Китабын ады


Şeyx: «Əgər iddiamızın əksinə başqa məntiqli dəlilləriniz varsa, bəyan edin».  Dəvətçi



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə296/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   292   293   294   295   296   297   298   299   ...   314
2 5290018709182616340

Şeyx: «Əgər iddiamızın əksinə başqa məntiqli dəlilləriniz varsa, bəyan edin». 
Dəvətçi:  «Rica  edirəm,  bu  mövzunu  qurtaraq  artıq.  Çünki  söz  sözü  çəkir. 
Belə olunca da bəzi insafsızlar inad etdiyimizi güman edə bilər, işin sonu da kin və 
nifrətə  çevrilər,  xəlifələrin  məqamına  qarşı  xəyanət  etdiyimiz  də  düşünülə  bilər. 
Amma hər kəsin məqamı qorunmuşdur. Boş yerə təvil və təfsir etməyin bir mənası 
yoxdur». 
Şeyx:  «Xahiş  olunur  işin  altından  qaçmayasınız.  Əmin  olun  ki,  məntiqli 
dəlillər kin və nifrət doğrutmur, bəlkə həqiqətləri ortaya çıxarır». 
Dəvətçi:  «İşin  altından  qaçma»  dediyiniz  üçün  cavab  vermək 
məcburiyyətindəyəm.  Qaçmağa  bir  şey  yoxdur.  Sadəcə  ədəbə  riayət  etməyə 
çalışdım.  İndi  sözlərimi  insaf  və  diqqətlə  dinləyin.  Bunun  cavabını  mühəqqiq 
alimlər  müxtəlif  yollarla  demişlər.  Əvvəlcə  bildirim  ki,  «Rəsuli-əkrəmin  (s)  Əbu 
Bəkrin  özündən  sonra  xəlifə  olacağını  bildiyindən  onun  canını  qorunması  O 
həzrətə  (s)  vacib  olmuşdu»  iddianız  əsası  olmayan  bir  şeydir.  Bütün  cavabı  çox 
asandır. 
Birincisi budur ki, Peyğəmbəri-əkrəmin xəlifəsi yalnız Əbu Bəkr olsaydı belə 
bir  ehtimal  ola  bilərdi.  Amma  Xulafeyi-raşidin  xəlifələrinin  dörd  nəfər  olduğunu 


 
261 
özünüz söyləyirsiniz. Gətirdiyiniz dəlilə görə Rəsulallahın (s) həmin vaxt Məkkədə 
hazır olan dörd xəlifənin dördünü də yanında aparması lazım gəlirdi. Yoxsa birinin 
canını  qurtarıb  digərlərini  təhlükədə  qoyması,  hətta  onlardan  birini  düşmənin 
hücumuna məruz qalacağını bildiyi halda yatağında yatırtması sizin bu dəlillə heç 
bir şəkildə uyğunlaşmır. Çünki həmin vaxt Peyğəmbərin (s) yatağı çox xətərli idi. 
İkincisi  budur  ki,  Təbəri  «Tarix»  kitabının  III  cildində  yazdığına  görə,  Əbu 
Bəkrin Rəsulallahın (s) nə zaman hicrət edəcəyindən xəbəri belə yox idi. O, imam 
Əlinin (ə) yanına gedərək, həzrət Peyğəmbərin (s) vəziyyətinin nə yerdə olduğunu 
soruşdu. O da onun mağaraya getdiyini, işi varsa ona yetişə biləcəyini söylədi. Əbu 
Bəkr də yola düşdü və yarı yolda Rəsulallaha (s) yetişdi. Beləliklə, məcbur halda 
bərabər yola davam etdilər. Bundan da anlaşılır ki, Peyğəmbəri-əkrəm (s) onu özü 
ilə  birlikdə  aparmaq  istəməmişdi.  Əksinə  o  iznsiz  olaraq  Rəsulallahın  (s)  ardıyca 
gedib, yarı yoldan sonra onunla bərabər yola davam etmişdi. 
Hətta  bəzi  xəbərlərə  görə  həzrət  Peyğəmbərin  (s)  Əbu  Bəkri  yanında 
aparmasının  səbəbini  təsadüfi,  fitnə  çıxmaması  və  düşmənə  xəbər  verə 
biləcəyindən ehtiyat etdiyinə görə olduğu anlaşılır. Bu səbəbdən insaflı alimləriniz 
bunu  etiraf  etmişlər.  Məsələn,  qabaqcıl  alimlərinizdən  olan  Şeyx  Əbulqasim  ibn 
Sabbağ Rəsulallahın (s) həyatı haqqında olan «Ən-nuru vəl-bürhan» adlı kitabında 
Məhəmməd ibn Əshəqdən, o da Həssən ibn Sabit Ənsaridən belə rəvayət etmişdir: 
«Həzrət  Peyğəmbərin  (s)  hicrətindən  əvvəl  ümrə  ziyarəti  üçün  Məkkəyə  getdim. 
Qüreyş  müşriklərinin  Rəsulallahın  (s)  əshabını  söydüklərini  gördüm.  O  vaxt 
Rəsulallah  (s)  Əliyə  öz  yatağında  yatmasını  əmr  etdi.  Əbu  Quhafənin  oğlu  Əbu 
Bəkrin  düşmənlərə  xəbər  verə  biləcəyindən  ehtiyat  etdiyinə  görə,  onu  özü  ilə 
birlikdə götürüb, mağaraya doğru hərəkət etdi». 
Üçüncüsü,  ayədəki  isdişhad  (şahid  misal)  yerini  və  fəzilət  səbəbini  bəyan 
etsəydiniz,  çox  yaxşı  olardı.  Rəsulallahla  (s)  birlikdə  səfər  etmək  xilafətin  isbatı 
üçün necə dəlil ola bilər?!». 
Şeyx: «İstişhad yeri məlumdur. Birincisi, Rəsulallah (s) ilə birlikdə olması və 
Allahın  ona  Rəsulallahın  (s)  yoldaşı  deməsi.  İkincisi,  Allah-təala  Rəsulallahın 
dilindən belə buyurur: 


 
262 
«Allah bizimlə bərabərdir»
1
 
Üçüncüsü  də,  Allah  tərəfindən  Əbu  Bəkrə  səkinə  (mənəvi  bir  güc)  enməsi, 
onun fəzilətinə böyük bir dəlildir. Bunların hamısı onun üstünlüyü və xəlifəlikdə 
qabaqcıllıq haqqına sahib olduğunu göstərir». 
Dəvətçi:  «Kimsə  Əbu  Bəkrin  dərəcələrini  inkar  etmir.  Çünki  o  yaşlı  bir 
müsəlman, əshabın böyüklərindən və Rəsulallahın (s) zövcəsinin atası idi. Amma 
bir  az  əvvəl  saydığınız  dəlillər  Əbu  Bəkrə  məxsus  bir  fəzilətin  və  xəlifəlikdə 
qabaqcıllıq haqqına sahib olduğunun isbatı üçün kifayət deyildir. 
Əgər  qərəzsiz  bir  əcnəbinin  qarşısına,  ona  məxsus  bir  fəzilət  isbat    etmək 
üçün  bu  ayə  haqqında  verdiyiniz  bəyanlarla  çıxsanız,  ciddi  bir  etirazla 
qarşılaşarsız. Çünki cavabınızın əvəzində deyərlər ki, yaxşılarla yol yoldaşı olmaq 
təkbaşına fəzilətli və üstün olmaq üçün yetərli deyildir. Bir çox səfərlərdə yaxşılar 
pislərlə və kafirlər də müsəlmanlarla yol yoldaşı olurlar. Bu səbəbdən səfərdə bu 
cür hallar daha çox gözə çarpır. 
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin