Giriş
Hörmətli oxucu,
„Kimyəvi əsaslar“ modulunda torpaqda gedən prosesləri, gübrələmə, bitkilərdə qida maddələrinin qəbulu və parçalanması, heyvanların saxlanmasını dərk etmək üçün lazım olan kimyəvi biliklər aşılanacaqdır. Bu biliklər təhsilalana kompleks əlaqələri başa düşmək və praktiki iş üçün müəyyən nəticələrə gələ bilmək imkanı verməlidir.
Hazırda kənd təsərrüfatında çalışan hər hansı mütəxəssis; istər aqronom və ya iqtisadçı, istərsə də zootexnik, kənd təsərrüfatı profilli fermer təsərrüfatlarında fəhlə kimi çalışan hər hansı bir işçi kənd təsərrüfatının istehsal etdiyi məhsulların kimyavi tərkibininə dair nəzəri bilikləri və praktiki bacarıqları olmadan özünün istehsalat funksiyalarını tam dolğunluğu ilə yerinə yetirə bilməz.
K/t işlərinin görülməsində istifadə olunan müxtəlif təyinatlı mineral və üzvi gübrələrdən standartın təyin etdiyi normalara uyğun istifadə qaydalarını bilməlidir. Oxucu daxili bu modulu öyrənməklə kimyavi elementlər, molekullar, kimyavi birləşmələr, oksidlər, əsaslar, qələvilər, turşular, duzlar haqda bilgilər əldə edəcək və adı çəkilən maddələrlə təmasda olarkən onlarla davranma qaydalarına əməl edəcəkdir.
Dostları ilə paylaş: |