Misal2. Tələbələrin Ġnformatika fənni üzrə sınaq imtahanının nəticələri verilmiĢdir.
Tələbələrin orta ballarını hesablayın (ġəkil 8.33.):
Həlli : Kursorun göstəricisini G2 xanası üzərində ikiqat klikləyib =AVERAGE(B2:F2) yazırıq, Enter klaviĢini basırıq. Nəticədə 1-ci tələbənin orta balı hesablanmıĢ olur. Daha sonra G2 xanasının sağ aĢağı küncündəki + iĢarəsinə basıb saxlamaqla aĢağı doğru çəkirik, bütün tələbələrin orta ballarını hesablamıĢ oluruq.
8.COUNT (CЧËT) funksiyası verilmiĢ xanalar diapazonunda ədədlərin sayını tapmaq üçün istifadə edilir. Funksiyanın formatı aĢağıdakı kimidir:
COUNT(vаlue1,value2,...). CЧËT (значение1, значение2,...)
Bu funksiya verilmiĢ xanalar diapazonunda sıfırların və həqiqi qiymətlərin sayını tapmağa imkan verir. Daha doğrusu verilmiĢ xanalar diapazonunda ədədi xanaların
sayını tapır. Nümunə üzərində funksiyanı daha ətraflı izah Şəkil 8.34. edək:
Misal3. VerilmiĢ cədvəl fraqmentinə əsasən B1, B2, B3, B4, B5 xanalarının qiymətini təyin edin (ġəkil 8.34.).
10.Lokal və Qlobal kompüter şəbəkələri
Kompüter şəbəkələrinin əsas anlayışları
Kompüterşəbəkəsi– öz aralarında hər hansı qayda ilə birləşdirilmiş kompüterlər qrupudur. Daha geniş anlamda bu radio, yaxud televiziya şəbəkəsinə oxşayır. Ancaq teleşəbəkələrdə bir informasiya eyni vaxtda bütün qəbuledicilərə verilir (belə şəbəkə verici şəbəkə adlanır). Kompüter şəbəkələrində isə hər bir məlumat, adətən, ünvanlı, yəni müəyyən bir kompüterə yönəldilir. Televiziya şəbəkələrindən fərqli olaraq kompüter şəbəkələri həmişə iki istiqamətlidir: A kompüteri B kompüterinə məlumat göndərirsə, B kompüteri də A kompüterinə cavab göndərə bilər. Məlumatın şəbəkə üzrə qoşulmuş bütün kompüterlərə eyni zamanda göndərilməsinə “broadkastinq” deyilir.
İnsanların əksəriyyəti şəbəkə dedikdə, kifayət qədər qarmaqarışıq bir şey təsəvvür edir. Ancaq şəbəkələr elə də mürəkkəb deyil. Əslində şəbəkə (network), sadəcə bir-birinə bağlanmış iki, yaxud daha çox kompüterdən ibarət qrupdur. Şəbəkənin ölçüləri böyüdükcə, ora daha çox qurğular qoşulduqca, onun quraşdırılması və idarə olunması texniki bir işə çevrilir. Şəbəkə anlayışı və terminologiyası şəbəkənin ölçülərindən asılı olmayaraq, əsasən eyni qalır.
Kompüter şəbəkələrini müxtəlif əlamətlərə görə (topologiya, təyinat, kompüterlərarası məsafə, ötürmə mühiti, göstərdiyi xidmət sayı və s) təsnif edirlər. Bunlardan ən əsası əraziyə görə təsnifatdır. Kompüterlərarası məsafəyə görə şəbəkələr iki yerə ayrılır: lokal (yerli, LAN), qlobal(genişzolaqlı,WAN).