Kompüter Texnologiyaları İnformatika fundamental elm kimi, onun tarixi və predmeti



Yüklə 1,2 Mb.
səhifə24/65
tarix20.07.2022
ölçüsü1,2 Mb.
#117423
1   ...   20   21   22   23   24   25   26   27   ...   65
Kompüter Texnologiyaları

Microsoft Outlook 2010 elektron məktublaşma üçün lazım olan bir proqramdır. Elektron poçt məlumatlarının ötürülməsi, qəbul edilməsi, ümumiyyətlə şəxsi poçtun idarəsi üçün ideal bir variantdır.
Microsoft SharePoint Workspace 2010 müəssiələrdə istifadə olunan məlumat paylaşımı, idarə olunması və işlərin izlənməsi ilə bağlı bir proqramdır. Tutaq ki, müəssisə daxilində hər hansı bir iş üzərində işləyisiniz, işin müəyyən bir hissəsini yerinə yetirdikdən sonra onu SharePoint üzərindən digər işçilərlə paylaşa bilərsiniz ki, davamını da o biri işçilər tamamlasın. Əgər SharePoint olmasa idi, bu işi e-mail vasitəsilə həyata keçirməli olacaqdıq ki, bu da vaxt itkisinə səbəb olardı. Həmçinin SharePoint üzərindən veb saytlar da yaratmaq mümkündür.
Microsoft Project 2010 layihələrin yaradılması və onların idarə olunması üçündür. Layihənin planlaşdırılması, maliyyə vəziyyətinin idarə olunması, icrasının nəzarətdə saxlanması üçün proqram əvəzolunmaz bir vasitəyə çevrilmişdir.
Microsoft Visio 2010 kompleks məlumatları vizual şəkildə əks etdirmək üçün istifadəçiyə köməkçi olan proqramdır. Visio ilə, başa düşülməsi çətin mətn və cədvəlləri bir baxışda məlumatları açıqlayan Visio diaqramlarına çevirə bilərik. Tikinti və memarlıq, istifadəçi interfeysi dizayn, insan resurslarının idarə edilməsi, layihənin idarə olunması və digərləri daxil olmaqla müxtəlif diaqram ehtiyacları üçün Visio müasir şəkillər və şablonları təmin etməkdədir. Müxtəlif formatlı elektron sənədlərin yaradılması üçün hal-hazırda kompüter bizim ən əsas köməkçimizə çevrilmişdir. Belə sənədləri yaratmaq üçün biz mətn redaktorları və mətn prosessorlarından istifadə edirik. Mətn redaktorları yalnız mətnlərin redaktəsinə imkan verir. onlarla sənədin görünüşünü dəyişdirmək demək olar ki, mümkün deyil. Bunlara nümunə kimi Windows ƏS-nin standart proqramlarından olan Notepad (Блокнот/Bloknot), Write mətn redaktorlarını misal göstərə bilərik. Bunlardan Notepad (Блокнот/Bloknot) ölçüsü daha kiçik olan (64 Kb-a qədər) mətnlərin redaktəsi üçün nəzərdə tutulmuşdur. Simvolların yalnız ASCII kodlarını özündə saxlayan bu proqramdan daha çox bəzi sistem fayllarının, proqramlaşdırma dillərində yazılmış proqram kodlarının redaktəsi üçün istifadə olunur. Bu proqramla yaradılmış faylların ad genişlənməsi .txt-dır. Digər proqramlar isə mətnlərin redaktəsi ilə yanaşı həmçinin onların formatlaşdırılmasına da imkan verir ki, bunlara mətn prosessorları deyilir. Mətn prosessorlarından WordPad, Word 6.0, 7.0, 97-2003, 2007, 2010, Lexicon, AmiPro və s. göstərmək olar. Bunlardan Windows ƏS-nin tərkibinə daxil olan WordPad-a Word-un qısaldılmış daha sadə versiyası kimi baxmaq olar. Proqram sərt diskdə daha az yer tutur və nisbətən daha az
RAM tələb edir. Bu proqramla yaradılmış faylların ad genişlənməsi .rtf (Rich Text Format)-dır. Word-un digər versiyalarının (97-2003) ad genişlənməsi .doc, 2007, 2010-un ad genişlənməsi isə .docx kimi, Word şablonlarının ad genişlənmələri isə .dot. dotx kimi götürülür.
Bir çox mətn prosessorları üçün ümumi olan anlayışlara baxaq:

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin