Simvol – mətnin minimal elementidir, ikilik kodlarla ifadə olunur. Windows-da simvolların təsviri üçün ANSI standartından istifadə olunur.
Abzas(Paraqraph) – Word proqramında abzas dedikdə, abzasın sonu işarəsi (¶) ilə qurtaran mətn fraqmenti başa düşülür. Enter düyməsinin basılması ilə yeni abzasa keçmək mümkündür.
Kolontitul(Sərlövhə)– bütün səhifələrdə təkrar olunan səhifə sərlövhələridir. Səhifə sərlövhələri səhifənin yuxarısında və aşağısında ola bilər. Adətən burada səhifə nömrəsi, bölmə və ya fəslin adı, kitabın adı və s. yerləşdirilir.
Haşiyə(Şərh) – əsas mətndən xaricdə yerləşən və mətnin hər hansı sözünə və ya cümləsinə verilən izahatdır.
Bölmə(Section)– sənədin ayrıca bir hissəsidir ki, buradakı səhifələrin öz parametrlərini və kolontitullarını təyin etmək mümkündür. Bölmələrin sərhədləri ayırıcılarla qeyd olunur.
Kadr – mətn, şəkil və ya cədvəl yerləşdirmək üçün görünən və ya görünməyən çərçivədir.
WYSIWYG (What You See Is What You Get – nə görürsənsə, o da çap olunur) rejimi onu göstərir ki, redaktə olunmuş sənəd ekranda necə görünürsə, o cür də çap olunur. Microsoft Word 2010 mətn prosessorunu işə salmaq üçün aşağıdakı üsullardan istifadə
olunur:
Start\AllPrograms\MicrosoftOffice\MicrosoftWord2010(Пуск\ВсеПрограммы\Microsoft Office\Microsoft Word 2010, Başlat\Bütün proqramlar\MicrosoftOffice\MicrosoftWord2010)komandalar ardıcıllığı ilə;
Desktop(Рабочий стол/İş masası)-da Microsoft Word 2010 qısayoluna və ya ixtiyari MS Word 2010 sənədinə mausun sol düyməsi ilə qoşa klikləməklə;
Taskbar(Панельзадач/Tapşırıqpaneli)-da Microsoft Word 2010 proqramına uyğün düyməni klikləməklə;