadə

B) qan təzyiqi normal və ya yüksək olanlarda, vazodilatatorlardan istifadə

C) həcmlə yüklənmə və ya maye durğunluğu yarandıqda, diuretiklərdən istifadə

D) maye köçürmək (200 - 400 ml) və sonra inotrop dərman vasitələri təyin etmək

E) adekvat oksigenləşməyə nail olmaq üçün intubasiya və mexaniki ventilyasiyadan istifadə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 61
494) Hipertoniyası olan xəstədə kəskin ürək çatışmazlığında əsasən hansı prosedurun aparılması tövsiyə olunur?
A) monitor nəzarəti ilə vazodilatatorlar və diuretiklərdən istifadə

B) maye köçürülməlidir (monitor nəzarəti vacib deyil)

C) aortadaxili balonlu kontrpulsasiya və intubasiya nəzərdən keçirilməlidir

D) maye köçürməklə yanaşı inotrop dərmanlar təyin olunmalıdır

E) mütlək koronar angioqrafiya aparılmalıdır
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 61
495) Anamnezində sağ ürək çatışmazlığı olan xəstələrdə kəskinləşmə yarandıqda hansı müalicənin aparılması tövsiyə olunur?
A) vena daxilinə β - adrenoblokatorlardan istifadə edilməlidir

B) orqanların hipoperfuziya əlamətləri varsa inotrop vasitələrdən istifadə

C) maye köçürülməsi yaxşı effekt verir

D) aorta - koronar şuntlama əməliyyatı mütlək aparılmalıdır

E) maye köçürmədən sonra simpatomimetiklər təyin edilməlidir
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 62
496) Miokard infarktı olan kəskin ürək çatışmazlıqlı xəstələrdə (ağciyər ödemi) hansı müalicənin aparılması məsləhət deyil?
A) oksigen təminatını yaxşılaşdırmaq məqsədilə intubasiyadan və mexaniki ventilyasiyadan istifadə

B) sistolik təzyiq normal və ya yüksək olduqda, vazodilatatorlardan istifadə

C) maye köçürmək və sonra inotrop dərman vasitələri təyin etmək

D) həcmlə yüklənmə zamanı diuretiklərdən istifadə

E) ürək astması yarandıqda, morfindən istifadə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 61


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin