Китабын ады


KEYSANİYYƏ FİRQƏSİNİN İNANCI



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə88/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   84   85   86   87   88   89   90   91   ...   314
2 5290018709182616340

KEYSANİYYƏ FİRQƏSİNİN İNANCI 
 
İkinci firqə, Keysaniyyə firqəsi idi. Bu firqənin mənsubları həzrət Əlinin (ə) 
azad  etdiyi  köləsi  Kisanın  əshabından  sayılırdılar.  Onlar  həzrət  Əlinin  (ə)  Həsən 
(ə) və Hüseyndən (ə) sonra böyük oğlu olan Məhəmməd Hənəfiyyənin imamətinə 
inanırdılar.  Lakin  cənab  Məhəmmədin  belə  bir  iddiası  yox  idi.  Əksinə,  ona 
Seyyidüt-tabein  (tabe  olanların  ağası)  deyirdilər.  Elm,  zöhd,  vərə
1
  təqva  və 
Mövlanın (ə) əmrinə itaət etməkdə məşhurdur.  
Bəzi oyunbazlar onun imam Zeynul-Abidin (ə) ilə müxalifət etmə hadisəsini 
bəhanə edərək, bunun imamətliyinə bir dəlil olmasını iddia edirdilər. Həqiqətdə bu 
hadisə imaməti iddia etmək məsələsi deyildi. Cənab Məhəmmədin bu müxaliflikdə 
məqsədi dördüncü imam həzrət Səccadın (ə) məqamını isbat etmək və bu yolla hər 
şeydən xəbərsiz və saf müridlərinə özünün bu məqama layiq olmadığını bildirmək 
idi.  
                                                 
1
 Vərə – haram və şübhəli şeylərdən çəkinmək.  


 
89 
Çünki  hədis  və  tarix  kitablarında  təfərrüatlı  bir  şəkildə  nəql  edilmişdir. 
Məscidül-Hərəmdə  Həcərul-əsvəd  qarşısında  haqq  sabit  olduqdan  sonra  Həcərul-
əsvəd  həzrət  Səccadın  (ə)  imamətliyini  iqrar  etdi.  O  cənabın  (ə)  imamətliyinə 
inananların  önündə  gələn  Əbu  Xalid  Kabuli,  Məhəmməd  Hənəfiyyənin 
imamətliyinə  inanan  bir  qrup  camaatla  bərabər  cənab  Məhəmməd  Hənəfiyyəyə 
təslim olaraq, imam Səccadın (ə) imaətliyini etiraf etdilər.  
Lakin bir qrup saxtakarlar və hər şeydən xəbərsiz cahil avamlar o inanca bağlı 
qalmadılar. Bəhanə gətirərək deyirdilər: «Məhəmməd təvazökarlıq göstərmişdir və 
bəni-Üməyyə qarşısında siyasət belə tələb edirdi; buna əsasən, cənab Məhəmmədin 
imam olması qətidir». 
Bunlar Məhəmmədin  vəfatından sonra  da  eyni  inanc üzərində  sabit  qaldılar; 
«Cənab  Məhəmməd  ölməmişdir,  o,  Mədinə  yaxınlığında  Rəzəvi  dağında  qeybə 
çəkilmişdir,  bir  zaman  gəlib  dünyanı  ədalətlə  dolduracaqdır»  deyirdilər.  Daha 
sonra dörd firqəyə ayrıldılar: «Muxtariyyə, Kərbiyyə, İshaqiyyə, Hərbiyyə». 
Hal-hazırda belə bir inancın ardıcılları qalmamışdır.  
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin