Kardiologiya 6. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir. Qan dövranı sistemi neçə yerə bölünür?



Yüklə 3,31 Mb.
səhifə11/35
tarix07.06.2018
ölçüsü3,31 Mb.
#52989
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

411) Xroniki ürək çatışmazlıqlı xəstələrin angiotenzin çevirici fermentin inhibitoru (AÇFİ) ilə müalicəsində Avropa kardioloqlar cəmiyyətinin tövsiyə etdiyi bəzi ümumi prinsipə aşağıdakılardan hansı aid deyil?
A) AÇFİ –in dozasını artırdıqdan 3 - 5 gün sonra böyrəklərin funksiyasına nəzarət lazımdır

B) Diuretiklərin qəbulunu ən azı 24 saat əvvəl ləğv etmək lazımdır

C) Qeyri - steroid iltihab əleyhinə preparatlarla birlikdə qəbulu mümkündür

D) Müalicəni preparatın minimal dozayla başlamaq lazımdır

E) Preparatın ilk dəfə qəbulundan sonra 2 - 3 saat ərzində həkim müşahidəsi vacibdir
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 124
412) Avropa kardioloqlar cəmiyyətinin tövsiyə etdiyi, xroniki ürək çatışmazlıqlı xəstələrin angiotenzin çevirici fermentin inhibitoru ilə müalicəsində ümumi prinsiplərə aşagıdakilardan hansı aiddir?
A) qanda elektrolit balansına (К+, Nа+) nəzarət edilməsi vacib deyil

B) müalicəni preparatın maksimal dozasıyla başlamaq lazımdır

C) kalium preparatları və qeyri –steroid - iltihab əleyhinə maddalərlə birlikdə qəbul etmək olmaz

D) kalium saxlayıcı diuretiklərlə birlikdə qəbul etmək lazımdır

E) müalicənin başlanğıc mərhələsində de Ritis əmsalına nəzarət edilməlidir
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
413) Xroniki ürək çatışmazlıqlı xəstələrdə kaptoprilinin sutkalıq başlanğıc dozasını göstərin? (mq)
A) 12, 5 (1 qəbula)

B) 2, 5 - 5 (2 qəbula)

C) 2, 5 (1 qəbula)

D) 1, 25 - 2, 5 (1 qəbula)

E) 18, 75 (3 qəbula)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
414) Xroniki ürək çatışmazlıqlı xəstələrdə kaptoprilinin sutkalıq saxlayıcı dozasını göstərin (mq).
A) 50 – 75 - ə qədər (3 qəbula)

B) 25 (1 qəbula)

C) 5 - 20 - ə qədər (2 qəbula)

D) 2, 5 - 5 (1 qəbula)

E) 10 - 20 - ə qədər (3 qəbula)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
415) Xroniki ürək çatışmazlıqlı xəstələrdə enalaprilinin başlanğıc sutkalıq dozasını göstərin (mq).
A) 18, 75

B) 2, 5


C) 1, 25 - 2, 5

D) 5, 0


E) 2
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
416) Xroniki ürək çatışmazlıqlı xəstələrdə enalaprilinin sutkalıq saxlayıcı dozasını göstərin (mq).
A) 50 - 75qədər (3 qəbula)

B) 10 - 20 qədər (2 qəbula)

C) 5 - 10 qədər (2 qəbula)

D) 2, 5 - 5 (1 qəbula)

E) 4 (1 qəbula)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
417) Xroniki ürək çatışmazlıqlı xəstələrdə lizinoprilinin sutkalıq başlanğıc dozasını göstərin (mq).
A) 18, 75

B) 4


C) 1, 25

D) 2


E) 2, 5
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
418) Xroniki ürək çatışmazlıqlı xəstələrdə lizinoprilinin sutkalıq saxlayıcı dozasını göstərin (mq).
A) 5 - 20

B) 10


C) 50 - 75

D) 4


E) 8 - 16
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
419) Xroniki ürək çatışmazlıqlı xəstələrdə perindoprilinin sutkalıq başlanğıc dozasını göstərin (mq).
A) 5

B) 1, 25


C) 12, 5

D) 18, 75

E) 2
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
420) Xroniki ürək çatışmazlıqlı xəstələrdə perindoprilinin sutkalıq saxlayıcı dozasını göstərin (mq).
A) 10

B) 50 - 75

C) 25 - 50

D) 5 - 20

E) 4
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
421) Xroniki ürək çatışmazlıqlı xəstələrdə ramiprilinin sutkalıq başlanğıc dozasını göstərin (mq).
A) 1, 25 - 2, 5

B) 18, 75

C) 2, 5 - 5, 0

D) 5, 0


E) 12, 5
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
422) Xroniki ürək çatışmazlıqlı xəstələrdə ramiprilinin sutkalıq saxlayıcı dozasını göstərin (mq).
A) 20 - 30

B) 25 - 50

C) 5 - 10

D) 50 - 75

E) 2, 5 - 5
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
423) Xroniki ürək çatışmazlıqlı xəstələrdə angiotenzin çevirici ferment inhibitorunun təyini hansı halda əks göstəriş deyil?
A) birtərəfli böyrək arteriyalarının nəzərə çarpan stenozunda

B) xəstələrin yaşı 70 - dən az olduqda

C) hamiləlikdə

D) preparatın fərdi qəbul olunmamazlığında

E) ikitərəfli böyrək arteriyalarının nəzərə çarpan stenozunda
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
424) Angiotenzin çevirici fermentin inhibitorunun xroniki ürək çatışmazlıqlı xəstələrdə hansı halda təyini əks göstəriş hesab olunmur? (SAT –sistolik arterial təzyiq).
A) başlanğıc nəzərə çarpan arterial hipotenziyada (SAT 85 - 90 mm c. süt. )

B) hipertrofik kardiomiopatiyanın idiopatik subaortal (qapaqaltı) stenozunda

C) autoimmun xəstəliyi olan xəstələrdə

D) böyrəklərin funksiyasının nəzərə çarpan aşağı düşməsində

E) aortal stenozda
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 125
425) Hansı diyretiklər nefronun qıvrım proksimal kanalcıqlarına təsir göstərirlər?
A) furosemid, etakrin turşusu

B) spironolakton, amilorid

C) diakarb, mannitol

D) torasemid, hipotiazid

E) indapamid, klopamid
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 126
426) Hansı diuretiklər nefronun əsas qıvrım distal kanalcıqları nahiyyəsinə təsir edirlər?
A) dixlorfenamid, diamoks

B) sidik cövhəri, bumetanid

C) hidroxlortiazid, indapamid

D) mannitol, torasemid

E) spironolakton, triamteren
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 126
427) Hansı diyretiklər nefronun yığıcı kanalcıqları nahiyyəsinə təsir göstərirlər?
A) furosemid, bumetanid, etakrin turşusu

B) hipotiazid, indapamid, klopamid

C) spironolakton, triamteren, amilorid

D) hidroxlortiazid, diakarb, dixlorfenamid

E) diranid, mannitol, sidik cövhəri
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 126
428) Xroniki ürək çatışmazlıqlı xəstələrin diuretiklərlə müalicəsində yaranan hansı nəticə əsas əlavə effektə aid deyil?
A) metabolik asidoz

B) hipernatremiya, hipermaqnemiya

C) arterial (eyni zamanda ortostatik) hipotenziya

D) metabolik alkaloz

E) hipokalsiemiya, hiperkaliemiya
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 138
429) Diuretiklərlə xroniki ürək çatışmazlıqlı xəstələrin müalicəsində yaranan hansı nəticə əsas əlavə effekt hesab olunmur?
A) hiperqlikemiya

B) böyrək funksiyasının zəifləməsi

C) hiperurikemiya

D) hiperlipidemiya

E) hipermaqnemiya
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 139
430) Xroniki ürək çatışmazlıqlı xəstələrdə ürək qlükozidlərinin effekliyi hansı mexanizmin təsirinin mövcudluğuyla izah olunmur?
A) mənfi dromotrop effektlə

B) müsbət batmotrop effektlə

C) müsbət inotrop effektlə

D) mənfi xronotrop effektlə

E) neyromodulyator təsiri ilə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 144
431) Xroniki ürək çatışmazlıqlı xəstələrdə ürək qlikozidlərinin istifadəsi hansı hallarda göstəriş deyil? (FS - funksional sinif, AF - atım fraksiyası).
A) qulaqcıqların bradisistolik forma fibrilyasiyası və sol mədəciyin diastolik disfunksiyası olan (I– II FS)

B) protodiastolik qalop ritmi və ya sol mədəciyin dilatasiyasının mövcudluğunda

C) sinus ritmi saxlanılmaqla sol mədəciyin sistolik disfunksiyası olan (AF 40% - dən aşağı)

D) paroksizmal mədəciküstü taxiaritmiyalı xəstələrdə

E) taxisistolik formalı qulaqciq fibrilyasiyası və sol mədəciyin sistolik disfunksiyası olan (II - IV FS)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 145
432) Xroniki ürək çatışmazlıqlı xəstələrdə ürək qlikozidlərindən istifadə zamanı hansı halda ən yaxşı nəticə alınır?
A) polimorf qulaqcıq ekstrasistoliyalarında

B) paroksizmal mədəcik taxikardiyasında

C) mədəciklərin titrəməsində

D) qulaqcıqların titrəməsində

E) çox saylı mədəcik ekstrasistoliyalarında
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 146
433) Hansı klinik vəziyyətlərdə ürək qlukozidlərinin istifadəsi mütləq əks göstəriş deyil?
A) ürək qlikozidlərinin intoksikasiyasında

B) tez - tez mədəcik ekstrasistoliyasında

C) mədəcik taxikardiyasının paroksizmində

D) nəzərə çarpan bradikardiyalarda

E) qulaqcıq fibrilyasiyasının taxisistolik formasında
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 146
434) Diqoksinin sutkada hansı kiçik dozası xroniki ürək çatışmazlıqlı xəstələrin uzunmüddətli müalicəsində birinci və əsas prinsip hesab olunur?
A) 0, 125

B) 0, 5


C) 0, 25

D) 1, 75


E) 1, 0
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 146
435) Ürək qlikozidlərinin daha yüksək dozasından istifadə edərkən EKQ - da hansı dəyişikliyin yaranma riski çoxalmır?
A) Sinus taxikardiyalarının

B) Həyat üçün təhlükəli aritmiyaların

C) ST seqmentinin depressiyasının

D) QT intervalının qısalmasının

E) Mədəcik və mədəciküstü aritmiyalarının
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 146
436) Sol mədəciyin sistolik funksiyasının nəzərə çarpan aşağı düşməsi olan ağır ürək dekompensasiyalı və ya mədəciküstü ritm pozğunluqlu (qulaqcıqların fibrilyasiyası, paroksizmal mədəciküstü taxikardiyalar) pasiyentlərə lazım gələrsə diqoksin sutkada hansı dozada (mq) təyin edilir?
A) 0, 5 - 1, 0 (1 dəfə)

B) 2, 0 (2dəfə)

C) 1, 0 (2 dəfə)

D) 0, 25 - 0, 5 (1 dəfə)

E) 0, 5 – 0, 75 (3dəfə)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 148
437) Nəyə görə ürək qlikozidləri vena daxilinə çox yavaş - yavaş yeridilir?
A) mədəciklərin fibrilyasiyasının yaranmasının mümkünlüyünə

B) arterial qan təzyiqinin artmasının mümkünlüyünə

C) qəfləti beyin qan dövranı pozğunluğunun baş verməsinə

D) qəfləti koronar damar spazmının yaranmasının mümkünlüyünə

E) qulaqcıqların titrəməsinin yaranmasının mümkünlüyünə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 148
438) Ürək qiükozidləri vena daxilinə neçə dəqiqə müddətində yeridilməlidir?
A) 4 - 6

B) tez, şırnaqla

C) 7 - 10

D) 1 - 2


E) 3 - 4
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 148
439) Qlikozid intoksikasiyasının, xüsusən ağır və təhlükəli təzahürü olan ritm və keçiriciliyin hansı pozğunluqları nisbətən gec təsadüf olunur?
A) paroksizmal və qeyri paroksizmal mədəciküstü taxikardiya

B) mədəciklərin fibrillyasiyası

C) sinus bradikardiyası fonunda Hiss dəstəsinin sol ayaqcığının natamam blokadası

D) mədəcik taxikardiyası, eyni zamanda "piruet" tipli

E) bigemininya və trigemininya tipli mədəcik ekstrasistoliyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 149
440) Qlikozid intoksikasiyasının xüsusən ağır və təhlükəli təzahürü olan ritm və keçiriciliyin hansı pozğunlugu nisbətən gec təsadüf olunur? (SA - sinoatrial, AV - atrioventrikulyar).
A) Nəzərə çarpan bradikardiya, sinoatrial blokada

B) AV - birləşmə və ya mədəcik ritmləri ilə əvəz olunan SA - düyünün dayanması

C) Qulaqcıqların fibrillyasiyası və ya titrəməsi (nadir halda)

D) AV - birləşmədə keçiricilik pozğunluqsuz mülayim sinus bradikardiyası

E) I - III dərəcəli atrioventrikulyar blokadalar
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 149
441) Ürək qlikozidləri ilə müalicədə EKQ - da hansı dəyişiklik aşkar olunmur?
A) RS - Т seqmentinin izoxətdən aşağı yerini dəyişməsiylə mənfi Т dişinin təknəyəbənzər (ləyənəbənzər) olması

B) RS - Т seqmentinin izoxətdən aşağı yerini dəyişməsiylə hamar Т dişinin olması

C) RS - Т seqmentinin izoxətdən aşağı yerini dəyişməsiylə iki fazalı (–+) Т dişinin yaranması

D) U dişinin nəzərə çarpan üzə çıxması

E) Q - Т intervalının bir qədər qısalması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 149
442) Əgər ürək qlikozidləri ilə müalicədə xəstədə mədəcik aritmiyaları (mədəcik ekstrasistoliyası, eynı zamanda bigeminiya, trigeminiya tipli; mədəcik taxikardiyası) baş verərsə, onda aşağıdakılardan hansı preparat və hansı dozada daha effektiv təsir göstərər?
A) Lidokain - v/d bolusla (100 mq) hər 3 - 5 dəqiqədən bir, aritmiya aradan qaldırılana qədər, sonradan 1 - 2 mq/dəq sürətlə v/d damcı ilə

B) Difenin – v/d şırnaqla yavaş - yavaş 100 mq dozada hər 10 dəqiqədən bir aritmiya aradan qaldırılana qədər, sonradan daxilə saxlayıcı sutkalıq dozada (400 - 600mq)

C) Xinidin – v/d bolusla (100 mq) hər 5 - 10 dəq bir aritmiya aradan qaldırılana qədər, sonradan 5 mq/dəq sürətlə v/d damcı ilə

D) Sotalol - daxilə 80 mq sutkada 2 dəfə

E) Metoprolol suksinat - 5 mq iki dəqiqəlik fasilə ilə bolusla 3 v/d inyeksiya (cəmi 15 mq)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 151
443) Əgər ürək qlikozidləri ilə müalicədə xəstədə mədəciküstü ekstrasistoliya və ya supraventrikulyar paroksizmal taxikardiya yaranarsa, onda ilk növbədə aşağıdakılardan hansı preparat və hansı dozada işlədilməlidir?
A) Мaqnezium sulfat – v/d bolusla 8 - 10 ml hər 1 - 3 dəqiqədən bir aritmiya aradan qaldırılana qədər, sonradan 10 mq/dəq sürətlə v/d damcı ilə

B) Novokainamid – v/d dəqiqədə 20 - 50 mq sürətlə aritmiya aradan qaldırılana qədər və ya 1000 mq dozaya çatana qədər (maksimal 17 mq/kq qədər)

C) Anaprilin - yavaş - yavaş şırnaqla v/d 1, 0 - 5, 0 mq (1 - 5 ml 10% məhlulu) və ya 10 - 20 mq sutkada 4 dəfə

D) Difenin - v/d şırnaqla yavaş - yavaş 100 mq dozada hər 10 dəqiqədən bir aritmiya aradan qaldırılana qədər, sonradan daxilə saxlayıcı sutkalıq dozada (400 - 600mq)

E) Lidokain - v/d bolusla (100 mq) hər 3 - 5 dəqiqədən bir, aritmiya aradan qaldırılana qədər, sonradan 1 - 2 mq/dəq sürətlə v/d damcı ilə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 151
444) Ürək qlikozidləri ilə müalicə nəticəsində meydana çıxmış atrioventrikulyar keçiricilik pozğunluğu ilə yaranmış aritmiyaları yox etməkdədən ötəri aşagıdakilardan hansı preparat və hansı dozada ilk növbədə istifadə olunmalıdır?
A) Amiodaron – v/d 6 - 8 ml 5% məhlulu (300 - 400 mq) 3 - 5 dəq. ərzində aritmiya aradan qaldırılana qədər, sonra v/d 6 ml 5% məhlulu (300 mq) + 300 ml 5% qlükoza məhlulu 30 dam/dəq. sürətlə gündə 2 - 3 dəfə

B) Difenin - v/d şırnaqla yavaş - yavaş 100 mq dozada hər 10 dəqiqədən bir aritmiya aradan qaldırılana qədər, sonradan daxilə saxlayıcı sutkalıq dozada (400 - 600mq)

C) Atropin sulfat – ümumi doza 0, 4 mq/kq bədən kütləsinə müvafiq olaraq, 0, 5 - 1, 0 mq təkrarlamaqla və ya klinik simptomlar aradan götürülənə qədər

D) Lidokain - v/d bolusla (100 mq) hər 3 - 5 dəqiqədən bir, aritmiya aradan qaldırılana qədər, sonradan 1 - 2 mq/dəq sürətlə v/d damcı ilə

E) Obzidan - v/d yavaş - yavaş şırnaqla 1, 0 - 5, 0 mq (1 - 5 ml 10% məhlulu) və ya 10 - 20 mq sutkada 4 dəfə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 151
445) Hipokaliyemiya əlamətləri olan kəskin qlikozid intoksikasiyasının müalicəsində hansı preparat və hansı dozada seçim preparatı hesab olunur?
A) Natrium bikarbonat - v/d 4% məhlulu - 200 ml yavaş - yavaş

B) Kalium xlorid –v/d 200 ml 2% məhlulu + 200 ml 5% qlükoza + 1 - 4 Vah. insulin damcı ilə (və ya 10% Kalium xlorid daxilə gündə 1 xörək qaşıgı 3 - 4 dəfə)

C) Kalsium xlorid –v/d 20 - 30 ml 10% məhlulu + 200 ml 5% qlükoza + 6 - 8 Vah. insulin damcı ilə

D) Spironolakton 100 mq - gündə 3 - 4 dəfə

E) Qlükoza - v/d 200 - 400 ml 5% məhlulu + laziks 2 - 4 ml damcı ilə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 151
446) Qlikozid intoksikasiyasında əmələ qəlmiş II dərəcəli atrioventrikulyar blokadaların müalicəsində hansı qrup preparat əks göstərişdir (III dərəcəli AV - blokada riski əmələ gələ bildiyindən)?
A) Kalsium antaqonistləri

B) Diuretiklər

C) Kalium preparatları

D) Angiotenzin - çevirici fermentin inhibitorları

E) Kalsium preparatları
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 151
447) Hansı klinik əlamət β - adrenoblokatorların əhəmiyyətli effekti hesab olunmur?
A) qanda α - xolesterinin səviyyəsinin aşağı düşməsi

B) mənfi xronotrop

C) mənfi inotrop

D) mənfi dromotrop

E) simpatik - adrenal sistemin aktivliyinin zəifləməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 152
448) β - adrenoblokatorlardan istifadə zamanı klinik əhəmiyyətli hesab olunmayan effekt hansıdır?
A) müsbət xronotrop

B) fibrilyasiyanın yaranma həddinin artması

C) antiişemik

D) antiaritmik

E) hipotenziv
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 152
449) Aşağıdakilardan hansı β - adrenoblokartorların xüsusiyyətinə aid deyil?
A) Əlavə vazodilatator xüsusiyyətin mövcudluğu

B) Simpatik - adrenal və renin - angiotenzin - aldosteron sistemlərinin aktivliyinin artması

C) β - adrenoblokator təsirin davamlı olması

D) β1 - kardioselektivlik

E) Daxili simpatomimetik aktivlik
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 152
450) Β1 - каrdioselektivlik dedikdə, adrenoreseptora hansı təsir nəzərdə tutulur?
A) β1 - ə təsir etmədən, β2 - in seçici blokadası

B) β1 - ə təsir etmədən, α2 - in seçici blokadası

C) α1 - ə təsir etmədən, β2 - in seçici blokadası

D) β2 - ə təsir etmədən, β1 - in seçici blokadası

E) β1 və β2 - nin seçici blokadaları
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 152
451) Qeyri - selektiv β - adrenoblokatorlar dedikdə, hansı reseptorlar adrenalinin və noradrenalinin təsirinə maneçilik törədirlər?
A) β1

B) β2


C) β1 və α1

D) β1 və β2

E) β1, β2, və α2
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 152
452) β - adrenoreseptorların hər ikisinin (β1 və β2) blokadasında β2 - adrenoreseptorların əvvəllər normal fəaliyyət göstərdiyi və sonradan itirdiyi vacib farmakodinamik xüsusiyyətə hansı aid deyil?
A) qaraciyərdə qlikogenolizin aktivləşməsi

B) arteriol və venaların genişlənməsi

C) skelet əzələlərində qlikogenolizin zəifləməsi

D) bronxların genişlənməsi

E) uşaqlıq tonusunun zəifləməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 152
453) β1 и β2 adrenoreseptorların hər ikisinin blokadasında β2 - adrenoreseptorların normal fəaliyyətində malik olduğu və sonradan itiridiyi farmakodinamik xüsusiyyətə hansı effekt aiddir?
A) arterial təzyiqin yüksəlməsi

B) əzələlərin yığılma gücünün zəifləməsi

C) insulin sekresiyasının stimulyasiyası

D) doğuşun vaxtından əvvəl baş verməsi

E) bronxların daralması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 152
454) Qeyri - selektiv β - adrenoreseptorlarla müalicədə hansı arzu olunmaz əlavə effektlər meydana çıxmır?
A) Tez yorulma

B) Koronarospazm

C) Periferik qan dövranının yaxşılaşması

D) Reyno sindromu

E) Bronxospazm
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 153
455) Qeyri - selektiv β - adrenoblokatorların istifadəsində xoşaqəlməz reaksiyalar hansı səbəbdən meydana çıxır?
A) α1 - adrenoreseptorların blokadasında, və eyni zamanda β2 - adrenoreseptorların effektinin nisbi üstünlüyündə

B) β2 - adrenoreseptorların blokadasında, və eyni zamanda α - adrenoreseptorların effektinin nisbi üstünlüyündə

C) β1 - adrenoreseptorların blokadasında, və eyni zamanda α1, α2 - adrenoreseptorların effektlərinin nisbi üstünlüyündə

D) α2 - adrenoreseptorların blokadasında, və eyni zamanda β1 - adrenoreseptorların effektinin nisbi üstünlüyündə

E) α1 və α2 - adrenoreseptorların blokadaları nəticəsində
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 153
456) Hansı xəstələrdə kardioselektiv β1 - adrenoblokatorlardan istifadə etmək olmaz?
A) ikinci dərəcəli atrioventrikulyar blokadası olanlarda

B) hamiləlik zamanı

C) yanaşı gedən ağciyərlərin obstruktiv xəstəliklərində

D) yanaşı gedən şəkərli diabetdə

E) periferik qan dövranı pozğunluqlarında
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 153
457) Kardioselektiv β1 - adrenoblokatorların təsiri qeyri - selektivlərdən necə fərqlənir?
A) bütün əzələlərin tonusunu artırırlar

B) bronxial astmada istifadəsi əks göstəriş deyil

C) yorğunluğa səbəb olmurlar

D) koronarospazma səbəb olurlar

E) skelet əzələlərin damarlarını daraltmırlar
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 153


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin