Китабын ады


olduğu  yerdə  başqalarını  ön  görəmək  yersizdir



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə273/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   269   270   271   272   273   274   275   276   ...   314
2 5290018709182616340

olduğu  yerdə  başqalarını  ön  görəmək  yersizdir»  heç  kim  inkar  edə  bilməz!  Bu 
hədis Əbu Bəkrin ümmətin digər şəxslərindən hər işdə qabaqcıllıq haqqına sahib 
olduğunu isbat edir». 
Dəvətçi: «Anlaya bilmirəm, nə səbəbdən düşünlərdən nəql olunan hər hədisi 
qəbul edirsiniz. Əgər Rəsulallah (s) bu hədisi buyurmuş olsaydı, nə üçün dediyinə 
görə əməl etmədi? Nə üçün mübahilə hadisəsində Əbu Bəkrin yerinə həzrət Əlini 
(ə) özü ilə bərabər apardı? Nə üçün Təbuk səfərində Əbu Bəkr olduğu halda, həzrət 
Əlini  (ə)  xəlifə  olaraq  öz  yerin  qoydu?  Məkkədə  «Bəraət»  surəsinin  oxunması 
məsələsində  nə  üçün  Əbu  Bəkri  kənarlaşdırıb,  yerinə  həzrət  Əlini  (ə) 
vəzifələndirdi?  Nə  üçün  Məkkə  fəth  edildikdən  sonra  Kəbədəki  bütləri  yıxmaq 
üçün  Əbu  Bəkrin  yerinə  həzrət  Əlini  (ə)  önə  çəkib,  hətta  Hubəl  bütünü  yıxması 
üçün  onu  çiyninə  qaldırdı?  Əbu  Bəkr  olduğu  halda  nə  üçün  yəmənliləri  İslama 
dəvət etməyə həzrət Əlini (ə) göndərdi? Hamısından əlavə, nə üçün özündən sonra 
xəlifə olası üçün Əbu Bəkrin yerinə həzrət Əlini (ə) vəsi təyin etdi?». 
Şeyx: «Rəsulallahdan (s) bir çox səhih hədis nəql edilmişdir. Bunu qətiyyən 
inkar edə bilməzsiniz. Hədis belədir: Əmr ibn As deyir ki, bir gün Peyğəmbərdən 
(s)  belə  soruşdum:  «Ya  Nəbiyyəllah!  Ailənizdəki  qadınların  içində  ən  çox 
sevdiyiniz  kimdir?».  Cavabında  «Aişə»  buyurdu.  Sonra  «Kişilərin  içində  ən  çox 
sevdiyiniz kimdir?» soruşduqda «Aişənin atası» buyurdu. Əbu Bəkr Peyğəmbərin 
ən  çox  sevdiyi  insan  olduğuna  görə  ümmətin  hamısına  rəhbərlik  etmək  haqqı 
vardır. Bu da Əbu Bəkrin xəlifəliyi üçün qəti bir dəlildir!». 
 


 
246 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin