mənziləti kimi olmaya razı deyilsən?»
Mirseyid Əli Həmədani «Məvəddətul-qurba»nın 6-cı məvəddəsində Ənəs ibn
Malikdən nəql etdiyi hədisin sonunda (dünən axşam bu hədisi söyləmişdim)
Rəsulallahın (s) belə buyurduğunu nəql edir:
«Əgər məndən sonra nəbi (peyğəmbər) olsaydı, mütləq Əli peyğəmbər olardı. Amma məndən sonra nübuvvət (peyğəmbərlik) yoxdur».
Bu qədər dəlilin yetərli olacağını düşünürəm. Ağalar kimsəni çaşdırmağa cəhd
etməsinlər. Bilsinlər ki, müstəsna (istisna edilən) nübuvvətin olmaması deyil,
nübuvvətdir. Bu hədisdə izah edilənlərə diqqət yetirin: Həzrət Musa Kəlimullah (ə)
ümmətindən 40 gün ayrıldıqda onları öz başlarına buraxmadı. Bəni-İsrailin ən
fəzilətlisi olan həzrət Harunu öz yerinə xəlifə və vəsi olaraq seçib getdi. O, bu
vəsiləylə nübuvvətə hər hansı bir zərərin kəlməsinin qarşısını almaq istəyirdi.
Vəziyyət belə olduğu halda şəriəti kamil, qanunları da Qiyamətə qədər olan
Xatəmül-ənbiyanın (s) cahil insanları öz başlarına buraxmaması və müqəddəs
şəriəti istədiklərinə uyacaq, rəy və qiyasa görə əməl edəcək və şəriəti bölüb-
parçalayaraq Hənif və saf ümməti 73 firqəyə böləcək insanların ixtiyarına
buraxmaması daha uyğundur! Onun üçün şərafətli hədisi «Əlinin mənə nisbət olan