Kompüter Texnologiyaları İnformatika fundamental elm kimi, onun tarixi və predmeti


Kompilyator – yazılmış ilkin proqramı bütünlükdə birbaşa maşın dilinə çevirir. İnterpretator



Yüklə 1,2 Mb.
səhifə21/65
tarix20.07.2022
ölçüsü1,2 Mb.
#117423
1   ...   17   18   19   20   21   22   23   24   ...   65
Kompüter Texnologiyaları

Kompilyator – yazılmış ilkin proqramı bütünlükdə birbaşa maşın dilinə çevirir.

İnterpretator – hər bir operatoru ayrılıqda təhlil edərək, hissə-hissə maşın dilinə tərcümə edir.

Proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti əsasən yazılmış ilkin proqramın mətnində redaktə işləri aparmaq, proqramın icra olunması üçün nəzərdə tutulmuş proqramlar toplusudur.
Turbo Pascal, Pascal ABC, Dev C++, Eclipse, Netbeans, Visual Studio, PL SQL Developer, Oracle SQL Developer və s. misal göstərmək olar.

CASE texnologiyası mürəkkəb informasiya sistemlərinin yaradılmasında tətbiq olunur. Bu texnologiya informasiya sisteminin hazırlanması, avtomatlaşdırılması və s. əməliyyatları yerinə yetirir. CASE texnologiyasına aid Application Development Workbench, B Pvin, CDEZ Tods, Clear Case, Composer, Discover Development Information System proqramlarını göstərmək olar.

İndi isə proqram təminatı ilə bağlı bir sıra vacib terminlərin izahına baxaq:

Proqramın yüklənməsi dedikdə proqramın xarici yaddaş qurğularından kompüterin əməli
yaddaşına köçürülməsi nəzərdə tutulur.

Proqramın quraşdırılması (instalyasiyası) dedikdə isə proqramın kənar yaddaş qurğularından – məlumat daşıyıcılarından kompüterin sərt diskinə köçürülməsi nəzərdə tutulur. Kompüterdə instalyasiya olunmuş proqramlar adətən sərt diskdə Program Files bölümündə saxlanılır.
Kompüterdə proqramları quraşdırmaq üçün adətən setup.exe adlı fayldan istifadə olunur.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin