Görəsən, məni gözümdə çör-çöpü tez görürsən; Nə üçün öz gözündəki xurma gövdəsini görmürsən? Guya, möhtərəm ağalar öz kitablarındakı cəfəngiyatı, hətta küfriyyəti görüb,
onlara diqqət etmirlər. O kitablarda elə sözlər vardır ki, oğlu ölən ana belə gülməyə
məcbur olar. Əgər onları görsəniz, utandığınızdan başınızı yuxarı qaldıra
bilməzsiniz. Hətta etibarlı «Səhih»lərinizdə o qədər gülünc hədislər nəql olunmuş
ki, insanı heyrətə gətirir».
Hafiz: «Gülünc olan sizin sözlərinizdir ki, böyüklük və ucalıqda misli
görülməmiş kitablara, xüsusilə bizim alimlərimizin iftixarlı hədislərini qəbul etdiyi
«Səhihi-Buxari» və «Səhihi-Müslim»ə xurafat və xəta nisbəti verərək
dəyərləndirirsiniz! Kim bu iki kitabdakı hədisləri inkar edər və oradakı sözlərin
xəta olduğunu söylərsə, həqiqətdə əhli-sünnət vəl-camaət məzhəbini inkar
etmişdir. Çünki bu iki böyük kitab Qurandan sonra camaat içərisində ən mötəbər
sayılan kitablardır.
İbn Həcər Məkki «Səvaiqul-muhriqə» kitabının əvvəlində belə yazmışdır:
«Bu bölüm Əbu Bəkrin xilafətinin xüsusiyyətinin bəyanı haqqındadır. Buxari və
Müslim bunu «Səhih»ində rəvayət etmişlər. Bu iki kitab Qurandan sonra ümmətin
icmasıyla ən səhih kitablardır».
Aydındır ki, bu iki kitabda nəql olunan hədislərin Rəsulallahdan (s) nəql
olunduğu qətidir. Çünki ümmət bunları qəbul etməkdə icma etmiş və ümmətin
qəbul etdiyi hər şeyə qətidir. Çünki səhih kitablarda nəql olunan hədislərin də
doğruluğu qətidir. Belə isə, bir kəs nə cür cürət edib, «bu iki kitabda küfriyyət,
cəfəngiyat və xurafat vardır» deyə bilər?!».