Китабын ады



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə223/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   219   220   221   222   223   224   225   226   ...   314
2 5290018709182616340

(məhəbbət) yaradacaqdır». 
Əshab  bu  hadisədən  heyrətə  gəldi.  Rəsuli-əkrəm  (s)  buyurdu:  «Nə  üçün 
heyrətləndiniz,  Quran  dörd  qismdir;  ondan  dörddə  biri  biz  Əhli-beyt 
haqqındadır,  dörddə  biri  halallar  və  dörddə  biri  haramlar  haqqındadır.  Digər 
dörddə  biri  isə  fərz  və  əhkam  haqqındadır.  Allaha  and  olsun  ki,  Quranın 
kəramətləri də Əli haqqında nazil olmuşdur». 
Şeyx: «Hədisin səhih olması onun sadəcə Əli (k.v) haqqında olmasına dəlalət 
etməz. Bu hədis iki şəni uca xəlifə olan Əbu Bəkr və Ömər haqqında da söylənmiş 
ola  bilər.  Quzat  ibn  Suveyd  İbn  Əbu  Məlikdən  o  da  İbn  Abbasdan  Rəsulallahın 
belə  buyurduğunu  nəql  etmişdir:  «Əbu  Bəkr  və  Ömər  mənə  nisbətdə  Harunun 
Musaya olan mənziləti (məqamı) kimidir». 
Dəvətçi:  «Hörmətli  ağalar,  əgər  bir  az  ravilərin  ricalına  müraciət  etmiş 
olsaydınız,  özünüzü  bu  qədər  zəhmətə  salmazdınız.  Bəzən  Amudi,  bəzən  də 
yalançı  Quzat  kimi  kəslərin  sözləriylə  dəlil  gətirirsiniz.  Böyük  alimləriniz  onun 
nəql etdiyi hədisləri zəif bilərək, rədd etmişlər. Xüsusilə, Əllamə Zəhəbi «Mizanul-
Etidal» kitabında Quzat ibn Suveyd və Əmmar ibn Harunun tərcümeyi-halında bu 
hədisi rədd etmiş və onun yalan olduğunu söyləmişdir. Elə bu səbəbdən Quzat ibn 


 
204 
Suveyd öz alimləriniz tərəfindən rədd edildiyinə görə ondan nəql edilən hədislər də 
rədd edilmiş deməkdir.  
Şiənin  bu  hədisi  təvatürlə  nəql  etməsinə  baxmayaraq,  böyük  alimlərinizdən 
nəql  etdiyim  ravilər  silsiləsini  Quzatın  nəql  etdiyi  rəvayəti  yan-yana  qoyaraq 
müqayisə edin və sonra hansının daha doğru olduğuna vicdanınızla qərar verin». 
Söz  buraya  yetişəndə  ağalar  saatlarına  baxaraq  «Başımız  söhbətə  qatışdı, 
saatdan  qafil  olduq;  Artıq  gecə  yarısıdır.  Bu  mövzunu  burada  saxlayaq,  sabah 
qaldığımız yerdən davam edərik» deyib, vidalaşaraq getdilər.  
 


 
205 
BEŞİNCİ GECƏ 
 
27 rəcəb, çərşənbə axşamının gecəsi, 1345-ci il (1924) 
Axşamın  ilk  saatlarında  məclisdə  iştirak  etmək  üçün  çox  sayda  camaat 
toplaşdı. Hal-əhval tutub, çay içildikdən sonra Hafiz sözə başladı.  
Hafiz:  «Bu  gün,  dünənki  gecə  dediyiniz  sözlərin  üzərində  yaxşı-yaxşı 
düşündüm. Sonra bu nəticəyə gəldim: maşallah, güclü danışma qabiliyyətiniz var. 
Sehirli  bəyanınızla,  gözəl  bəlağətinizlə  və  mövzunu  incələyib  açıqlamaqla, 
Rəsulallahın  mənzilət  (s)  hədisini  buyurmanızdan  məqsədiniz  həzrət  Əlinin  (ə) 
Peyğəmbəri-əkrəmdən  (s)  sonra  xəlifə  olduğunu  isbat  etməkdir.  Halbuki,  hədisin 
xüsusi  bir  tərəfi  olub  və  Təbuk  döyüşündə  söylənişdir.  Hədisin  ümumilikdə  hər 
zaman keçərli olacağına dair hər hansı bir dəlilimiz yoxdur». 
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin