damla nütfədən yaradan və daha sonra adam şəklinə salan Allahı inkarmı edirsən?!».
Böyük alimlərinizdən olan Fəxri Razinin də «Təfsiri-Kəbir» kitabında nəql
etdiyi kimi, müfəssirdər ümumi bu ayə haqqında belə deyirlər: Biri mömin, digəri
də kafir olan iki qardaş var idi. Möminin adı Yəhuda, kafirin isə Bəratus idi.
Aralarında olan söhbət uzun olduğu üçün nəql etmirəm. Ancaq görürsünüz ki,
Allah-təala biri mömin, digəri də kafir olmasına baxmayaraq, onları «qardaş»
adlandıraraq xüsusiyyətləndirir. Görəsən, möminin kafirlə qardaş olması, kafirə hər
hansı bir fayda verdimi? Cavab mümkünsüzdür. Demək ki, biri ilə yoldaş olmaq
təkbaşına fəzilət və üstünlük üçün yetərli deyildir. Bu mövzu üçün bir çox dəlil
var, amma vaxtımız bundan çoxunu deməyə imkan vermir.
Rəsulallahın (s) Əbu Bəkrə «Allah bərabərdir» - deyəbuyurması Allahın
onunla bərabər olduğu və bunun da onun üstünlüyü və xilafətinin isbatı üçün dəlil
təşkil etdiyi iddianıza gəlincə, inancınızı yenidən gözdən keçirin. Çünki belə
dediyinizdə sizə etiraz edərək belə deyərlər: «Allah yalnız mömin və övliyalarla
bərabərdir? Mömin olmayan biri ilə bərabər deyilmi?». Görəsən, bir yer var ki,
Allah orada olmasın? Bir kəs varmı ki, Allah onunla bərabər olmasın? Bir məclisdə
həm mömin, həm də kafir olarsa, Allahın yalnız möminlə bərabər olduğunu, amma
kafirlə olmadığını ağıl qəbul edərmi? Bu səbəbdən Allah-təala Quranın
«Mücadələ» surəsinin 7-ci ayəsində belə buyurur:
«Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini bilmirsən? Aralarında