Kompüter Texnologiyaları İnformatika fundamental elm kimi, onun tarixi və predmeti



Yüklə 1,2 Mb.
səhifə44/65
tarix20.07.2022
ölçüsü1,2 Mb.
#117423
1   ...   40   41   42   43   44   45   46   47   ...   65
Kompüter Texnologiyaları

2. Halqavari (Dairəvi) topologiya. Halqavari topologiyalı lokal şəbəkələrdə hər bir kompüter (işçi stansiya) bir-biri ilə halqavari şəkildə, yəni birinci kompüter ikinci ilə, ikinci kompüter üçüncü ilə, üçüncü kompüter dördüncü kompüter ilə və s., sonuncu kompüter isə birinci kompüterlə birləşdirilir (Şəkil 12.15.).
Halqavari topologiyalı şəbəkələrin əsas üstünlükləri:




  • Hər bir kompüter yalnız qonşu kompüterlə birbaşa bağlıdır;

  • Artıq yükləmələrə ən dayanıqlı topologiyadır, çünki burda məlumat toqquşması (şində olduğu kimi) və mərkəzi abunəçi yoxdur;

  • Hər bir kompüterin məlumat göndərə bilməsi üçün ona müəyyən vaxt verilir.



Halqavari topologiyalı şəbəkələrin əsas çatışmayan cəhətləri:

  • Hər bir kompüter informasiyanın ötürülməsində iştirak edir. Buna görə də hər hansı bir kompüterin adapterinin sıradan çıxması şəbəkənin işini pozur;

  • Şəbəkə adapteri daima işçi vəziyyətdə olmalıdır.

  • Hər bir kompüterə iki kabel çəkilməlidir (biri ehtiyatda qalır).




3. Ulduzvari (STAR) topologiya. Ulduzvari topologiyalı lokal şəbəkələr mərkəzi qovşaq üzərində qurulur (Şəkil 12.16.). Kompüterlər arasında informasiya mübadiləsi mərkəzi qovşaq vasitəsi ilə həyata keçirilir. Mərkəzi qovşaq kimi hub (konsentrator), kommutator və ya xüsusi server kompüteri istifadə oluna bilər.
Ulduzvari topologiyalı lokal şəbəkələrin əsas üstün cəhətləri kompüterlər arası mübadilənin sadə olmasıdır.
Bu şəbəkələrin çatışmayan cəhəti isə şəbəkənin etibarlılığının mərkəzi qovşağın etibarlılığından asılı olmasıdır.







Həmçinin şəbəkə avadanlıqları bahadır.

Ulduz topologiyasında əgər mərkəzi qovşaqda konsentrator yerləşərsə passiv ulduz, kompüter yerləşərsə bu topologiya aktiv ulduz topologiyası adlanır.

Bu 3 əsas topologiyadan başqa iyerarxik (ağac) topologiyasından da istifadə olunur, 2 növü vardır: aktiv passiv ağac. Aktiv ağacda düyün nöqtələrində kompüterlər, passiv ağacda isə konsentratorlar yerləşir.


Bundan əlavə ulduz-şin, ulduz-halqa topologiyaları da mövcuddur (Şəkil 12.17 və 12.18.).




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin