Kardiologiya 6. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir. Qan dövranı sistemi neçə yerə bölünür?


) Ürəyin ağrısız işemiyasını təsdiq etməyən hansı fikirdır?



Yüklə 3,31 Mb.
səhifə14/35
tarix07.06.2018
ölçüsü3,31 Mb.
#52989
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

540) Ürəyin ağrısız işemiyasını təsdiq etməyən hansı fikirdır?
A) Xəstə tərəfindən ağrı hiss olunmur, nə klassik, nə də digər stenokardik əlamətlər törətmir

B) EKQ və Xolter monitorinqi ilə müəyyən olunur

C) 20 - 40% stenokardiyalı və kəskin koronar sindromlu xəstələrdə baş verir

D) ExoKQ və miokardın ssintiqrafiyası ilə müəyyən olunur

E) Çox vaxt stenokardiya tutmaları gecə yarısı baş verir və qorxu hissi ilə müşahidə olunur
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 460.V.Ə.Əzizov səh.191
541) Mikrosirkulyator pozğunluğun korreksiyası və ağır ağ ciyər ödemi meydana çıxan xəstələrin koronar damarlarında sonrakı tromb əmələ gəlmənin qarşısını almaq üçün hansı preparatın istifadəsi məqsədə uyğun deyil?
A) Aspirinin

B) K vitaminin

C) Absiksimabın

D) Heparinin

E) Klopidoqrelin
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 567.
542) Hansı EKQ göstəriciləri olduqda kəskin koronar sindromlu xəstələrdə trombolitik terapiya göstərişdir?

A) ST seqmetinin qalxması

B) EKQ -də qeyri-spesifik dəyişikliklərin olmağı

C) normal EKQ

D) Hiss dəstəsi sol ayaqcığının yeni əmələ gələn blokadası

E) ST seqmentinin depressiyası və/və ya mənfi T dişcikləri


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.

543) Prinsmetal stenokardiyasının müalicəsində hansı dərman preparatları daha vacibdir?

A) kalium kanalların aktivatorları

B) AÇF inhibitorları və nitratlar

C) kalsium antaqonistləri,dihidropiridin qruppundan

D) kalsium antaqonistləri və nitratlar

E) AÇF inhibitorları


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.
544) Kəskin koronar sindromlu xəstələrdə miokardial zədələnmənin üstünlük verilən markeri hansıdır?

A) Mioqlobin

B) AST

C) Troponin İ və T

D) ALT

E) KFK MB


Ədəbiyyat: Кардиология : национальное руководство / под ред. Ю.Н.Беленкова, Р.Г.Оганова. - М. : ГЕОТАР - Медиа, 2007.

545) Bu mexanizmlərdən hansı kəskin və ya xroniki koronar çatışmazlığının əsas mexanizmi hesab olunmur?
A) distal yerləşmiş koronar arteriyanın mövcud cüzi funksional pozğunluğu

B) koronar arteriyanın trombozu, eyni zamanda mikrosirkulyator damar axınında mikrotrombların əmələ gəlməsi

C) mikrovaskulyar disfunksiya

D) proksimal (epikardial) koronar arteriyanın aterosklerotik piləglə daralması

E) koronar arteriyanın nəzərə çarpan stenozu (“dinamik stenoz”)
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.370 - 371
546) Ürəyin işemik xəstəliyi olan xəstələrdə koronar arteriyanın spazmı və tonusun yüksəlməsinin əsas səbəblərinə aid deyil:
A) simpatik - adrenal sistemin aktivliyinin və katexolaminlərin qatılığının azalması

B) aqreqasiyaya məruz qalmış trombositlərdə tromboksan А2 məhsulunun artması

C) aqreqasiyaya məruz qalmış trombositlərdə araxidon turşusu metabolizmin aktivləşməsi

D) zədələnmiş endotelinin məhsulunun - anqiotenzin II, endotelin, serotoninin artması

E) zədələnmiş koronar arteriyada azot oksidi və prostasiklinin PGl2 ifrazının azalması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр.377
547) Tac damarların divarlarını daraldan aterosklerotik piləklər, əsasən, harada lokalizə olunur?
A) Aterosklerotik piləklərin koronar damarlarda seçim lokalizasiyası qeyd olunmur

B) Başlıca olaraq proksimal koronar arteriyaların mənsəbində

C) Başlıca olaraq intramural tac damarlarda

D) Distal koronar arteriyaların uzunlugu boyu

E) Proksimal (epikardial) koronar arteriyaların uzunlugu boyu
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 369
548) Bu mexanizmlərdən hansı kəskin və ya xroniki koronar çatışmazlığının əsas mexanizmi hesab olunmur?
A) Proksimal koronar arteriyanın aterosklerotik piləglə daralması, koronar axının məhdudlaşması və tac damarların adekvat genişlənə bilməməsi

B) Mikrovaskulyar disfunksiya

C) Koronar arteriyanın trombozu, eyni zamanda mikrosirkulyator damar axınında mikrotrombların əmələ gəlməsi

D) Distal yerləşmiş koronar arteriyanın mövcud cüzi funksional pozğunluğu

E) Koronar arteriyanın nəzərə çarpan stenozu (“dinamik stenoz”)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 370 - 371
549) “X sindromu”nun klassik təsvirinə aşağıdakılardan hansı aid deyil?
A) Normal koronar arteriyalar

B) Iki böyük koronar arteriyanın ciddi stenozu

C) Müsbət cavablı stress təsvir üsulları

D) Fiziki yük zamanı meydana çıxan tipik stenokardiya (sakitlik stenokardiyası və təngnəfəslik də ola bilər)

E) Müsbət cavablı fiziki yük sınağı
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 32
550) Mikrovaskulyar stenokardiyada (“X-sindromunda”) kiçik koronar arteriyalar hansı disfunksiyaya məruz qalmır?
A) Mediada fibroplastik prosseslərə

B) Mediada saya əzələ hüceyrələrinin hiperplaziyasına

C) Intimada saya əzələ hüceyrələrinin hiperplaziyasına

D) Mediada saya əzələ hüceyrələrinin hipertrofiyasına

E) Damar mənfəzin əhəmiyyətli daralmasına
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 380
551) Mikrovaskulyar stenokardiyalı (“X-sindromu”) xəstələrdə kiçik damarların qeyri - bərabər daralması və onların genişlənmə qabiliyyətinin aşağı düşməsi və, müvafiq olaraq, miokardın oksigenə tələbatının artmasında hansı dəyişikliyin rolu yoxdur?
A) Endotelin və neyropeptid Y vazokonstriktor substansiyaların məhsulunun artmasının

B) Endotel qatında nəzərə çarpan disfunksiyanın

C) Kinin-kallikrein sisteminin funksiyasının artmasının

D) Prostasiklin məhsulunun azalmasının

E) Azot oksidi məhsulunun azalmasının
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 381
552) Sol mədəciyin işemiyaya uğramış seqmentlərində lokal yığılma pozğunluğunun (hipokinez) əmələ gəlməsinə gətirib çıxaran kardiomiositlərin energetik təminatının azalmasında (koronar axının azalmasında) nə baş vermir?
A) Yüksək enerjili fosfatlar - adenozintrifosfat və kreatin fosfatın əmələ gəlməsi

B) Oksidləşmə fosforlaşma prosesinin pozulması (yağ turşularının daha az oksidləşməsi hesabına qlükoza laktata çevrilir, hüceyrənin рН-ı azalır, hüceyrədaxili К+ miqdarı və makroerqik birləşmələrin hasilatı azalır)

C) Anaerob mübadilə yoluna keçmiş zədələnmiş hüceyrələrin hesabına miokardda oksigenin defisiti

D) Elektrik impulsunun keçiriciliyinin pozulması və miokardın mexaniki funksiyasının azalması

E) Hüceyrənin elektrik aktivliyinin proqressiv azalması (eyni zamanda transmembran hərəkət potensialının amplitudasının və müddətinin azalması)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 381
553) Aşağıda qeyd olunmuş xüsusi koronar anatomiyalı hansı xəstələrin aorta koronar şuntlanmadan sonrakı prognozu yaxşı deyil?
A) Üç böyük koronar arteriyanın ciddi proksimal stenozu olan

B) Ön mədəciklərarsı koronar arteriyanın stenozu və yanaşı II tip şəkər xəstəliyi olan

C) Sol ön enən arteriyanın proksimal seqmentində yüksək dərəcəli stenozu da daxil olmaqla iki böyük koronar arteriyanın ciddi stenozu olan

D) Sol əsas kötüyün ciddi stenozu olan

E) Pozulmuş sol mədəcik funksiyası ilə yanaşı üç damar xəstəliyi olan
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 26
554) Kəskin koronar sindromda, eyni zamanda miokard infarktın yaranmasına şübhə olduqda morfinin başlanğıc yox, sonrakı dozasını göstərin?
A) 2 - 4 mq hər 3 - 5 dəqiqədən bir, cəmi 5 - 6 mq-dan çox olmamaqla

B) 6 - 8 mq hər 10 - 12 dəqiqədən bir, cəmi 8 - 10 mq-dan çox olmamaqla

C) 1 - 2 mq hər 5 - 6 dəqiqədən bir, cəmi 10 - 15 mq-dan çox olmamaqla

D) 8 - 10 mq hər 15 - 20 dəqiqədən bir, cəmi 30 - 40 mq-dan çox olmamaqla

E) 2 - 6 mq hər10 - 15 dəqiqədən bir, cəmi 20 - 30 mq-dan çox olmamaqla
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 531
555) Kəskin koronar sindromlu xəstələrdə, eyni zamanda miokardın infarktına şübhə olanlarda anginoz tutmanı aradan qaldırmaq ücün hansı preparatdan istifadə olunur (əks göstəriş olmadıqda)?
A) no-şpa əzələ daxilinə, sonra isə vena daxilinə

B) analgin- əzələ daxilinə, sonra isə vena daxilinə

C) morfin - ancaq əzələyə

D) baralgin - ancaq vena daxilinə

E) morfin - ancaq vena daxilinə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 532
556) Kəskin koronar sindromlu xəstələrdə, və eyni zamanda miokard infarktına şübhə olanlarda anginoz tutmanı yox etməkdən ötəri 0,1% nitroqliserin məhlulunun vena daxilinə damcı üsulu ilə başlanğıc yeridilmə sürətini göstərin (mkq/dəq)?
A) 12

B) 15


C) 5

D) 10


E) 8
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 532
557) Kəskin koronar sindromlu xəstələrdə və eyni zamanda miokard infarktına şübhə olanlarda anginoz tutmanı yox etməkdən ötəri 0,1% nitroqliserin məhlulunun damcı üsulu ilə vena daxilinə yeridilmə surəti necə artırılmalıdır?
A) 20 mkq/dəq. hər 2-3 dəqiqədən bir, qulaqlarda küyün əmələ gəlməsinə qədər

B) 5 mkq/dəq. hər 6-7 dəqiqədən bir, sifətin qızarmasına qədər

C) 2 mkq/dəq. hər 8-10 dəqiqədən bir, SPO2-nin 89% enənə qədər

D) 15 mkq/dəq. hər 1-2 dəqiqədən bir, baş ağrısı əmələ gələnə qədər

E) 10 mkq/dəq. hər 3-5 dəqiqədən bir arterial təzyiqin reaksiyasının əmələ gəlməsi və ya simptomların dəyişməsinə qədər
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 532
558) Kəskin koronar sindromlu xəstələrdə və eyni zamanda miokard infarktına şübhə olanlarda anginoz tutmanı yox etməkdən ötəri nitroqliserin məhlulunu damcı üsulu ilə vena daxilinə yeridildikdə sistolik arterial təzyiq hansı həddən aşağı olmamalıdır (mm c. süt.)?
A) 110

B) 80


C) 100

D) 90


E) 120
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 532
559) Arterial hipertenziyalı, kəskin koronar sindromlu xəstələrdə və eyni zamanda miokard infarktına şübhə olanlarda, anginoz tutmanı yox etməkdən ötəri nitroqliserin məhlulunu damcı üsulu ilə vena daxilinə yeridildikdən sonra, sistolik arterial təzyiqin necə faizdən aşağı düşməsi məsləhət deyil (mm c. süt.)?
A) 10

B) 40


C) 25

D) 30


E) 15
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 532
560) ST seqmentin davamlı qalxması olmayan kəskin koronar sindromlu xəstələrin müalicəsində hansı preparatın istifadəsi məsləhət deyil?
A) absiksimabın

B) streptokinazanın

C) klopidoqrelin

D) heparinin

E) nitrosorbidin
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 62
561) Kəskin ürək çatışmazlığı və kəskin koronar sindromlu xəstələrdə hansı prosedurun aparılması tövsiyə olunmur?
A) ST - nın qalxması olanlarda koronar perfuziyanın erkən bərpası

B) ST - nın qalxması olmayanlarda troponin - T və İ markerlərin yüksəlməsi təsdiqlənərsə, koronar angioqrafiya

C) ST - nın qalxması olmayanlarda trombolitik müalicə

D) Mümkün qədər tez aortadaxili balonlu kontrpulsasiya

E) Ritm pozğunluğu baş verərsə antiaritmik preparatlar və ya elektroimpuls terapiyası
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh. 62
562) Kəskin koronar sindrom nə deməkdir?
A) Kəskin miokard infarktı və ya qeyri stabil stenokardiyanın yaranmasına şübhələnməyə əsas verən klinik əlamətlər və simptomlardır

B) QT intervalının uzanması və koronar arteriyanın spazmıyla ifa olunan kliniki əlamətlərdir

C) Sol mədəciyin diastolik disfunksiyası nəticəsində baş verən klinik əlamətlərdir

D) Xəstənin heç bir şikayəti olmadığı halda epikardial koronar arteriyaların stenozlaşmış ateroslerozudur

E) Sol mədəciyin uzun müddətli sistolik disfunksiyası nəticəsində EKQ - da koronar dəyişiklik olmadan baş verən klinik əlamətlərdir
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 464.V.Ə.Əzizov səh.192.
563) Kəskin koronar sindromun əsasında hansı patofizioloji prosess durur?
A) dağılmış aterosklerotik piləyin və ya zədələnmış endotelinin (erroziyalar) üstündə müxtəlif dərəcəli trombozun formalaşması

B) endotelinin zədələnməsi hesabına yalnız vazokonstriktor faktorlarının məhsulunun artması (endotelinlər, tromboksan А2)

C) koronar arteriyaların nəzərə çarpan spazmı (aterosklerotik dəyişikliksiz)

D) iri epikardial koronar arteriyalarda “fəsadlaşmamış” aterosklerotik piləklərin mövcudluğu

E) endotelinin zədələnməsi hesabına yalnız vazodilatator faktorlarının məhsulun azalması (prostasiklin, azot oksidi)
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 464.
564) Miokard infarktı nədir?

A) ürək əzələsinin aşkar metabolik dəyişikliklər nəticəsində zədələnməsi

B) ürək əzələsinin aşkar iltihabi dəyişikliklər nəticəsində zədələnməsi

C) miokardın miokardiopatiya ilə əlaqədar baş vermiş nekrozu

D) miokardın işemik zədələnməsi

E) koronar arteriyanın kəskin okklüziyası nəticəsində ürək əzələsinin nekrozu (ölməsi)


Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.

565) Miokard infarktının ən çox təsadüf olunan səbəbi hansıdır?

A) tac arteriyaların aterosklerotik kütlə ilə emboliyası

B) iltihablaşmış tac arteriyaların trombozu

C) aterosklerotik dəyişikliyə uğramış tac arteriyaların trombotik okklüziyası

D) tac damarların tromboemboliyası

E) tac arteriyaların uzunmüddətli spazmı


Ədəbiyyat: Чазов Е.И. Инфаркт миокарда. М., 1982 - Т.3 - С. 53-102.

566) Miokard infarktının ən kəskin dövrünün morfoloji dəyişiklikləri hansı müddətə qədər inkişaf edir?

A) 3 saatdan 6 saata kimi

B) 30 dəqiqə

C) 13 saatdan 24 saata kimi

D) 30 dəqiqədən 2 saata kimi

E) 7 saatdan 12 saata kimi


Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.

567) Miokard infarktının kəskin dövrünün (nekroz ocağının və miomalyasiyanın formalaşması) morfoloji dəyişiklikləri hansı müddət ərzində inkişaf edir?

A) 17-25 gün

B) 30 gündən artıq

C) 2-10 gün

D) 11-16 gün

E) 27-30 gün


Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. Киев, 1997 - Т.1 - С. 338-395.

568) Hansı müddətdən sonra miokard infarktının yarımkəskin mərhələsi başa çatır?

A) 8 həftə və çox

B) 2-3 həftə

C) 4-5 həftə

D) 4-8 həftə

E) 6-8 həftə


Ədəbiyyat: Чазов Е.И. Инфаркт миокарда. М., 1982 - Т.3 - С. 53-102.

569) Hansı müddətdə infarktdan sonrakı çapığın tam formalaşması başa çatır?

A) 6 aya qədər

B) 12 aydan çox

C) 10-12 ay

D) 8-10 ay

E) 6-8 həftə


Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.

570) Miokard infarktının ən çox təsadüf olunan klinik variantı hansıdır?

A) astmatik variant

B) qastralgik variant

C) serebrovaskulyar variant

D) anginal variant

E) aritmik variant


Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.

571) Miokard infarktı olan xəstələrdə ağrı tutmasından hansı müddət sonra kreatinfosfokinazanın (KFK) MB fraksiyasının fəallığı maksimuma çatır ?

A) 48-56 saat

B) 4-6 saat

C) 24-36 saat

D) 12-18 saat

E) 66-72 saat


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 516
572) Miokard infarktı olan xəstələrdə ağrı tutmasından hansı müddət sonra ürək troponinlərinin səviyyəsi artır ?

A) 3-6 saat

B) 8-12 saat

C) 3-cü sutkadan

D) 14-24 saat

E) 2-ci sutkadan


Ədəbiyyat: Национальные клинические рекомендации. М., 2008 - С. 233-326
573) Miokard infarktında ağrı tutmasından neçə müddət sonra mioqlobinin konsentrasiyası artır?

A) 0,5-2 saat

B) 8-10 saat

C) 18-12 saat

D) 4-6 saat

E) 6-8 saat


Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.

574) Aşağıdakılardan hansı miokard infarktlı xəstələrin EKQ-də işemik zədələnmə zonasını göstərir?

A) T dişciyinin dəyişməsi

B) U dişciyinin dəyişməsi

C) QT intervalının uzanması

D) ST intervalının qalxması

E) QRS kompleksinin dəyişməsi


Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. Киев, 1997 - Т.1 - С. 338-395.

575) Ön-çəpər-zirvə lokalizasiyalı miokard infarktı zamanı xarakterik dəyişikliklər hansı EKQ aparmalarında qeyd edilir?

A) II, III, aVF

B) I, aVL, V1, V2, V3, V4

C) II, III, aVF, V5, V6

D) I, aVL, V1, V2, V3

E) I, aVL, V1, V2, V3, V4, V5, V6


Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.

576) Aşağı lokalizasiyalı miokard infarktı olan xəstələrdə səciyyəvi dəyişikliklər hansı EKQ aparmalarında qeyd edilir?

A) I, aVL, V1, V2, V3, V4

B) II, III, aVF

C) I, aVL, V1, V2, V3

D) I, aVL, V4, V5, V6

E) II, III, aVF, V5, V6


Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
577) Aşağı-yan lokalizasiyalı miokard infarktı olan xəstələrdə səciyyəvi dəyişikliklər hansı EKQ aparmalarında qeyd edilir?

A) I, aVL, V1, V2, V3

B) II, III, aVF, V5, V6

C) I, III, aVF

D) I, aVL, V1, V2, V3, V4, V5, V6

E) I, aVL, V1, V2, V3, V4


Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.

578) V1-V2 aparmalarında ST seqmentinin depressiyası və müsbət T dişi ilə birgə R dişinin hündürlüyünün və eninin qısa müddətdə artması nəyi göstərir?

A) ön çəpər miokard infarktını

B) miokardın kiçik ocaqlı infarktını

C) His dəstəsinin sağ ayaqcığının blokadasını

D) sağ mədəciyin miokard infarktını

E) arxa-bazal miokard infarktını


Ədəbiyyat: Орлов В.Н. Руководство по электрокардиографии. - 5-е стер. Изд. - М.: «Медицинское информационное агентство», 2006

579) Aşağıda qeyd olunanlardan hansı miokardın aşağı infarktı olan xəstələrdə yanaşı olaraq sağ mədəciyin infarktının olduğunu göstərə bilər?

A) V4R aparmasında ST seqmentinin elevasiyası

B) V1-V2 aparmalarında R dişinin hündürlüyünün və eninin artması

C) V4-V5 aparmalarında ST seqmentinin depressiyası

D) aVR aparmasında R dişinin hündürlüyünün və eninin artması

E) I, aVL, V3-V4 aparmalarında R dişinin hündürlüyünün və eninin artması


Ədəbiyyat: Орлов В.Н. Руководство по электрокардиографии. - 5-е стер. Изд. - М.: «Медицинское информационное агентство», 2006

580) Miokardın oksiqenə tələbatı nə ilə müəyyən olunur?

1. miokarddaxili gərginliyin ölçüsü ilə

2. vurğu həcmi ilə

3. ürək əzələsinin yığılması ilə (onun inotropizm həddi ilə)

4. ümumi damar müqaviməti ilə

5. ürək vurğularinin sayı ilə
A) 3, 4, 5

B) 1, 2, 4

C) 1, 3, 5

D) 2, 3, 5

E) 2, 3, 4
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр54
581) Arterial təzyiqin səviyyəsinin korreksiyası və tütün çəkməkdən imtina etmə hansı xəstəliklərin azalmasıyla müşayiət olunur?
A) stabil stenokardiya və mitral qapagın catışmazlığının tezliyinin

B) hipertrofik kardiomiopatiya və qəfləti ölüm tezliyinin

C) dilatasion kardiomiopatiya və kəskin koronar sindromun tezliyinin

D) təkrari miokard infarktın və qəfləti ölüm tezliyinin

E) aorta qapağının stenozunun və Prinsmetal stenokardiyasının tezliyinin
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
582) Hansı xəstəlikdə trombositar hemostazın aktivləşməsi (damardaxili trombun əmələ gəlməsi, həmçinin, trombdan və aterosklerotik piləgdən qopan hissəsi ilə distal yerləşmiş tac damarın embollarla tutulması) baş verir?
A) Vazospastik stenokardiyada

B) Hipertoniya xəstəliyinin II-III dərəcəsində

C) Dilatasion kardiomiopatiyada

D) Kəskin miokard infarktda

E) Miokarditdə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 380
583) Miokardın işemiyasında meydana gələn stenokardiya tutmalarında ağrı hissiyatının formalaşmasında hansı faktorlarun rolu yoxdur?
A) Prostasiklinlərin və Са2+ və Na+ ionlarının miqdarı ilə tənzimlənən spesifik ağrı reseptorlarının fərdi həssaslığının

B) Prostaqlandinlərin və К+ və Н+ ionlarının miqdarı ilə tənzimlənən spesifik ağrı reseptorlarının fərdi həssaslığının

C) Afferent sinir keçiriciliyi pozğunluğunun olmamasının

D) Toxumaların zədələnmə dərəcəsinin və əsas ağrı mediatorlarının ifraz olunma səviyyəsinin - serotonin, histamin, bradikinin

E) Р substansiyasının azad olmasına və baş beyin qabığına ağrı impulslarının ötürülməsinə mane olan sinir sistemindəki endogen opioidlərin miqdarının (enkefalinlər və endorfinlər)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 389


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin