Fasiləsizqidamənbəyi(UPS – UnitPowerSystem)– elektrik enerjisi qəfil kəsildikdə kompüter bu qurğu vasitəsilə işləməyə davam edir, orada olan məlumatların itməməsini təmin edir
(Şəkil 12.6.).
Modem – kompüterə verilənləri telefon xətti ilə ötürməyə imkan verir. Bildiyiniz kimi, kompüterdə informasiya rəqəmli formada, yəni sıfır (0) və birlərdən (1) ibarət ikilik kod şəklində saxlanılır. Bu kodlar telefon xətti ilə ötürülmək üçün analoq siqnallara çevrilməlidir. Bu işi məhz modem həyata keçirir. Başqa sözlə, modem kompüterdəki informasiyanı telefon xətləri, televiziya kabelləri ilə ötürmək və ya açıq fəzaya göndərmək üçün yararlı formaya salır. Xəttin o biri ucunda isə ikinci modem həmin siqnalları kompüterin başa düşdüyü dilə çevirir və beləliklə, bu iki kompüter bir-biri ilə ünsiyyətdə olur. “Modem” sözü bu qurğunun iş prinsipindən yaranmışdır: rəqəmli verilənlərin analoq verilənlərə çevrilməsinə modulyasiya, əks prosesə isə demodulyasiya
deyilir; beləliklə, modem – modulyator-demodulyatordur. Kompüterlərin əksəriyyətində daxili modemlər quraşdırılmış olur.
Şəbəkəinterfeyskartı. Kompüter şəbəkəsi üçün aparat təminatının ən vacib hissəsi NIC (Network Interface Card) şəbəkə adapteridir. Ona bəzən Ethernet-adapter, yaxud şəbəkə kartı da deyilir. Daxili NIC kompüterin ana lövhəsinə qoşulur, xarici NIC isə kənardan USB portu vasitəsilə kompüterə birləşdirilir (Şəkil 12.7.). Kompüterlərin şəbəkəyə qoşulması üçün bu qurğunun olması çox vacibdir.
Qovşaq[HUB]-şəbəkəkonsentratoru. Bu qurğu şəbəkədə qovşaq rolunu oynayır, ulduz topologiyasında düyün nöqtələrini birləşdirməyə imkan verir, ona daxil olan bütün informasiyanı, sadəcə olaraq ötürür. Yəni, qovşağın portuna qoşulmuş qurğuların hamısı eyni informasiyanı alır. Burada ötürülmə zamanı iki siqnalın toqquşmasına kolliziya deyilir. Şəbəkədə kolliziya baş verdikdə kompüterlər informasiya ötürülməsini dayandırır. Aktiv konsentratorlar siqnalları bərpa və
retranslyasiya edir, passivlər isə yalnız kommutasiyanı həyata keçirirlər (Şəkil 12.8.).