«SƏHİHİ-BUXARİ» VƏ «SƏHİHİ-MÜSLİTM»DƏKİ XURAFAT HƏDİSLƏR
Dəvətçi: «Əvvəlcə söhbət əsnasında buyurdunuz ki, bu iki kitab («Səhihi-
Buxari» və «Səhihi-Müslim») bütün ümmət tərəfindən qəbul edilmişdir. Sizin bu
iddianız İbn Həcərin sözünə istinad edərək, elm, əməl və məntiq baxımından, əql
və basirətlə əməl edən yüz milyon müsəlmanın (şiələrin) inkar etdiyi bir şeydir.
Belə isə, buradakı ümmətin icması, İslamın əvvəlində xilafət xüsusundakı qəbul
edilən icmanın eynidir!
Birdə ki, mənim dediyim sözlər dəlil və bürhanladır. Əgər möhtərəm ağalar
həqiqəti görən gözlə o kitablara baxarlarsa, bizim gördüyümüz şeyləri onlar da
görərlər. Biz və bütün insanlar kimi, siz də o kitablardakı nəql edilən sözlər
qarşısında heyrət içərisində qalıb, güləcəksiniz. Çünki böyük alimlərinizdən çoxu
məsələn: Daruqutni, İbn Həzəm və Şəhabuddin Əhməd ibn Məhəmməd Qəstalani
«İrşadus-sari», Əllamə Əbul-Fəzl Cəfər ibn Sələbi Şafei «Əl-imtafi əhkais – sima»
və Şeyx Əbdülqadir ibn Məhəmməd Qureşi Hənəfi «Cəvahirul-İslam Əbu
Zəkəriyyə Nəvəvi «Səhihin şərhi»ndə, Şəmsəddin Əlkami «Kəvkəbi munir fi şərhi
camiis-səğir»də və İbn Qəyyum «Zadul-məad fi huda xeyrul-ibad» kitabında,
xülasə Hənəfi alimlərinin hamısı və əhli-sünnətin digər böyük alimləri açıq-aydın
«Səhihi-Buxari» və «Səhihi-Müslim»dəki bəzi hədisləri araşdırıb tənqid etmiş və
bu iki kitabda səhih olmayan çox zəif hədislərin mövcud olduğunu etiraf etmişlər.
ÇƏünki Buxari və Müslim sadəcə hədis toplamış, lakin onların səhih olub-
olmadığına diqqət etməmişlər.
Sizin mühəqqiq alimlərinizdən bəziləri, məsələn: Kəmaluddin Cəfər ibn Sələb
Səhihin kitablarındakı hədislərin fəzahət və qəbahətlərini açıqlamada və onların
utandırıcı eyblərini nəşr etməkdə olduqca qüvvə sərf etmişdi. Bu babdakı dəlil və
bürhanlarımız çox bariz və aydındır. Belə isə, hədislər haqqında araşdırma
apararaq hügumunuza məruz qalanlar sadəcə biz deyilik. Hətta böyük mühəqqiq
alimləriniz də həqiqətlər üzərində araşdırma aparıb, bu cür sözləri bəyan etmişlər».