Китабын ады



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə256/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   252   253   254   255   256   257   258   259   ...   314
2 5290018709182616340

ŞƏHRİSTANİNİN XƏTALARI 
 
Onların  bir  çox  kitabları  var,  amma  elmi  tərəfdən  müəllifləri  hər  hansı  bir 
dəyərə sahib deyildir. Məsələn, Məhəmməd ibn Əbdülkərim Şəhristaninin (Ö: 548 
h.q)  «Miləl  və  nihəl»  adlı  kitabı  məşhur  olmasına  baxmayaraq,  əql  və  şəriətdən 
                                                 
1
 Misirli Əbdüllah Qəsimi «Əs-sira beynəl-İslam vəl-vəsəniyyə»də 
Misirli Məhəmməd Sabit «Əl-covlə fi rubuil-şərqil-ədna»da,  
Türkistanlı Musa Carullah Əl-vəşiə fi nəqdil-əqaidiş-şiə»də,  
Misirli Əhməd Əmin «Fəcrul-İslam və zuhəl-İslam»da və s.ö alimlər İbn Teymiyyənin iddialarını yazmışlar.  


 
233 
uzaqdır,  tədqiqatçı  alimlərin  gözündə  isə  heç  bir  dəyəri  yoxdur.  Bu  kitabı  açıb 
oxuduqda görürsən ki, şiələrə nə qədər iftiralar atmışdır. Həzrət Əliyə (ə) tapınmaq 
(sitayiş), tənəssüx (kopyalamaq) və təşbihdən (bənzətmək) tutmuş, ağlın və şəriətin 
qəbul etmədiyi və özlərinin belə xəbəri olmadığı bir çox cəfəngiyyatı şiələrə nisbət 
verir.  Bu  şəxsin  həqiqətləri  anlama  idrakının  olmadığı  açıq-aydın  bəllidir.  Tarixi 
hadisələr  haqqında  da  hər  hansı  bir  məlumatı  olmadığı  aşkardır.  Dünyanın  bir 
guşəsində  oturmuş  kim  nə  demişsə,  araşdırma  aparmadan  hamısını  yazmış,  adını 
da «Miləl və nihəl» (Millətlər və inanclar) qoymuşdur! 
İnsan  bu  kitabın  bəzi  yerlərindəki  yalanları  gördükdə,  başqa  bölümlərdə  yer 
alan sözlər də gözündən düşür. Oxucuların, kitabın mahiyyətini və müəllifin necə 
bir şəxsiyyətə sahib olduğunu bilmələri üçün sadəcə bir tarixi hadisəni misal olaraq 
xatırladacağam: İsna Əşəriyyə (yəni 12 imamlı şiələrin) haqqında fikir yürüdərkən 
belə yazır: «İmam Məhəmməd Təqidən sonra, məzarı Qumda olan imam Əli ibn 
Məhəmməd  Nəqinin  qızıldan  düzəldilmiş  böyük  bir  günbəzi  olan  geniş  hərəmi 
vardır.  Qacar  şahlarından  Qəsirəddin  şah  onu  təmir  etdirərək,  ziynətləndirmək 
iftixarına nail olmuşdur». 
Halbuki,  həzrət  Hadinin  şərif  məzarının  Samirrədə  –  oğlu  imam  Həsən 
Əsgərinin  yanında  olduğunu  hər  kəs  bilir.  Daha  kifayət  edər,  sözü  çox  uzatmaq 
istəmirəm. Bunlar minlərlə deyə biləcəyim misaldan biriydi.  
Artıq Şeyx şiələr yalan söyləyir, iftira atır deməsin; sizin öz alimləriniz bu cür 
işlər  edirlər.  Əbu  Hüreyrəyə  həqarət  etmədiyimin  bilinməsi  üçün  əhli-sünnətin 
böyük alimlərinin onun iç üzü haqqında yazdıqlarından bəzilərini deyəcəyəm.  
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin