Kardiologiya 6. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir. Qan dövranı sistemi neçə yerə bölünür?


) Miokardın hansı zədələnmələri idiopatik kardiomiopatiya adlandırılır?



Yüklə 3,31 Mb.
səhifə19/35
tarix07.06.2018
ölçüsü3,31 Mb.
#52989
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

771) Miokardın hansı zədələnmələri idiopatik kardiomiopatiya adlandırılır?

A) miokardın koronarogen mənşəli zədələnməsi

B) miokardın keçirilmiş məlum infeksiyadan sonra zədələnməsi

C) miokardın spesifik xəstəliyi

D) miokardın hər hansı bir xəstəliyi zamanı zədələnməsi

E) miokardın naməlum etiologiyalı zədələnməsi


Ədəbiyyat: Амосова Е.Н. “Кардиомиопатии”1999, Шлант Р.К., Александр П.В.“ Клиническая кардиология ”, 2000.

772) Xroniki ürək çatışmazlığının hansı növü dilatasion kardiomiopatiya üçün xarakterikdir?

A) təkcə sol qulaqcıq çatışmazlığı

B) sol mədəcik çatışmazlığı

C) sağ mədəcik çatışmazlığı

D) təkcə sağ qulaqcıq çatışmazlığı

E) eyni zamanda həm sol, həm də sağ mədəciyin çatışmazlığı


Ədəbiyyat: Амосова Е.Н. “Кардиомиопатии” 1999, Оливия В. Эдейр “Секреты кардиологии ” 2008.

773) “İşemik” və idiopatik dilatasion kardiomiopatiyaların fərqləndirilməsi zamanı hansı müayinə üsulu daha əhəmiyyətlidir?

A) ExoKQ


B) koronar damarların angioqrafiyası

C) R-müayinəsi

D) EKQ

E) FonoKQ


Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.

774) Dilatasion kardiomiopatiyalı xəstələrdə müşahidə olunan xroniki ürək çatmamazlığının müalicəsində birinci növbədə hansı dərmanlar istifadə olunur?

A) ürək qlikozidləri və diuretiklər

B) antiaqreqantlar və nitratlar

C) metabolik preparatlar

D) amiodaron və antiaqreqantlar

E) Ca (+2) antaqonistləri və aspirin


Ədəbiyyat: Окороков А.Н. “ Лечение болезней внутренних органов” 1998, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.

775) Dilatasion kardiomiopatiya zamanı antikoaqulyantlardan adətən nə zaman istifadə oluna bilər?

A) arterial tromboemboliya və ya sol mədəcikdə tromb olması dəqiq müəyyən edildiyi zaman

B) hər zaman

C) ürək ritminin ekstrasistoliya tipli pozulması olduqda

D) sol mədəciyin qovma fraksiyası 40 %-dən artıq olduqda

E) xəstənin istəyindən asılı olaraq


Ədəbiyyat: Окороков А.Н. “ Лечение болезней внутренних органов” 1998, Амосова Е. Н.“ Кардиомиопатии ” 1999.

776) Dilatasion kardiomiopatiya zamanı dobutamindən adətən nə vaxt istifadə olunur?

A) AÇF inhibitorlarının qəbulu mümkün olmadıqda

B) xroniki ürək çatışmazlığının terminal mərhələsində

C) sol mədəcikdə tromb aşkar edildikdə

D) sol mədəciyin qovma fraksiyası 35%-dən az olduqda

E) sol mədəciyin diastolik disfunksiyası zamanı


Ədəbiyyat: Окороков А.Н. “ Лечение болезней внутренних органов” 1998, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.

777) Dilatasion kardiomiopatiyalı xəstələrdə sol mədəciyin qovma fraksiyası nə cür olur?

A) norma daxilində olur, yüksəlir

B) norma daxilində olur

C) aşağı düşür

D) yüksəlir

E) azacıq yüksəlir


Ədəbiyyat: Амосова Е. Н. “ Кардиомиопатии ” 1999, Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000.

778) Hansı xəstəlik zamanı ürək ritmi və keçiriciliyinin pozulması müşahidə oluna bilər?

A) restriktiv kardiomipatiya

B) hipertrofik və restiktiv kardiomiopatiya

C) sadalananların hamısı

D) hipertrofik kardiomiopatiya

E) dilatasion kardiomiopatiya


Ədəbiyyat: Амосова Е. Н. “Кардиомиопатии” 1999, Горбачев В. В. “Клиническая кардиология ” 2007.

779) Eozinofiliya hansı xəstəlik üçün daha səciyyəvidir?

A) restriktiv kardiomiopatiya

B) sağ mədəciyin aritmogen displaziyası

C) miokardit

D) hipertrofik kardiomiopatiya

E) dilatasion kardiomiopatiya


Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.

780) Sol mədəciyin çıxış hissəsinin daralması hansı xəstəlik zamanı müşahidə olunur?

A) virus miokarditi zamanı xəstələrin əksəriyyətində

B) hipertrofik kardiomiopatiyalı xəstələrin hamısında, virus miokarditi zamanı xəstələrin əksəriyyətində

C) hipertrofik kardiomiopatiyalı xəstələrin müəyyən hissəsində

D) hipertrofik kardiomiopatiyalı xəstələrin hamısında

E) dilatasion kardiomiopatiyanın terminal mərhələsində


Ədəbiyyat: Горбачев В. В. “ Клиническая кардиология ” 2007.

781) Hipertrofik kardiomiopatiya üçün hansı EKQ göstəricisi daha xarakterikdir?

A) çox vaxt Hiss dəstəsinin sağ ayaqcığının blokadası qeyd olunur

B) çox vaxt Hiss dəstəsinin sağ ayaqcığının blokadası təsadüf edir

C) adətən EKQ-də dəyişiklik olmur

D) xəstələrin bir hissəsində sol mədəciyin hipertrofiyası aşkar edilir

E) xəstələrin əksəriyyətində sol mədəciyin hipertrofiyası müşahidə olunur


Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.

782) Hipertrofik kardiomiopatiyanın müalicəsində ən çox hansı preparatlardan istifadə olunur?

A) nitratlar və antiaqreqantlar

B) AÇF inhibitorları və spironolakton

C) periferik vazodilatatorlar ( prazorin, apressin )

D) ürək qlikozidləri və sidikqovucular

E) β-adrenoblokatorlar və dihidropiridin sırasından olan Ca antaqonistləri


Ədəbiyyat: Окороков А.Н. “ Лечение болезней внутренних органов” 1998, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.
783) Sol mədəciyin sistolik funksiyasının zəifləməsi hansı xəstəlik üçün daha xarakterikdir?

A) dilatasion kardiomiopatiya

B) sağ mədəciyin aritmogen displaziyası

C) dilatasion və hipertrofik kardiomiopatiya

D) hipertrofik kardiomiopatiya

E) hipertrofik kardiomiopatiya və sağ mədəciyin aritmogen displaziyası


Ədəbiyyat: Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000, Горбачев В. В. “ Клиническая кардиология ” 2007.

784) Stenokardiya sindromu ən çox hansı xəstələr üçün xarakterikdir?

A) miokardit zamanı

B) hipertrofik kardiomiopatiya

C) restriktiv kardiomiopatiya

D) dilatasion kardiomiopatiya

E) hipertrofik və dilatasion kardiomiopatiya


Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Горбачев В. В. “ Клиническая кардиология ” 2007.

785) Miokardit zamanı xəstələrin hansı şikayətləri daha xarakterikdir?

A) əsəbilik, yuxunun pozulması, baş ağrıları

B) ürək nahiyəsində qısa müddətli yandırıcı ağrılar, boğulma tutmaları, qorxu hissi

C) başgicəllənmə, tərləmə, quru öskürək

D) hərarətin kəskin yüksəlməsi, üşütmə, güclü tərləmə

E) yorğunluq, təngnəfəslik, ürəkdöyünmə, ürək nahiyəsində diskomfort


Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000.

786) Hipertrofik kardiomiopatiya nədir?

A) Hipertoniya xəstəliyi nəticəsində sol mədəciyin hipertrofiyası

B) Sol mədəciyin miokardının dilаtasiyasız birincili hipertrofiyası

C) ÜİX zamanı ürək əzələsinin hipertrofiyası

D) Revmatik mənşəli aortal stenozu olan xəstələrdə sol mədəciyin hipertrofiyası

E) Ürək əzələsinin hipertrofiyası nəticəsində sol mədəciyin yalnız diastolik funksiyasının pozulması


Ədəbiyyat: Амосова Е. Н. “ Кардиомиопатии ” 1999, Горбачев В. В. “ Клиническая кардиология ” 2007.

787) Hipertrofik kardiomiopatiyanın diaqnostikasında hansı müayinə üsulu daha əhəmiyyətlidir?

A) elektrokardioqrafiya

B) sfiqmoqrafiya

C) exokardioqrafiya

D) fonokardioqrafiya

E) döş qəfəsinin R-qrafiyası


Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е.Н. “ Кардиомиопатии” 1999.
788) Exokardioqrafik müayinə zamanı hipertrofik kardiomiopatiyalı xəstələrdə sol mədəcik boşluğunun ölcüsü adətən necə dəyişir?

A) dəyişilmir

B) yalnız xəstəliyin terminal mərhələsində kiçilir

C) əhəmiyyətli şəkildə böyüyür

D) böyüyür

E) kiçilir


Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е.Н. “ Кардиомиопатии” 1999.

789) Aktiv miokardit zamanı hansı preparatın işlədilməsi təhlükəli ola bilər?

A) panangin

B) AÇF inhibitorları

C) venadaxili 5% qlükoza

D) spironolakton

E) diqoksin


Ədəbiyyat: Окороков А.Н. “ Лечение болезней внутренних органов” 1998, Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000.

790) Ən çox hansı infeksiyalar miokarditin əmələ gəlməsində başlıca rol oynayır?

A) Koksaki–B virusu

B) Stafilokok

C) Streptokok

D) Pnevmokok

E) Poliomielit virusu


Ədəbiyyat: Горбачев В. В. “ Клиническая кардиология ” 2007. Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000.
791) Hansı infeksion xəsləlik zamanı miokardın zədələnməsi daha çox təsadüf edilir?

A) məxmərək

B) infeksion sarılıq

C) difteriya

D) su çiçəyi

E) qızılca


Ədəbiyyat: Горбачев В. В. “ Клиническая кардиология ” 2007. Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000.

792) Kəskin perikarditlərdə ağrı simptomu üçün nə xarakterik deyil?

A) ağrıların 30 dəqiqədən çox davam etməsi

B) ağrıların nəfəs aktından, hərəkətdən, udqunmaqdan asılılığı

C) küt, sıxıcı ağrılar

D) ağrıların döş sümüyünün arxasında lokalizasiyası

E) nitroqliserin qəbulundan sonra ağrının zəyifləməsi


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни” .

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.



793) Konstriktiv perikarditin xarakterik auskultativ əlaməti hansıdır?

A) qalosistolik küy

B) perikardın sürtünmə küyü

C) çapma ritmi

D) plevro-perikardial küy

E) I-ci tonun ikiləşməsi


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни” .

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.



794) İrinli perikarditlərdə antibiotiklərin rasional yeridilmə yolu hansıdır?

A) parenteral yeridilmənin birbaşa perikard boşluğuna yeridilməsi ilə kombinə olunması

B) parenteral yeridilmənin peroral qəbulla kombinasiyası

C) birbaşa perikard boşluğuna yeridilməsi

D) parenteral yolla

E) peroral qəbul


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни” .

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.


795) Əsasən miokardın geniş yayılmış transmural infarktı zamanı meydana çıxan erkən (epistenokarditik) perikarditdə hansı dərman seçim preparatı hesab olunur?

A) Heparin

B) Prednizolon

C) Furosemid

D) Aspirin

E) Nifedipin


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 583,"Терапевтический справочник Вашингтонского Университета" под редакцией Ч.Кэри, Х. Ли и К. Велтье. Москва-2000,стр.150
796) Kəskin perikarditlərdə döş qəfəsindəki ağrılar hansı vəziyyətdə zəifləyir?

A) arxası üstə uzandıqda

B) bədəni dairəvi hərəkət etdirdikdə

C) qabağa əyildikdə

D) nəfəs almada

E) üzüqoylu uzandıqda


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни” .

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.



797) Kəskin perikarditlərdə ağrı sindromunu azaltmaq üçün hansı dərman qrupları ilkin seçim sayılır?

A) qlükokortikosteroidlər

B) nitratlar

C) narkotik analgetiklər

D) qeyri-steroid iltihabəleyhinə dərmanlar

E) spazmolitiklər


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни” .

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.



798) Hipertrofik kardiomiopatiyanın klinik mənzərəsinə hansılar aiddir ?

A) Təngnəfəslik, başgicəllənmə, bayılmalar,stenokardiya tutmaları, ürəkdöyünmə və ürək ritminin pozulması

B) Hipertonik krizlər

C) Xroniki böyrək çatmazlığı

D) Öküz ürəyi

E) Sol mədəciyin atım fraksiyası <50%


Ədəbiyyat: Q.E. Roytberq, A.B. Strutinskiy “Daxili xəstəliklər” 2007.
799) Hansı törədici miokarditin inkişafına səbəb olmur?

A) Parazitlər

B) Göbələk

C) Spiroxetlər, rikketsilər

D) Xlamidilər, aktinomisetlər

E) Virus, bakteriya


Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004.
800) Aşağıda sadalanan simptomlardan hansıları daha çox kəskin miokarditlər zamanı rast gəlinir?

A) Tromboembolik fəsadlar

B) Ürək nahiyəsində küt şəkilli uzunmüddətli ağrılar, fiziki gərginlik zamanı təngnəfəslık, proqressivləşən əzələ zəifliyi

C) Aşagı ətraflarda ödem, sağ qabırğaaltında ağrılar

D) Ensefalopatiya

E) Stenokardiya tutmaları


Ədəbiyyat: Q.E. Roytberq, A.B. Strutinskiy “Daxili xəstəliklər” 2007.
801) Perikarditlərin əsas səbəbi hansıdır?

A) Qeyri-infeksion (aseptik) perikardit

B) Birləşdirici toxumanın diffuz xəstəlikləri

C) Autoimmun perikardit

D) İnfeksion perikardit

E) İonlaşdırıcı radiasiya


Ədəbiyyat: Q.E.Roytberq,A.B. Strutinskiy "Daxili xəstəliklər" 2007
802) İnfeksion endokardit zamanı obyektiv müayinə nəticələrinə hansılar aiddir

A) Myüsse simptomu

B) Müsbət “venoz ” nəbz

C) Dəri örtüklərinin solğunluğu, arıqlama, “təbil çubuqları” şəklində barmaqlar

D) Dəridə düyünlü səpgilər

E) Hiperemiya


Ədəbiyyat: Q.E. Roytberq, A.B. Strutinskiy “Daxili xəstəliklər” 2007
803) Mitral qapaq çatışmazlığının kliniki əlamətlərinə hansı aiddir?

A) Mitral qapağın açılma tonu

B) Zirvədə İ tonun güclənməsi

C) Zirvədə I tonun zəifləməsi və zirvədə sistolik küy

D) Zirvədə diastolik küy

E) “Bildirçin” ritmi


Ədəbiyyat: Q.E. Roytberq, A.B. Strutinskiy " Daxili xəstəliklər",2007
804) Mitral qapağın çatmazlığı olan xəstələrdə EKQ müayinə nəticələrini göstərin

A) Sağ mədəciyin hipertrofiyası

B) Sol qulaqcığın və sol mədəciyin hipertrofiyası

C) Sol qulaqcığın hipertrofiyası

D) Hər iki mədəciyin hipertrofiyası

E) Hər iki qulaqcığın hipertrofiyası


Ədəbiyyat: V.X. Vasilenko “Qazanılmış ürək qüsurları”1998
805) Mitral stenozun kliniki əlamətlərinə hansılar aiddir ?

A) Başgicəllənmə və bayılma

B) Fiziki gərginlik zamanı təngnəfəslik (I-III f.s.), boğulma tutmaları, qanhayxırma

C) Stenokardiya

D) Güclənmiş nəbz

E) Boyun nahiyəsində güclənmiş pulsasiya


Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004
806) Mitral stenoz zamanı ürəyin auskultasiyasının nəticələri:

A) Güclənmiş I ton, diastolik küy zirvədə

B) Aorta nöqtəsində sistolik küy

C) Flintin diastolik küyü

D) Zəıf I ton

E) Zirvədə sistolik küy


Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004
807) Mitral stenozun EKQ əlamətlərinə hansılar aiddir?

A) Sol qulaqcığın, sağ mədəciyin hipertrofiyası

B) His dəstəsi sol ayaqcığın blokadası

C) Hər iki mədəciyin hipertrofiyası

D) Mədəcik paroksizmal taxikardiyası

E) Sol qulaqcığın, sol mədəciyin hipertrofiyası


Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004.
808) Aortal stenozun klinik əlamətlərinə hansılar aiddir?

A) Zirvədə İ tonun güclənməsi

B) Zirvədə I tonun zəifləməsi, II qabırğaarası sahədə sağda güclü intensiv sistolik küy

C) Zirvədə pansistolik küy

D) Zirvədə diastolik küy, aorta üzərində II tonun zəifləməsi

E) Diastolik “pişik” mırıltısı


Ədəbiyyat: V.İ. Makolkin “Qazanılmış ürək qüsurları” 1997
809) Aortal stenozun elektrokardioqrafik diaqnostikasına hansılar aiddir?

A) Sistolik yüklənmə ilə sol mədəciyin hipertrofiyası

B) His dəstəsi sağ ayaqcığının blokadası

C) Sağ mədəciyin hipertrofiyası

D) Hər iki mədəciyin hipertrofiyası

E) Hər iki qulaqcığın hipertrofiyası


Ədəbiyyat: V.İ. Makolkin “Qazanılmış ürək qüsurları” 1997
810) Trikuspidal qapaq çatışmazlığının EKQ əlamətlərinə hansılar aiddir ?

A) Sağ mədəcik və sağ qulaqcığın hipertrofiyası

B) His dəstəsi sol ayaqcığının blokadası

C) Hər iki qulaqcıq və sağ mədəciyin hipertrofiyası

D) Sol qulaqcıq və sol mədəciyin hipertrofiyası

E) Hər iki mədəciyin hipertrofiyası


Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004
811) Hipertrofik kardiomiopatiyalı və aritmiyası olmayan xəstələrdə müalicə seçimi hansıdır?

A) Metoprolol,diltiazem

B) Verapamil, kordaron

C) Metoprolol

D) Diltiazem

E) Verapamil, ivabradin


Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004.
812) Daxildən xaricə doğru ürəyin qişalarını göstərin?
A) endokard, miokard, epikard

B) miokard, endokard, epikard

C) epikard, endokard, miokard

D) miokard, epikard, endokard

E) endokard, epikard, miokard
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
813) Normada qulaqcıq miokardının qalınlığı nə qədərdir?
A) 2-3 mm

B) 4-5 mm

C) 1-2 mm

D) 5-6 mm

E) 3-4 mm
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
814) Mədəciklərin diastolik dolmasının, müvafiq olaraq, qanın dəqiqəlik həcminin azalması, nə vaxt baş verir?
A) psixoemosional gərginlik zamanı zamanı

B) işlək əzələlərdə vena tonusunun artması zamanı

C) müayinə olunan şəxsin bədəninin horizontal vəziyyətində

D) qulaqcıq yığılmalarının mədəciklərin işi ilə sinxron olmaması (səyrici aritmiya, qulaqcıqların titrəməsi) zamanı

E) skelet əzələlərinin «nasos« funksiyası artarkən
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
815) Mədəciklərin son yüklənməsinin ölçüsünün müəyyən olunmasında hansı faktor vacib sayılmır?

1. ürək vurğularının sayı

2. miokardın yığılmasını azaldan bir neçə faktorun mövcudluğu (hipoksemiya, asidoz, hiperkapniya, ürək əzələsinin işemiyası)

3. mədəciklərin yüksək, müxtəlif etioloqiyalı dilatasiyası, Frank-Starlinq qanununa görə, miokardın maksimal imkanlı gərginliyinin zəifləməsi ilə nəticələnir

4. aorta və ağ ciyər arteriyasinda qan təzyiqinin həddi

5. dövr edən qanın həcmi və qanın yapışqanlığı
A) 1, 3, 4

B) 1, 2, 4

C) 2, 3, 5

D) 1, 2, 3

E) 3, 4, 5
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34- 35
816) Mədəciklərin diastolik funksiyasını nə müəyyənləşdirmir?
A) mədəciklərin bir dəqiqə ərzində qovduğu qanın miqdarı

B) mədəciklərin son diastolik təzyiqinin həddi və qulaqcıqlardakı orta təzyiq

C) mədəciklərin aktiv diastolik boşalma sürəti (izovolümik boşalma fazasının davam müddətilə qiymətləndirilir)

D) qulaqcıqların effektiv yığılması

E) mədəciklərin diastolik dolma strukturu (doppler- exokardioqrafik müayinələrin transmitral və ya transtrikuspidal qan axınının nəticələrinə əsasən qiymətləndirilir)
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,36
817) Hansı xəstəliklər miokardın sərtliyinin artması və diastolik disfunksiya ilə müşayiət olunan xəstəliklərə aid deyildir? (AH - arterial hipertenziya).

1. miokardın nəzərə çarpan hipertrofiyası (eyni zamanda aortal stenozda, AH və başqaları)

2. idiopatik dilatasion kardiomiopatiya

3. miokardın toksiko - allergik zədələnməsi

4. hipo və ya hipertireoz

5. kəskin miokard infarktı
A) 1, 2, 4

B) 2, 3, 4

C) 1, 4, 5

D) 2, 3, 5

E) 2, 4, 5
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.61
818) Miokardın qan təhcizatının aşağı düşməsinə və sol mədəciyin işemik zədələnməsinə, ürək əzələsində coxsaylı funksional və morfoloji pozğunluqların əmələ gəlməsinə gətirib çıxaran əhəmiyyətli fəsadlara nə aid deyil?
A) Hibernasiyalı (“yatmış”) və karlaşmış miokard

B) Sol mədəciyin diastolik və sistolik disfunksiyası, həmçinin ritm və keçiricilik pozğunluqları

C) Diffuz aterosklerotik və ocağlı infarkdan sonrakı kardioskleroz

D) Miokardın müxtəlif şöbələrində postarteriolaların bərabər dilatasiyası

E) Kardiomiositlərin energetik təhcizatının zəifləməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 381

Ürək qüsurları

819) Mitral stenoz ən çox hansı xəstəliyin nəticəsidir?

A) ateroskleroz

B) sistemli qurdeşənəyi

C) revmatizm

D) infeksion endokardit

E) revmatoid artrit


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.



820) Mitral qapağın üzvü çatışmazlığında requrqitasiya sindromu nədən ibarətdir?

A) zirvədə sistolik küy

B) III-cü tonun mövcudluğu

C) I-ci tonun zəifləməsi

D) zirvədə sistolik küy, I-ci tonun zəifləməsi, III-cü tonun mövcudluğu

E) I-ci tonun zəifləməsi, III-cü tonun mövcudluğu


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.



821) Aortal qapaq stenozunun inkişafına nə səbəb ola bilər?

A) revmatizm, ateroskleroz, qapağın anadangəlmə patologiyası

B) ateroskleroz

C) revmatizm, ateroskleroz

D) qapağın anadangəlmə patologiyası

E) revmatizm


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.


822) Aortal qapaq çatışmazlığının əsas səbəbi nədir?

A) ateroskleroz

B) sifilis

C) infeksion endokardit

D) döş qəfəsinin travması

E) revmatizm


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.


823) Mitral stenoz zamanı ilkin simptomlardan biri hansıdır?

A) səyrici aritmiya

B) təngnəfəslik

C) mədəciklərin ritm pozğunluqları

D) periferik ödemlər

E) qaraciyər böyüməsi


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.


824) Mitral stenozu olan xəstələrdə ürəyin ritm pozğunluqlarının daha çox müşahidə olunan növü hansıdır?

A) səyrici aritmiya

B) qulaqcıqların paroksizmal taxikardiyası

C) əciklərin paroksizmal taxikardiyası

D) sol qulaqcıq ritmi

E) atrioventrikulyar dissosiasiya


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin