Sifariş edilmiş xidmətlərin ləğv edilməsi və dəyişdirilməsi şərtləri Ayrılmış yerlərin istifadə edilməməsinə görə Sifarişçi maddi məsuliyyət daşıyır. Turistlərin gecikməsi səbəbi ilə göstərilməyən turizm xidmətlərinə görə heç bir ödəniş qaytarılmır. Təsdiq edilmiş sifariş ləğv edildikdə, Sifarişçi Agentliyə aşağıdakı çərçivələrdə cərimə ödəməlidir:
turistlərin gəlməsinə 15 sutkadan çox vaxt qaldıqda ləğvetməyə görə cərimə ödənilmir;
turistlərin gəlməsinə 15-10 sutka vaxt qaldıqda ləğvetməyə görə ödənilmiş avans həcmində cərimə ödənilir;
Ləğvetmənin konkret şərtləri və məsuliyyət Müqaviləyə edilən əlavələrdə müəyyən edilə bilər, həmçinin Agentlik tərəfindən sifarişin təsdiqi zamanı dəqiqləşdirilə bilər.
Turistlər Tərəflərin razılığa gəldikləri proqrama daxil edilən xidmətlərin hamısından və ya bir neçəsindən imtina edərlərsə, və ya turist tərəfindən Azərbaycan Respublikasının qanunlarının pozulması və ya digər kənar səbəblərə görə səyahətin dayandırılması zamanı göstərilməyən xidmətlərə görə turistlərə kompensasiya ödənilmir.
Fors-major şəraitlərinin yaranması səbəbi ilə (təbii fəlakətlər, yanğınlar, hərbi əməliyyatlar, ali dövlət orqanlarının qərarları, tətillər və s.) müqavilə üzrə öhdəliklərini icra edə bilməyən Tərəf məsuliyyətdən azad edilir.