Kompüter Texnologiyaları İnformatika fundamental elm kimi, onun tarixi və predmeti



Yüklə 1,2 Mb.
səhifə29/65
tarix20.07.2022
ölçüsü1,2 Mb.
#117423
1   ...   25   26   27   28   29   30   31   32   ...   65
Kompüter Texnologiyaları

Xanaların adları. Excel-də xana ünvanlarının 2 növü var: nisbi, mütləq.
Tutaq ki, B2 xanasındakı düstur bu ĢəkildədirƏgər bu düsturu B3 xanasına köçürsək, B3 xanasına aĢağıdakı düstur daxil edilmiĢ olacaqdır (ġəkil 8.8.):
=A3
Düsturun yerləĢdiyi yer ilə köçürüldüyü yer arasındakı məsafə əsas rol oynayır. Əgər düsturu aĢağıdakı xanaya köçürsək, bütün ünvanlar bir sətir artar (yuxarıdakı misalda olduğu kimi – A2 ünvanı A3 olur), üstdəki xanaya köçürərsinizsə, bütün ünvanlar bir sətir azalar. Eyni məntiq sütunlar üçün də uyğundur. Tutaq ki, C3 xanasındakı düstur bu Ģəkildədir:
=B3
Bu düsturu onun solundakı xanaya (B3) köçürsəniz, B3 xanasındakı düstur
=A3 Ģəklində olacaq.
Uyğun olaraq düsturu sağdakı xanaya köçürtsəniz, bütün ünvanlar bir sütun artacaq.
Bu Ģəkildə göstərilən xana ünvanları nisbi ünvanlardır, yəni düsturun olduğu və ya köçürüləcəyi xananın yerindən asılıdır. Əgər düsturu baĢqa bir yerə köçürərsinizsə, bu ünvanlar da köçürüldüyü yerə uyğun Ģəkildə avtomatik olaraq dəyiĢəcəkdir.
Hesablamada bəzən elə hallar olur ki, xanadakı ünvanın baĢqa bir xanaya köçürülməsi zamanı dəyiĢilməsi məqsədəuyğun olmur. Bu halda mütləq ünvan anlayıĢından istifadə olunur. Xananın mütləq ünvanında sətir və sütunun adının qarĢısında “$” iĢarəsi yazılır. Məsələn, əgər B2 xanasındakı “=A2” düsturunu baĢqa xanaya köçürən zaman dəyiĢməsini istəmiriksə, “=$A$2” yazmalıyıq.
Qeyd: Nisbi ünvanı mütləq ünvana çevirmək üçün F4 funksional klavişindən istifadə
olunur.
Bu düsturu B4 xanasına köçürsək, ünvanda “$” iĢarəsi olduğundan, düstur dəyiĢmədən, yəni olduğu kimi köçürüləcəkYalnız sətrin və ya sütunun adının qarĢısında “$” iĢarəsi yazılan xana ünvanları isə mütləq ünvanlara aid olub qarışıq ünvanlar adlanır. Bu halda əgər “$” iĢarəsi sətrin adının qarĢısındadırsa, deməli köçürmə zamanı sətrin adı, əgər sütunun adının qarĢısındadırsa, sütunun adı dəyiĢməz olaraq qalacaqdır.
Nisbi ünvanlara misal: A1, J4, BD12 və s.
Mütləq ünvanlara misal: $A$1, $J$4, $BD$12 və s. QarıĢıq ünvanlara misal: A$1, $J4, $BD12 və s.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin