Mühazirə Məhlular. Məhlulların kolliqativ xassələri. Difuziya və Osmos



Yüklə 181,91 Kb.
səhifə1/12
tarix01.01.2022
ölçüsü181,91 Kb.
#106781
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   12
Həsənova XədicəİT-019 Kİmya


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSTETİNİN nəzdində

BAKI QİDA SƏNAYESİ KOLLECİ

Mühazirə.6.

Məhlular. Məhlulların kolliqativ xassələri.Difuziya və Osmos

Məhlullar iki və daha çox maddədən və onların qarşılıqlı təsir məhsullarından ibarət olub, termodinamiki davamlı sistemlərdir. Məhlulların tərkibi onların xassələri sıçrayışla dəyişmədən müəyyən həddə qədər dəyişə bilər. Aqreqat halına görə məhlullar qaz, maye və bərk olurlar. Qaz məhlullarına istənilən qaz qarışığını, o cümlədən havanı göstərmək olar. Maye məhlullara qaz, maye və bərk maddələrin mayelərdəki məhlullarını misal göstərmək olar. Bərk məhlullara CuAu xəlitələrini misal göstərmək olar. Bərk məhlullar əvəzedilmiş və daxiledilmiş tipli olurlar. Əvəzedilmiş məhlullarda A maddəsinin kristal qəfəsinin düyün nöqtəsində olan hissəciklər B maddəsinin hissəcikləri ilə əvəz olunurlar. Bu o halda baş verir ki, A və B maddələrinin elektron quruluşu, kimyəvıi xassəsi oxşar, ölçüləri yaxın olsunlar. Daxiledilmiş tipli bərk məhlullarda A-nın kristal qəfəsində düyün nöqtələri arasındakı boşluğa B-nin hissəcikləri daxil olur. Aydındır ki, Bnin hissəciklərinin ölçüsü boşluqların ölçüçündən kiçik olduqda bu hal mümkündür.

Biz əsasən maye məhlullara baxacağıq. Maye məhlullarda qaz və bərk halda olan maddələrə həll olan maddə kimi, mayeyə həlledici kimi baxılır. Əgər mayenin mayedə məhluludursa, onda miqdarı çox olan myaeyə həlledici kimi baxılır. Sulu məhlullarda suya həlledici kimi baxılır (miqdarından asılı olmayaraq). Tənliklərdə adətən həlledici 1 indeksi ilə işarələnir. Məhlulların əmələ gəlməsini üç mərhələyə ayırmaq olar:


  1. Həll olan maddənin hissəciklərə parçalanması;

  2. Hissəciklərin solvatlaşması;

  3. Solvatlaşmış hissəciklərin məhlulun həcminə diffuziya edərək bərabər paylanması.

I və III mərhələ endotermik, II mərhələ ekzotermikdir. Buna görə də mərhələlərin istilik effektlərinin qiymətindən asılı olaraq həllolma ekzotermik və ya endotermik olur. Ancaq qeyd etmək lazımdır ki, istənilən həllolma zamanı entropiya dəyişikliyi ΔS>0, Δ G<0 olur. Məs., NaCl-in həll olması endotermik prosesdir.

ΔH>0. Ancaq, bu zaman ΔS>0 (sıfırdan çox böyükdür). Ona görə də



Yüklə 181,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin