Kardiologiya 6. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir. Qan dövranı sistemi neçə yerə bölünür?



Yüklə 3,31 Mb.
səhifə18/35
tarix07.06.2018
ölçüsü3,31 Mb.
#52989
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

716) Bu gün üçün kəskin miokard infarktlı xəstələrdə kardiogen şokun müalicəsində hansı prinsip işlənilmir? (EİT - elektroimpuls terapiyası, EKS - Elektrokardiostimulyator).
A) Fosfodiesterazanın inhibitorlarının iştifadəsi (eufillinin)

B) Ürəyin ritm pozğunluğunda EİT və ya EKS - nın istifadəsi

C) Vena daxilinə mayenin yeridilməsi (əks - göstəriş olmadıqda)

D) İnotrop dərmanların işlədilməsi

E) Periferik vazodilatatorların işlədilməsi (arterial təzyiqə nəzarət)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 568.
717) Kəskin miokard infarktlı xəstələrdə kardiogen şokun müalicəsində ümumi tədbirlərə nə aid deyil?
A) trombolitik terapiya

B) ağrısızlaşdırma

C) hormonoterapiya

D) oksigenoterapiya

E) hemodinamik monitorinq
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 568
718) Hansı əlamətləri kardiogen şokun əsas meyarlarına aid etmək olmaz?
A) sistolik arterial təzyiqin 80 mm c. süt. və aşağı enməsi

B) diastolik arterial təzyiqin 70 mm c. süt. - dən çox olması

C) şokun periferik simptomları

D) oliqouriya (sidik ifrazı - 20ml/saat - dan az), anuriya

E) nəbz arterial təzyiqin 30 mm c. süt. və aşağı enməsi
Ədəbiyyat: V.Ə.Əzizov. Daxili xəstəliklər, Kardiologiya, l cild. Bakı, 2011, səh.387
719) Aşağıdakılardan hansı meyar kəskin miokard infarktlı xəstələrdə kardiogen şokun ağırlığını müəyyən etmir? (AT - arterial təzyiqin səviyyəsi).
A) Turşu - qələvi müvazinətinin pozğunluq səviyyəsi

B) Şokun davam müddəti

C) Oliqouriyanın dərəcəsi

D) Depressor preparatlara reaksiya

E) AT - nın səviyyəsi
Ədəbiyyat: V.Ə.Əzizov. Daxili xəstəliklər, Kardiologiya, l cild. Bakı, 2007, səh. 387
720) Miokard infarktın hansı lokalizasiyasında sinoaurikulyar (SA) düyünün qan təhcizatının pozulması baş verir, hansı ki, məhz bu zaman SA düyünün qan təhcizatında iştirak edən sağ koronar arteriyanın trombozu əmələ gəlir?
A) önseptal (ön çəpər)

B) arxadiafraqmal (aşağı)

C) ön yayılmış

D) önbazal (ön hündür)

E) yan
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 571
721) Sol mədəciyin arxadiafraqmal (aşağı) divarı n.vagusun afferent reseptorları ilə zəngin olduğundan həmin zonanın infarktı zamanı sinus bradikardiyası aşağıdakılardan hansının pozuntusu ilə birgə rast gəlinmir?
A) ürək bulanması ilə

B) qusma ilə

C) kəskin arterial hipotoniya ilə

D) epiqastral nahiyədə ağrılarla (miokar infarktın ilk saatlarında)

E) ağız suyunun axması ilə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 571
722) Aşağıdakılardan hansı hal miokard infarktlı xəstələrdə sinus taxikardiyasının daha çox rast gələn səbəbi hesab olunmur?
A) durğunluq urək çatışmazlığı (miokard infarktın gecikmiş dövründə)

B) parasimpatik sistemin tonusunun artması

C) hiperkatexolaminemiya (stress, ağrı, xəstəliyin ilk saatlarında ölüm qorxusu)

D) kəskin mədə - bağırsaq qanaxması

E) qızdırma
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система).«Бином - пресс», 2007, стр. 571 - 572
723) Əgər kəskin miokard infarktlı xəstələrdə qulaqcıq fibrillyasiyasının taxisistolik forması baş veribsə və xəstə onu pis keçirirsə, həmçinin ürək çatışmazlığı əlamətləri artırsa, onda paroksizmi yox etmək üçün hansı müalicənin təyini daha yaxşıdır? (EİT - elektroimpuls terapiya).
A) EİT və ya amiodaron vena daxilinə damcı ilə

B) Xinidin daxilə və dil altına nifedipin

C) Propranalol daxilə (yüksək dozada)

D) Lidokain vena daxilinə şırnaqla və oksigenterapiya

E) Diqoksin vena daxilinə damcı ilə və ya kardioversiya
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 572
724) Mədəciküstü takikardiya ilə fəsadlaşmış miokard infarktlı xəstələrin müalicəsində ağır fəsadlaşmalar törətdiyi üçün hansı metodun həyata keçirilməsi məsləhət deyil?

1. Göz almalarına təzyiq etmək

2. Karotid sinusu massaj etmək

3. Valsalva sınağını həyata keçirmək

4. Vena daxilinə bolüsla adenozin yeritmək

5. Verapamili vena daxilinə yeritmək
A) 1, 2, 4

B) 3, 4, 5

C) 1, 3, 5

D) 2, 4, 5

E) 1, 2, 3
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 572
725) Miokard infarktı xəstələrdə qulaqcıq fibrillyasiyasının taxisistolik formasının paroksizmlərini pis keçirən xəstələrdə və/və ya ürək çatışmazlığı əlamətləri çoxaldıqda tutmanı yox etmək üçün amiodaronun damcı üsulu ilə venaya ilkin yeridilmə dozasını göstərin?
A) 300 - 450 mq

B) 900 - 1000 mq

C) 450 - 600 mq

D) 600 - 900 mq

E) 150 - 250 mq
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 572
726) Miokard infarktlı xəstələrdə qulaqcıq fibrillyasiyasının taxisistolik formasının paroksizmlərini pis keçirən xəstələrdə və ürək çatışmazlığı əlamətləri çoxaldıqda tutmanı yox etmək üçün amiodaronun venaya sutkalıq yeridilmə dozasını göstərin (mq - la)?
A) 450 - 600

B) 300 - 450

C) 900 - 1200

D) 150 - 250

E) 650 - 850
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2011, стр. 273, 569
727) Hansı ritm pozğunluğu mədəcik taxikardiyası və mədəcik fibrillyasiyasının baş verməsiylə assosiasiya olunan yüksək riskli proqnostik arzu olunmaz (pis) mədəcik ekstrasistoliyasına aid edilmir?
A) politop və polimorf

B) qoşa


C) qrupşəkilli və “yaylımlı”

D) tez - tez (saatda 20 - dən az)

E) erkən (“R - in Т üstünə” tipli)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 573
728) Miokard infarktlı xəstələrdə arterial hipertoniyanın ən xarakter ağırlaşması hansıdır?

A) pnevmoniya

B) tromboemboliya

C) miokardın cırılması

D) mədəcik paroksizmal taxikardiyası

E) mədə-bağırsaq qanaxmaları


Ədəbiyyat: Н.М. Шевченко. Кардиология, 2006

729) Arterial hipertoniyası olan stenokardiyalı xəstələrdə hansı qrup preparatları təyin etmək lazımdır?

A) raunatin

B) hidralazin (apressin)

C) kalsium antaqonistləri

D) minoksidil

E) beta-blokatorlar


Ədəbiyyat: Д.В. Преображенский, Б.А. Сидоренко, Н.Е. Романов. Клиническая фармакология антигипертензивных препаратов, 2000

730) Bədxassəli arterial hipertoniya xəstəliyi üçün xarakter simptomlar hansılardır?

A) hipertonik ensefalopatiya

B) böyrəklərin funksiyalarının pozulması

C) yüksək arterial təzyiq (220/130 mm.c.süt.)

D) göz dibinin ağır zədələnməsi

E) bütün sadalananlar


Ədəbiyyat: М.В. Кушаковский. Гипертоническая болезнь и вторичные артериальные гипертензии, 2003.

731) Aşağıdakı preparatlardan hansı qanın lipid spektrinə mənfi təsir edir?

A) atenolol və triampur

B) atenolol

C) furosemid

D) triampur

E) bütün sadalanan preparatlar


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

732) Feoxromositomaya hansı simptom aid deyil?

A) Qlükozaya tolerantlığın pozulması

B) Ortostatik hipotenziya, β-blokatorlara pressor effekt

C) Güclü baş ağrıları, tərləmə və ürəkdöyünmə

D) Çətin nəzarət olunan arterial hipertenziya

E) Ailə anamnezi


Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Arterial hipertenziyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol "səh.21
733) Feoxromositoma zamanı hipertonik krizin müalicəsində hansı preparatın venadaxili yeridilməsi effektlidir?

A) klofelin

B) qlikozidlər

C) fentolamin

D) dibazol

E) pentamin


Ədəbiyyat: Д.В. Преображенский, Б.А. Сидоренко, Н.Е. Романов. Клиническая фармакология антигипертензивных препаратов, 2000.

734) Sol mədəcik çatışmazlığı ilə ağırlaşmış hipertonik krizin müalicəsində hansı preparat istifadə olunur?

A) propranolol (anaprilin, obzidan)

B) nitroprussid natrium

C) strofantin

D) verapamil (izoptin, finoptin)

E) panangin


Ədəbiyyat: Д.В. Преображенский, Б.А. Сидоренко, Н.Е. Романов. Клиническая фармакология антигипертензивных препаратов, 2000.

735) Güclü baş ağrısı, tərləmə, ürəkdöyünmə ilə müşayiət olunan hipertonik krizlər hansı xəstəlik üçün xarakterdir?

A) insult

B) birincili hiperaldosteronizm

C) feoxromositoma

D) aortoarteriit

E) şəkərli diabet


Ədəbiyyat: М.В. Кушаковский. Гипертоническая болезнь и вторичные артериальные гипертензии, 2003.

736) Aşağıdakı xəstəliklərin hansında kəskin zəiflik tutmaları, keçib gedən parezlər, qıcolmalar, poliuriya, nikturiya müşahidə olunur?

A) insult

B) aortanın koarktasiyası

C) feoxromositoma

D) renovaskulyar hipertenziya

E) birincili hiperaldosteronizm


Ədəbiyyat: М.В. Кушаковский. Гипертоническая болезнь и вторичные артериальные гипертензии, 2003.

737) Təcrid olunmuş sistolik hipertoniya hansı xəstəlik üçün xarakterikdir?

A) aortanın aterosklerozu

B) aortal çatmamazlıq

C) tireotoksikoz

D) bütün sadalananlar

E) kəskin bradikardiya


Ədəbiyyat: М.В. Кушаковский. Гипертоническая болезнь и вторичные артериальные гипертензии, 2003.

738) Hansı preparatlar miokardın yığılma qabiliyyətini azaldır, lipid mübadiləsinə mənfi təsir göstərirlər?

A) lozartan

B) β-adrenoblokatorlar

C) kalsium antaqonistləri

D) kaptopril

E) prazozin


Ədəbiyyat: Д.В. Преображенский, Б.А. Сидоренко, Н.Е. Романов. Клиническая фармакология антигипертензивных препаратов, 2000.

739) Hansı hallarda arterial təzyiqin sürətlə azaldılması əks göstərişdir?

A) aortanın koarktasiyası zamanı

B) aortanın laylanan anevrizması zamanı

C) inkişaf edən böyrək çatmamazlığı zamanı

D) beyin qan dövranının pozulması zamanı

E) hipertonik ensefalopatiyada


Ədəbiyyat: Н.М. Шевченко. Кардиология, 2006.

740) Aorta anevrizması olan xəstələrdə Arterial Təzyiqin azaldılması üçün hansı preparat istifadə olunur?

A) natrium nitroprussid və beta-adrenoblokatorlar

B) droperidol

C) klofelin və beta-adrenoblokatorlar

D) apressin

E) furosemid


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

741) Aşağıdakılardan hansı sistolik AT-nin artmasına səbəb ola bilər?

A) His dəstəsinin sol və ya sağ ayaqcığının blokadası

B) tam köndələn blokada

C) II-ci dərəcəli sinoatrial blokada

D) II-ci dərəcəli atrioventikulyar blokada

E) sadalananlardan heç biri


Ədəbiyyat: Ж.Д. Кобалова, Й.В. Котовская. Артериальная гипертония, 2001.

742) Aşağı ətraf damarlarının obliterəedici aterosklerozu olan xəstələrdə arterial hipertoniyanın müalicəsində hansı preparatın istifadəsi əks göstərişdir?

A) prazozin

B) perindopril

C) propranolol

D) diltiazem RR (diltiazemin retard forması)

E) berlipril


Ədəbiyyat: Д.В. Преображенский, Б.А. Сидоренко, Н.Е. Романов. Клиническая фармакология антигипертензивных препаратов, 2000.

743) III nəsil beta-blokator nebiletin digər beta-blokatorlardan fərqi nədir?

A) damar endotelində azot oksid (NO) sintezini artırır

B) əlavə təsirlərin baş vermə tezliyi plasebodan artıq olmur

C) sadalananlardan heç biri

D) daha artıq beta selektiv təsirə malikdir

E) ürəyin vurğu həcmini azaltmadan mülayim vazodilatasiyaya səbəb olur


Ədəbiyyat: Д.В. Преображенский, Б.А. Сидоренко, Н.Е. Романов. Клиническая фармакология антигипертензивных препаратов, 2000.

744) Arerial hipertenziya zamanı aşağıda sadalananlardan orqan-hədəfə hansı orqan aiddir?

A) Mədə


B) Gara ciyər

C) Gırtlag

D) Böyrək

E) Ağ ciyərlər


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
745) Arterial hipertenziya zamanı sol mədəciyin hipertrofiyasının ən dəqiq müayinə üsuluna hansı aiddir ?

A) Auskultasiya

B) EKQ

C) Exokardioqrafiya



D) Rentgenoloji müayinə

E) Perkussiya


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
746) Hansı β-blokatorda vazodilyatasiya xüsusiyyətləri daha çox qeyd edilir?

A) Atenolol

B) Propranolol

C) Bisoprolol

D) Karvedilol

E) Nadolol


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
747) ÜST ekspertlərinin tövsiyələrinə əsasən III dərəcəli arterial hipertenziya zamanı arterial təzyiqin səviyyəsi neçədir?

A) Sistolik AT 140 çox, diastolik – 90 az

B) Sistolik AT 180 çox, diastolik – 110 çox

C) Sistolik AT 130 az, diastolik – 85 az

D) Sistolik AT 200 çox, diastolik – 110 çox

E) Sistolik AT 140 az, diastolik – 90 az


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007 .
748) Hansı faktorlar arterial hipertenziyanın risk faktorlarına aiddir?

A) Piylənmə

B) Boy

C) Maqnezium və dəmirin qida rasionunda miqdarı



D) Kalium və kalsiumun qida rasionunda miqdarı

E) Cins
Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007


749) Arterial hipertenziya zamanı hansı əlamət ürəyin zədələnməsini göstərir?

A) Sol mədəciyin hipertrofiyası

B) Qanda ümumi xolesterinin miqdarının 6,5 mmol-dan çox olması

C) Şəkərli diabet

D) Qanda triqliseridlərin miqdarının artması

E) Qanda ümumi xolesterinin miqdarının 5,2 mmol-dan çox olması


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007.
750) Ensefalopatiyasız hipertonik kriz zamanı preparat seçimi hansıdır?

A) Metildopa

B) Diazoksid

C) Labetolol

D) Nifedipin (dil altına)

E) Maqnezium


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
751) Ekstrasistoliya ilə müşahidə edilən arterial hipertenziya zamanı preparat seçimi hansıdır?

A) Enalapril

B) Metoprolol

C) Eprosartan

D) Nifedipin

E) Amlodipin


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
752) Qaraciyərin funksiyasının pozulması ilə müşahidə edilən arterial hipertenziya zamanı preparat seçimi hansıdır?

A) Nadolol

B) Diuretiklər

C) Metildopa

D) AÇF inhibitorları

E) Metoprolol


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
753) Sinus bradikardiyası, sinus düyünün zəifləməsi zamanı və AV blokadalar ilə müşahidə edilən arterial hipertenziyanın müalicəsinin preparat seçimi hansıdır?

A) β-blokatorlar

B) Verapamil, diltiazem

C) α1-adrenoblokatorlar

D) Nifedipin

E) İvabradin


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
754) Arterial hipertenziya zamanı hansı preparat qrupu qlükozaya tolerantlığı azaldır?

A) β-blokatorlar

B) Anqiotenzin II reseptorlarının blokatorları

C) AÇF inhibitorları

D) α-adrenoblokatorlar

E) Kalsium antaqonistləri


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2007
755) Renoparenximatoz arterial hipertenziyanın əlamətləri hansıdır?

A) Qanda kreatinin miqdarının yüksəlməsi

B) Sidiyin müayinəsi zamanı dəyişiklik yoxdur

C) Qanda ümumi zülalın miqdarının yüksəlməsi

D) Sidiyin müayinəsi zamanı oksalat duzların tapılması

E) Qanda sidik turşusunun miqdarının yüksəlməsi


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
756) Hansı diuretiki arterial hipertenziyanın müalicəsində istifadə etmirlər?

A) Osmotik diuretiklər

B) Kalium saxlayıcı diuretiklər

C) Ilgək diuretikləri

D) Aldosteron blokatorları

E) Tiazid diuretikləri


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
757) Arterial hipertenziya zamanı böyrəklərin zədələnməsinin əlamətinə hansı aiddir?

A) Albuminuriya sutkada 100 mq

B) Qanda kreatininin miqdarının azalması

C) Leykosituriya

D) Qanda sidik cövhərinin miqdarının artması

E) Eritrosituriya


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
758) Hansı hipotenziv preparatla müalicə nəticəsində bəzi xəstələrdə müsbət Kumbs reaksiyası qeyd edilir?

A) Perindopril

B) Valsartan

C) Metoprolol

D) Hidrolazin

E) Furosemid


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
759) Arterial hipertenziya ilə müşahidə edilən sistolik xroniki ürək çatmamazlığının müalicəsinin preparat seçimi hansıdır?

A) Nitratlar

B) Ürək qlikozidləri

C) Mülayim təsirli diuretiklər

D) Diltiazem

E) Verapamil


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
760) Arterial hipertenziya ilə müşahidə edilən miokard infarktı zamanı hipotenziv preparatların seçimi hansıdır?

A) Furosemid

B) Metaprolol

C) Nifedipin

D) Kandesartan

E) Prazozin


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
761) Diastolik arterial təzyiqin azalması hansı ürək-damar patologiyasının prediktoru sayılır?

A) Xroniki ürək çatışmamazlığı

B) Miokard infarktı

C) Revmokardit

D) Hipotonik formalı neyrosirkulyator distoniya

E) Ağ ciyər arteriyasının tromboemboliyası


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
762) Arterial hipertenziyalı xəstələrdə qanda kreatininin miqdarı 2 mq/dl çox olduqda diuretik preparatların seçimi hansıdır?

A) Ilgək diuretikləri

B) Spironolakton

C) Diakarb

D) Tiazid diuretikləri

E) Indapamid


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
763) Arterial hipertenziya və şəkərli diabet zamanı β–blokatorlardan preparat seçimi hansıdır?

A) Bisopralol

B) Nadolol

C) Karvedilol

D) Metaprolol

E) Atenolol


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
764) Arterial hipertenziya zamanı hansı hallarda α-adrenoblokatorlar təyin edilir?

A) ÜIX


B) Aritmiyalar

C) Prostat vəzinin adenoması

D) Durğunluq ürək çatışmazlığı

E) Aortal qüsurlar


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
765) Arterial hipertenziyalı xəstələrdə böyrəklərin zədələnməsi zamanı AÇF inhibitorlarından preparat seçimi hansıdır?

A) Perindopril

B) Fozinopril

C) Enalapril

D) Kaptopril

E) Lizinopril


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
766) Arterial təzyiqin həddi nədən aslı deyildir?
A) damar (arterial) sisteminin həcmindən

B) eritrositlərin sayından

C) dövr edən qanın həcmindən

D) arterial damarların divarının gərginlik dərəcəsindən

E) ürəkdən çıxan qanın intensivliyindən və ürək atımından
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.45
767) Arterial təzyiqin həddi hansı faktorlardan aslı deyildir?
A) cinsdən

B) dövr edən qanın həcmindən

C) damar sisteminin (arterial) tutumundan

D) ürəkdan çıxan qanın intensivliyindən

E) ürək vurğusunun ölçüsündən
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.45
768) Arterial təzyiqin qaqlxmasına və ya ürək kameralarının (boşluqlarının) dolmasına baroresrptorlar nə ilə cavab verirlər?
A) beyin yarımkürələrində yerləşən vazоmotor mərkəzlərin işini (təsirini) artırmaqla

B) afferent impulsasiyanın fəaliyyətini (təsirini) artırmaqla

C) onurğa beyində və hıpotalamusda yerləşən vazomotor mərkəzlərin işini (təsirini)azaltmaqla

D) damar tonusu requlyasiyasiyasına humoral mexanizmlərin işini (təsirini) artırmaqla

E) uzunsov beyində yerləşən vazomotor mərkəzlərin işini (təsirini) artırmaqla
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.51
769) Təngnəfəslik şikayətli olan xəstədə adətən, yüksək arterial təzyiq, sol mədəciyin hipertrofiyası və atım fraksiyasının azalmaması əlamətləri vardır. Bu xəstədə ürək çatışmazlığının (ÜÇ - ın) hansı aparıcı klinik əlaməti mövcuddur?
A) periferik ödemlər/durğunluq

B) ağciyər ödemi

C) kardiogen şok (ürəyin dəqiqəlik həcminin azalma sindromu)

D) yüksək qan təzyiqli (hipertenziv ÜÇ)

E) sağ ÜÇ
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12
770) “X sindromlu” xəstələrdə yanaşı endotelin disfunksiyası ilə əlaqəli olan və simptomlar törədə bilən hipertenziya və hiperlipidemiya kimi risk amillərini, müvafiq olaraq, hansı preparatlarla müalicə etmək tövsiyə olunur?
A) Angiotezin çevirici fermentin inhibitorları və statinlər

B) Rauvolf preparatları və nikotin turşusu

C) İf kanalları inhibitorları, eykozapentoen və dekozaheksaen turşularının etil efirləri

D) Sidik qovucular və fibratlar

E) Qeyri selektiv β-adrenoblokatorlar və antitrombositar preparatlar
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 32


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin