Kompüter Texnologiyaları İnformatika fundamental elm kimi, onun tarixi və predmeti



Yüklə 1,2 Mb.
səhifə28/65
tarix20.07.2022
ölçüsü1,2 Mb.
#117423
1   ...   24   25   26   27   28   29   30   31   ...   65
Kompüter Texnologiyaları

Ctrl + Del

Axırıncı yerinə yetirilmiş əməliyyatı ləğv etmək üçün aşağıdakı üsullardan istifadə etmək
olar:

  • Klaviaturadan Ctrl + Z düymələr kombinasiyasını klikləməklə;

  • Klaviaturadan Alt + Backspace düyməsini kombinasiyası klikləməklə, lakin çox istifadə olunmur;

  • Quick Access Toolbar (Панели Быстрого Доступа/Cəld Müraciət Paneli)-dan düyməsinin basılması.

Ləğv olunmuş əməliyyatı geri qaytarmaq üçün isə aşağıdakı üsullar var:

  • Klaviaturadan Ctrl + Y düymələr kombinasiyasını klikləməklə;

  • Klaviaturadan F4 düyməsinin basılması, lakin çox istifadə olunmur;

  • Quick Access Toolbar (Панели Быстрого Доступа/Cəld Müraciət Paneli)-dan düyməsinin basılması.

Sənəd boyunca hərəkət üçün çoxsaylı üsullar vardır. Ən çox siçandan, fırlatma zolaqlarından və klaviaturanın klavişlərindən istifadə olunur.
Bu üsullardan ən çox istifadə olunanları aşağıdakılardır:
Bir səhifə irəli, yaxud geri – uyğun olaraq şaquli fırlatma zolağı üzərindəki Previous Page (Предыдущая страница/Əvvəlki səhifə) və Next Page (Следующая страница/Növbəti səhifə) düymələrinin basılması ilə;



Hərəkət

Düymələr

Bir simvol sola



Bir simvol sağa



Bir sətir yuxarı



Bir sətir aşağı



Bir söz sola

Ctrl +

Bir söz sağa

Ctrl +

Bir abzas yuxarı

Ctrl +

Bir abzas aşağı

Ctrl +

Sətrin sonuna

End

Sətrin əvvəlinə

Home

Sənədin sonuna

Ctrl + End

Sənədin əvvəlinə

Ctrl + Home

Bir ekran yuxarı

PgUp

Bir ekran aşağı

PgDn

Bir səhifə yuxarı

Ctrl + PgUp

Bir səhifə aşağı

Ctrl + PgDn

Sənəddə sonuncu redaktə edilmiş yerə
qayıdış

Shift + F5

Mətnlərin qeyd olunması maus və klaviatura vasitəsilə həyata keçirilir. Həcmcə böyük olmayan mətnlərin maus vasitəsilə qeyd olunması olduqca sadədir. Bunun üçün qeyd olunacaq hissənin əvvəlində və ya sonunda mausun sol düyməsinin basılı saxlanılaraq lazım olan hissəyə qədər çəkilməsi və sol düymənin buraxılması lazımdır.
Qeyd olunma zolağı dedikdə sol tərəfdə əsas mətnlə şaquli xətkeş arasındakı boş sahə başa düşülür.
Mətnlərin klaviatura vasitəsilə qeyd olunmasının ən sadə üsulu Shift düyməsindən və idarəedici düymələrdən (oxlardan) istifadədir. Həcmcə kifayət qədər böyük olan mətnlərin qeyd olunması üçün Shift düyməsini basılı saxlayıb, ya da F8 – funksional düyməsini basıb, kursoru idarə edən düymələrdən istifadə etmək lazımdır. Həmçinin F8 funksional klavişinin 2, 3, 4, 5 dəfə sıxılması ilə uyğun olaraq söz, cümlə, abzas və mətn bütövlükdə qeyd edilir.
Bəzi mətn elementlərinin seçilməsi üçün istifadə olunan qaydaları göstərək:



seçilir

Düymələr

Bir simvol sola

Shift +

Bir simvol sağa

Shift +

Bir sətir yuxarı

Shift +

Bir sətir aşağı

Shift +

Bir söz sola

Shift + Ctrl +

Bir söz sağa

Shift + Ctrl +

Bir abzas yuxarı

Shift + Ctrl +

Sətrin sonuna

Shift + End

Sətrin əvvəlinə

Shift + Home

Sənədin sonuna

Shift + Ctrl + End

Sənədin əvvəlinə

Shift + Ctrl + Home

Bir ekran yuxarı

Shift + PgUp

Bir ekran aşağı

Shift + PgDn

Bir səhifə yuxarı

Shift + Ctrl + PgUp

Bir səhifə aşağı

Shift + Ctrl + PgDn



9.Microsoft Excel elektron cədvəl proqramı



Elektron cədvəllər kompüter istifadəçiləri tərəfındən müxtəlif hesablamaların aparılmasmda çox geniĢ istifadə olunan proqramlardandır. Elektron cədvəllərin yaradılmasına və onun verilənlərinin manipulyasiyasma imkan verən proqram paketləri cədvəl prosessorları adlanır. Cədvəl prosessorları böyük ölçülü cədvəllərlə iĢləməyə imkan verir. Belə proqramlarla iĢləyərkən ekrana cədvəl çıxır. Standart halda cədvəlin sətirləri natural ədədlərlə, sütunları isə latın hərfləri ilə nömrələnmiĢ olur. Beləliklə, cədvəl prosessoru ən mürəkkəb strukturlu istənilən cədvəli hazırlamağa imkan verir. Bu paketlərdən ən geniĢ yayılanı və istifadə olunan Lotus 1-2-3, Quatro- Pro, SuperCalc Microsoft Office paketinə daxil edilmiĢ Microsoft Excel proqramıdır.
Microsoft Excel proqramının açılması üçün sistemin əsas menyusundan Start (Пуск)/Programs (Программы)/Microsoft Office/Microsoft Excel əmrini vermək lazımdır.
MS Excel 2010-un əsas komponentləri kitab, vərəq, sətir, sütun xanadır. Bunlara ayrı- ayrılıqda baxaq:
Excel-də yaradılmıĢ hər bir sənəd book (книга/ kitab) adlanır.




Hər bir iĢçi vərəq sətir (rows/строки) və sütunlardan (columns/столбцы) ibarətdir. Excel- də sətirlərin maksimal sayı 220 (1048576), sütunların maksimal sayı isə 214 (16384)-dür. Sətirlər ədədlərlə nömrələnmiĢdir, sütunlar isə latın əlifbasının böyük hərfləri ilə iĢarələnmiĢdir. Latın əlifbasında 26 hərf olduğundan, digər sütunlar bu hərflərin kombinasiyası ilə iĢarə olunur. Məsələn, AV, BC və s. Sonuncu dolu sətrə və sonuncu dolu sütuna baxmaq üçün klaviaturadan uyğun olaraq Ctrl+ və Ctrl+ düymələrini basmaq lazımdır.


Əgər iĢçi vərəq boĢdursa bu zaman bu düymələr kursorun yerini sonuncu sətir və sonuncu sütuna dəyiĢir. MS Excel 2010-da sonuncu sütunun adı XFD-dir.
Sətir və sütunların kəsiĢməsində cədvəlin əsas struktur elementi olan xana (cell/ячейка) yerləĢir. Xana – özündə müəyyən informasiyanı saxlayan sahədir. Hər bir xana verilənləri mətn, ədədi qiymət, düstur və ya formatlaĢdırma elementləri Ģəklində saxlayır. Xanaların 2 tipi vardır: aktiv və aktiv olmayan (passiv) xana. Göstəricinin köməyi ilə seçilən xana cari və ya aktiv xana adlanır, digər xanalardan fərqli olaraq sərhədləri daha tünd rəngdə olur Ədədi daxil etdikdən sonra (məsələn, Enter-i basdıqdan sonra) onun sağ tərəfə yazılması ədədin düz yazıldığını bildirir.
Daxil olmuĢ informasiyanı redaktə etmək üçün aĢağıdakı üsullar var:

  • Xananın üzərində mausun sol düyməsi ilə 2 dəfə vurmaq;

  • Xananı seçib F2 düyməsini sıxmaq;

  • Xananı seçib Formula bar (Строка формул/Düstur sətri) panelində yeni məlumatı daxil etmək.

Əgər xana seçilib məlumat daxil edilərsə, xanada olan məlumatlar silinərək yerinə yeni daxil edilənlər yazılacaq.
Müəyyən xananın yerləĢdiyi sütun və sətrin adı birlikdə xananın ünvanı adlanır. Məsələn, 2-ci sətirlə B sütununun kəsiĢməsində yerləĢən xananın ünvanı B2 olacaq. Bu ünvan düstur sətrinin sol tərəfindəki ad sahəsində (Name Box/Имя) əks olunur Xanalar diapazonu. Excel-də bildiyimiz kimi, ən azından bir cari xana seçilmiĢ olur ki, bu da aktiv xana adlanır. Diapazon dedikdə düzbucaqlı Ģəkildə seçilmiĢ xanalar qrupu nəzərdə tutulur. Diapazonun seçilməsi üçün göstərici kimi olduqda mausun sol düyməsini basılı saxlayaraq lazım olan hissəyə qədər çəkmək lazımdır Diapazonun seçilməsinin baĢqa üsulu Shift-i basılı saxlayaraq diapazonun 1-ci və sonuncu xanasını mausun sol düyməsi ilə seçməkdir. QonĢu olmayan xanaları, sətir və sütunları seçmək üçün isə Ctrl düyməsi basılı saxlanır. ĠĢçi vərəqdəki bütün xanaları seçmək üçün A sütunundan soldakı, 1-ci sətrin üstündəki boĢ düyməni vurmaq lazımdır. Bu halda bütün vərəq seçilir. Diapazondakı xanaların sayını tapmaq üçün diapazonu təĢkil edən sətirlərin sayını sütunların sayına vurmaq lazımdır. Məsələn, B4: D11 diapazonundakı xanaların sayını tapmaq üçün əvvəlcə sətirlərin sayını tapırıq: (11-4)+1=8, sütunların sayı isə B, C, D. Yəni verilmiĢ diapazonda 8 sətir, 3 sütun vardır. Deməli xanaların sayı 8*3=24 olacaqdır.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin