Kompüter Texnologiyaları İnformatika fundamental elm kimi, onun tarixi və predmeti



Yüklə 1,2 Mb.
səhifə23/65
tarix20.07.2022
ölçüsü1,2 Mb.
#117423
1   ...   19   20   21   22   23   24   25   26   ...   65
Kompüter Texnologiyaları

8.Microsoft Word mətn redaktoru


Microsoft Office 2010 paketi sənədlərlə iş, elektron cədvəllər üzərində əməliyyatlar, elektron təqdimatların yaradılması, məlumatların sistemləşdirilməsi, elektron məktubların göndərilməsi və s. əməliyyatlar üçün ideal bir vasitəyə çevrilmişdir. Paketdən evdə, müəssisə və təşkilatlarda, ümumiyyətlə hər yerdə həm vacib qeydlərimizin aparılması, informasiya emalı, həm də mütəxəssislər arasında qarşılıqlı ünsiyyətin yaradılması üçün istifadə oluna bilər. Office paketi 2007-ci il versiyasından başlayaraq yeni Ribbon (Лентa/Lent) interfeysi ilə təmin olunmuşdur. Microsoft Office 2010 paketinə bir sıra mühüm proqramlar daxildir. Bunlar paketin versiyasından da asılı olaraq dəyişə bilir. Biz standart Microsoft Office 2010 paketinin proqramlarına nəzər salaq:
Microsoft Word 2010 proqramının tərkibində mətnlərin redaktəsi və formatlaşdırılmasına imkan verən bütün vasitələr mövcuddur. Proqram eyni zamanda güclü axtarış və naviqasiya imkanlarına malikdir. Bu proqram özündən əvvəlki versiyalardan təkcə interfeys baxımından yox, eyni zamanda sürət baxımından da fərqlənir.
Microsoft Excel 2010 cədvəllərin yaradılması, düsturlar vasitəsilə onlar üzərində hesablamalar, alınmış nəticələrin analizi və vizual əks etdirilməsi baxımından əvəzsiz bir vasitəyə çevrilmişdir.
Microsoft Access 2010 böyük həcmli informasiyanın sistemli şəkildə yadda saxlanması, asan axtarışı, çapa hazırlanması üçün nəzərdə tutulmuş bir proqramdır. Proqramın yeni interfeysi hətta verilənlər bazası sahəsində mütəxəssis olmayan şəxslərə belə bu proqram vasitəsilə asanlıqla yeni informasiya bazaları yaratmağa və onları idarə etməyə imkan verir.
Microsoft PowerPoint 2010 nəfis tərtibatda olan təqdimatların yaradılması üçün istifadəçiləri fərqli bir interfeyslə təmin edir. Əvvəlki versiyalardan fərqli olaraq proqramın həm dizaynı həm də içərisində istifadə olunan effektlər yenilənmiş, bununla da istifadəçilərə daha geniş iş imkanları verə bilmişdir.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin