Şəbəkə keçidi – Şlüz (Gateway). Şəbəkə keçidi, yaxud şlüz müxtəlif tipli şəbəkələr arasında informasiya mübadiləsini gerçəkləşdirmək üçün birləşdirici qurğudur (kompüterdir) (Şəkil 12.9.). Eynitipli şəbəkələr arasında mübadilə zamanı informasiyanı çevirən körpüdən fərqli olaraq, şlüz verilənləri ötürməklə yanaşı, həm də onların formatını təyinat şəbəkəsinin protokoluna uyğunlaşdırır. Müxtəlifprotokolluşəbəkələriəlaqələndirənqurğudur.Lokalşəbəkəninqlobalaçıxışını təminedir.
Çevirici(Switch). Bu qurğu da Hub kimi qovşaq rolunu oynayır, lakin Hub-la müqayisədə daha ağıllı qurğudur. Siqnalları ünvanlı olaraq, yəni yalnız tələb olunan kompüterlərə ötürürür (Şəkil 12.10.). İki əsas növü var: Körpü(Bridge)vəMarşrutlayıcı(Router). Körpü (Bridge). Körpü şəbəkəni altşəbəkələrə ayırmaq (və ya yerli şəbəkələri birləşdirmək) üçün nəzərdə tutulmuş xüsusi qurğu, yaxud uyğun proqram təminatı olan kompüterdir. İki və daha çox şəbəkə arasında siqnalları MAC ünvanlarına baxaraq ötürür. Müxtəliftopologiyalı,lakineyniprotokol istifadəedənşəbəkələriəlaqələndirir.
Marşrutlayıcı(Router). Marşrutlayıcı yol polisinə bənzəyir: bu ağıllı qurğu şəbəkə trafikinə yol göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin biri bir yolla, digəri isə başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutlardan ən səmərəli olanı (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq olarsa, yol polisi kimi, yönləndirici də paketləri alternativ yollara istiqamətləndirə bilər.
Router-lərmüxtəliftopologiyalıvəprotokolluşəbəkələribir-biriləbirləşdirir.Bəzən istifadəçilər tərəfindən switch-lə qarışdırıla bilir. Router internet üçün, switch isə lokal şəbəkə
üçün istifadə olunur. Bununla belə, router IP ünvanları ilə işləyir, onları yadda saxlayaraq paketləri uyğun kompüterlərə göndərir, switch isə yerli şəbəkə ilə işlədiyindən IP ünvanları tanımır, cihazların MAC ünvanlarını yadda saxlayaraq informasiyanı lokal şəbəkədə istiqamətləndirir. Modem və router hər ikisi internet üçün istifadə olunduğundan bəzən istifadəçilər tərəfindən bu iki qurğu da qarışdırıla bilir, lakin bunlar tamamilə fərqli qurğulardır. İnternetə qoşularkən modemin olması vacibdir. Onun funksiyası siqnalları modulyasiya və demodulyasiya etməkdir. Ancaq internet xətti çəkilərkən modem vasitəsilə sadəcə 1 IP adresi verilmiş olur, yəni yalnız 1 qurğu internetə daxil ola bilir. Router isə bu interneti bir neçə kompüter arasında paylaşdırır. Router-lə modem bir-birinə bağlı qurğulardır. Bugün evimizdə istifadə etdiyimiz modemlər əslində “2-si 1-
də” qurğulardır, yəni modem və router 1 qurğuda birləşdirilmişdir.