08.04.2012, saat 04:15
Get, sənlik deyil
(Hekayə)
Dünən axşam dolma bükümündən bir tikə ət artıq qalmışdı. Səhər-səhər soyuducuda gözümə dəydi. O tikəni götürüb pəncərəni açdım. Tikəni pəncərə qarşısından yeməyə boylanan pişiklərdən birinə uzatdım. Pişik gözlərini bərəldərək cəld başını tikəyə tərəf gətirdi. Qəfldən beynimə nə isə gəlmiş kimi, tikəni geri çəkdim.
-Yox, sən ağ edərsən, bunu da özüm yeyim. Sonra üzümü cırarsan. Get, sənlik deyil-, dedim.
21.03.2014
***
Axşamınız xeyir dostlar.
Bu 5 dəqiqəyə qədər, Bakıdan-Gəncəyə kimi bir gözəl iqlim var idi ki, gəl görəsən.
O ki çatdım mən Gəncəyə, bir tufan qopdu ki, gəl görməyəsən.
11.04.2014
***
Məndən incimiş və mənim incidiyim dostum olubsa, ona dəyəsi ziyan və zərbəyə heç zaman imkan vermərəm.
14.07.2014, saat 17:00
***
Salam, səmimi dostlar !
Kül Zaman kişi ilə Zəmanə xanımın başına. Kimə məsləhət verib tövsiyyə edirsənsə, üzünə qayıdıb nöqsan tutmaqla atmaca atır.
Cırlaşma və cılızlıgın əlamətidir ki, pis günlərə qalmışıq. Nə qədər üzə qayıtsan, o qədər geridə qalacaqsan.
Anlasan, anlamlı olacaqsan.
Anlamasan, kütbeyin qalacaqsan.
***
Şerimi yazdım
Xeyli vaxtdır ki, ən tez yuxudan oyanmağım bu gün, saat 7:30-da olub. Allah qoymasa istədim ki, hamıdan tez qabağa düşüb camaata bir “sabahınız xeyir” deyərdim. Duran kimi gözlərimi ovuşdurub, səldərləyərək kompüterin qabağına qaçdım.
Komputeri işə salıb, harasa tələsən kimi sağa-sola gedib-gəldim. Komputeri açan kimi baxdım ki, facebookda 2 saat öncə Lalə Mikayılzadənin statusu doldurulur. Dedim yox, qardaş, mənlik deyil. Camaatın işinə maneçilik törətməyin lüzumu yoxdur.
Sakitcə yerimdə oturub, bir az gec də olsa, bir bənd şeirimi yazıb qoydum.
26.04.2014
Həyatın qanunu
Gecə saat 2-dən müşahidə etdiyim tufan Gəncə şəhərində qarla əvəz oldu. Desəm 10-santimetr yalan olsa da, 5 santimetrdən yuxarı dəqiqdir.
Hörmətli dostlar, gözlərim hər əhvalı canlı olaraq gördü. Küləkli tufandan başlamış qara qədər. Çox qəribə halları muşahidə etdim. Arada fürsətdən istifadə edərək mənə qalan, 5-10 bənd şeir oldu. Çünki həyat və təbiət öz bildiklərini eylədilər.
Əziz dostlar, sizlərdən əsirgəmərəm, ara-sıra da olsa, oxuyacaqsınız.
Əlbət ki, Allah diri qoysa. Mən gördüyümü gördüm.
Hörmətlə: Sabir Binnət
Şairin sevincinə şərik olduq
Dünən Gəncədə yaşayıb yaradan, ömrünün keşməkeşlərini yazdığı şeirlərin misralarında ifadə etməyə çalışan dəyərli dostumuz Sabir Binnətoğlunun doğum günü idi. Bu münasibətlə qocaman jurnalist həmkarım Sabir Yaşar və mən bu qəlbi kövrək şairin şəninə kiçik məclis düzəldib onun könlünü xoş eləməyə cəhd göstərdik. Onun sağlığına badə qaldırıb, onun sevincinə şərik olduq...
Sabir Binnətoğlunu facebook səhifəsindən tanıyanlar onun haqqında yəqin ki, kifayət qədər məlumata sahib deyillər. Uzun-uzadı yazmayacağam, deyərlər ki, yubilyarı tərifləyib reklam edir. Qısaca, bilin ki, bu adam Dağlıq Qarabağda gedən qızğın döyüşlərdə iştirak edib, ömrünün 15 ilini səngərdə keçirib, qəmli-qüssəli şair ömrü yaşayır. Bilin ki, bu təvazökar şair millət, vətən yolunda ölməyə hazır olan vətəndaşlarımızdandır. Allah canına qıymasın.
Əziz dostumuz, bir daha sənin ad gününü, dünənki şad gününü təbrik edirəm. Sənə xoşbəxtlik, firavanlıq, ən əsası can sağlığı diləyirəm!
Şeirlərin sevimli, qalan ömrün mənalı, işlərin avand olsun! Arzuların çin olsun!
Doğum günün mübarək!
Osman Nərimanoğlu
30.11.2014
Bizə örnək olcaq
Özümə məlum olmayan səbəblərdən Facebook səhifəm bağlanmışdır. Fikrimi sizə gec çatdırmaq məcburiyyətində qaldım.
Belə ki, 17 dekabr 2014-cü il saat 11 radələrində, Gəncə şəhərində, Gəncə şəhərinin bir qrup Media işçiləri öz xahişləri ilə Gəncə şəhərində yaşayıb yaradan, "Divani-Hikmət" Ədəbi məclisinin təsisçisi və rəhbəri, "Müstəqil Vətən" qəzetinin təsisçisi və baş redaktoru, mütəfəkkir, lirik şair, yaziçi-publisist Sabir Binnətoğlu ilə təyin edilmiş şəkildə görüşdülər. O görüşdə "Sirr Qapısı" İnformasiya Agentliyinin xüsusi müxbiri olaraq mən də iştirak edirdim. Görüş Şairin həyat və yaradıcılığına dair verilən sualların cavablandırılmasından ibarət idi.
Natiq-şair Sabir Binnətoğlu bizim suallarımızı şeirlərlə və çox böyük səmimi təmkinlə cavablandırdı. Görəsən, şairin şeir dünyasına kimlər sahib olacaq? Gözümlə görməsəydim, inanmazdım. Mənə çox maraqlıdır, bu cür istedad və talanta sahib olub, tində-bucaqda qalmiş şairin qədrini kimlər biləcək?
Hörmətli dostlar, bizə məlum olan qədər, orta yaşlı Şairin aurasından, şeirləri və bizlərlə səmimi söhbətindən, səhhətindən də ciddi narazılıq duyduq.
Xalqımızın söz, sənət incilərini öz varlığı ilə bizlərə duyduran, nəsildən-nəsilə keçməsinə öz şeirləri, misraları ilə yardım edən el şairinə hamiliqla dəstək olaq!
Şairin bizə verdiyi tövsiyyələr bizə gələcəkdə əbədi örnək olaraq yaşayacaqdır.....
Mehman Qasımov
Şagirdlikdən xatirə
1972-ci il idi. Kənddə 8-ci sinfdə oxuyurdum. Şagird yoldaşım İsmayılgildə bərabər oxuyurduq. Gecə saat 4-5 arası olardı, durub gedəsi oldum. Hərdən təzə-təzə papiros cəkməyi öyrənmişdim. İsmayılgildən çıxıb, bir papiros yandırdım. Tüstüləyə-tüstüləyə kəndin ortasındakı dəyirmanın yanına düşdüm. Sadəcə 5 dəqiqə dayanmaq qərarına gəldim. Bu məqamda aralıdan bir ayaq tıppıltısı gəldi. Maraq üçün, qorxmadan dayanıb gözlədim. Gələn adam riyaziyyat müəllimim Məhərrəm müəllim oldu. Sən demə, bu da (böyüdükcə mənə çatandan sonra bildim) bizdən 3 sinif yuxarı oxuyan, öz şagird məşuqəsinin yanından gəlirmiş.
Müəllim:
-Nə gəzirsən bu vaxtı?
Mən:
-Müəllim, İsmayılgildən yoldaşlı oxumaqdan çcıxdım.
Müəllim:
-Qələt edirsən, o papiros nədi?
Mən:
-Heç nə, müəllim, papiros nədi? - Bu arada, papirosu ovucumda keçirib atmışdım.
Müəllim:
-Qaç tez.
Mən qaçıb itdim, evə getdim. Necə getdim, heç özüm də bilmədim. Yatıb-durmağımı bütöv itirdim. Nə başınızı agrıdım, sabah məktəbə getdim. 3-cü dərs riyaziyyat dərsi idi. Zəng vuruldu. Müəllim sinfə girdi. Qalxıb oturduq. Müəllim heç kimnən heç nə soruşmadan məni lövhəyə çagırdı. Müəllim, mənə yaxınlaşıb, aç kəmərini dedi. Kəməri sivirib müəllimə verdim. Müəllim kəmərin bir başını əlinə dolavıb, düz 15-20 dəqiqə məni döydü. Sonra “get, otur” dedi. Necə, nə cür oturacağımı və durub hara getməyimi də siz təsəvvür edin. Nə isə, evdə-ailədə gizlənə-gizlənə heç kimə heç nə demədim. Bu məsələ bura yazmağımdan başqa, hələ də sirr olaraq qalıb. Kim nə soruşdusa, dedim, bilmirəm.
Şagirdlik illəri
Nə gözəldir ömür-günün illəri,
Yola salır ömürdən fəsilləri.
Ömrümüzün ən qızıl səhifəsi,
Ən gözəli, o şagirdlik illəri.
13.10.2014, saat 22-50
Mollaların söhbəti
Bu gün bir çayxanada qulaqlarımla bir söhbətin şahidi oldum.
Dörd molla bir masa arxasında əyləşib, çay süfrəsində domino oynayırdılar. Mən və üç yoldaş isə böyür masada idik.
Mollalar söhbət edirdilər.
Biri:
-Aya, nə cür gedir işlər?
Digəri:
-Zəiflikdir.
O birisi:
-Sizlərdə nə təhər?
Başqa birisi:
-Ölən yox, qazanc yox, necə olmalıdır?
Birisi:
-Demə-demə, yenə mərasim çox olanda başımız bir az qatılır.
Yenə:
-Yaxşı olar, allah yetirəcək.
Digəri:
-Hələ var, dolanırıq də, amma kasadçılıqdır.
Bu sözləri eşidib, mizdən durmaq istədim.
Qocaman bir dost qolumdan aşağı çəkdi.
-Şair, sizi duydum, otur, bizə hörmətli yanaş. Durarıq beş-üç dəqiqəyə, - dedi.
Qısa desək, bizim masada mübahisə yarandı və biri-birimizə təsəlli verərək, başqa masaya keçdik. Bu mürtəd ölüsevər və ölü hesabına pul qazananlar ucbatından.
Millətin qeydinə qalmaqdan, dərdimiz az imiş kimi, bu gün də qanımız belə qaraldı.
Baxın, elə buradaca çoxları agzı dolusu imannan-dinnən dəm vurur.
Budurmu sizin dininiz? Millətin qırılmağını qazanc mənbəyi bilirsiniz.
Molla işləri bu dinin onurğa sütunudur. Tək namazla heç nə bitmir.
Nə vaxt bu dinə xidmət edənlər saflaşacaqsa, o zaman onun mollasını da qəbul edəcəyəm !
Hörmətlə, Sabir Binnət
12 iyun 2014
Oğlum evlənmək istəyir
Bu gün çayxanada, 4-5 nəfərlə bir masada çay içirdik. Bir xeyli keçmiş, əyləşən yoldaşların və mənim tanıdığım bir kişi gəldi.
Bir az ordan-burdan söhbət etdik, keçmişdən-gəlmişdən gaplaşdıq. Bu təzə gələn qoca bizə bir şad xəbər demək istədi.
“Buyurun dedik” hamımız ona.
-Baxın, bəlkə, mənə kömək edəsiniz, oğlumu evləndirmək istəyirəm.
-Bu, gözəl, şad əməldir-, dedik,- mübarək olsun.
Birdən bir dayı soruşdu:
-Hansı oğlunu?
Baba dedi:
-Balacanı.
Birisi soruşdu:
-Bəs onun neçə yaşı var?
Baba bedi:
-47 yaşı var, hələ evlənməyib, oğlan uşağıdır.
Birdən birisi dedi:
-Yalançının atasına lənət.
Bu mübahisənin davamı öz yerində,
Sizcə, 47 yaşında “oğlan xeylağı” nə deməkdir ?
Bakirə qız xeylağını başa düşürük.
Əhvallaşma
Bu gün çoxları ilə görüşsəm də, 5-6 nəfərlə bir masada əyləşdik. Daha hörmətim olan birisindən soruşdum:
-Bəs sənin kefin-halın?
Dedi:
-Çox sağ olun, şükr Allaha. Lap əladır.
Soruşdum:
-İşin-gücün, necə dolanırsan?
Dedi:
-Şair, güya bilməyirsən?
Dedim:
-Vallah, bilsəm, soruşmazdım.
Dedi:
-Şair, lap zibil kimi.
Dedim:
-Ayə, dedin ki, bəs hər şey əla.
Dedi:
-Dedim, vallah, bəs nə deyim?
Dedim:
-Əla nədir, zibil nədir,
Hər ikisi bir rəfdədir.
Nə vaxt onu seçərsiniz,
İnsan olmaq sizinlədir.
14.07.2014, saat 18:10
Gəzən ayağa daş dəyər
İndi də deyirlər ki, çox gəzən ayağa daş dəyər. Mənə deyən yoxdurmu ki, ay bədbəxt şair, niyə öldüyün yerdə ölmürsən?
Bu gün səhər vaxtı durub şəhərə çıxdım. Müəyyən yoldaşlarla görüşmək fikrim var idi.
Bir yoldaşla görüşüb bir az söhbət et dik. Bu yoldaşdan ayrılıb, Gəncə Şəhər İcra Hakimiyyəti binasının arxasındakı yol ilə arabamla aşağı səmtə gedirdim.
Bu məqamda yolun tən orta hissəsində əlində əsası olan bir adamı əyilib və çöməlmiş vəziyyətdə gördüm. Dərhal onun qabağında dayanıb ona yardım göstərməyi hissimə aldım. Dayandım və ona yardım göstərmək üçün düşüb, cəld olaraq ona yaxınlaşdım. Adam əlindən telefonunu salıbmış.
Mən ona kömək etmək istədim. Bu məqamda bir çox avtomobil sahibləri yolu kəsilmiş kimi dayanıb mənə hücum etdilər. Onlar nalayiq və hörmətsiz sözlərlə mənə hücum etdilər. Eyni zamanda əhvalatı duymuş kimi polis nəfərləri töküldülər. Ciddi və böyük mübahisə yarandı.
Dilim ağızımda qurumuşdu. Məni polislər məsuliyyətə cəlb etmək istəyirdilər. Bu məqamda yolun qırağından iki xanım bu əhvalatı seyr edirlərmiş. Polislər məni aparmaq məqamında həmin xanımlar yaxınlaşdılar və polislərə “Siz nə etdiyinizi bilirsinizmi?” soruşdular.
Polislər:
-Sizə nə, xanım?- cavab verdilər.
Xanımlar:
-Bu adam xeyirxahlıq naminə dayanıb, siz onu özünüz də bilmədən təqsirkar edirsiniz. Budurmu sizin haqqınız?
Polislər:
-Xanım, bizə belə deyiblər.
Xanımlar:
-Qələt ediblər, sizə səf deyiblər. Buraxın, bu kişini, gedib araşdırarsınız.
Nə isə bir təhər o xanımların hesabına kömək etmək istədiyim əlilin şərindən canımı qurtara bildim.
Ancaq o xanımlara təşəkkür edə bilmədim.
05.05.2014, saat 16:00
Deyirlər çox gəzən çox oxuyandan çox bilər
Hörmətli dostlar, bu komputer işləri ilə yanaşı, neçə gündür ki, ev və öz iş otağımdan çıxmayıb, Ziya Bünyadovun Azərbaycan Atabəyləri Dövləti kitabını öz kitabxanamdan tapıb oxuyurdum.
Bu gün günortadan qabaq Gəncə Dövlət Univerisitetində işləyən bir dosent dostum məni zənglə çay süfrəsinə dəvət etdi. Mən böyük məmnuniyyətlə durub getdim.
Əyləşdik və bu ərəfədə bir çox müəllim, məktəb işçiləri yığışdılar. Elmi-mədəni söhbətlər gedirdi.
Bu ərəfədə məni tanıyan və hörmət bəsləyən Mayıl adında bir hüquq işçisi də bizlə görüşmək naminə bizim masaya yaxınlaşdı. Yenə bir az ordan-burdan söhbət etdik.
Ən əsas nə açıqlandı. Bu yaxınlarda Gəncə şəhərində ana balası ilə cinsi əlaqədə olub və olurlar.
Məhkəmə qarşısında isə onlar heyvanları stat gətirməklə bəraət qazanmaq istəyirlər.
Diqqətinizə görə təşəkkür edirəm.
04.05.2014, saat 21:55
MÜNDƏRİCAT
Ürəyin işığında yanan misralar! ... 3
Vətən duyğuları ... 9
Azərbaycan .10
Azərbaycan bayrağı! ... .11
Gələn nəsil... .12
Dağıldı millət... .13
Vətən... .13
Ləzizdir mənə... .13
Ахаn Аrаz... .14
Bakı səfəri bitmək üzərədir... .15
Teatrda... .16
O gözlər gülə .16
Biz türklərik .17
Türk dünyası .18
"Türkün qəhrəmanlıq səlnaməsi"
(poemadan parçalar)... .19
Haydı... .19
" Türkün harayı "
poemasından bir parça... .20
Üzüldük... .21
Deyin mən... .22
Emine Öztürke ithaf... .23
Türkün bayrağı... .23
Göyçə həsrəti... ..24
Qardaş, bu faciə... ..25
Vətən həsrəti... ..25
Göyçə həsrətinə ..26
Варса вяtян ..27
Dilənov Dilqəm Məhər oğlu... ..28
A Dilqəm ... ..29
Nəsibov Rübail Həsən oğlu... ..30
Rübaildir... ..31
Elə o an... ..33
Doğma diyarıma... ..33
Kəlbəcər şöhrətinə... ..34
А даьлар -1... ..35
А даьлар -2... ..36
Dağların seyri... ..37
Goyçəli Eldar Həsənliyə... ..38
Vətən... ..39
Араmыздан ..40
Dinir, Allah... ..41
Sizi həsrət salanı ... ..41
Varsa Vətəndir... ..42
Vətən deyər... ..42
Vətən, sənə ... ..42
Mən qovulmuşam... ..43
Sinəmdən ayır... ..43
Qəlbimin istəyi... ..43
Səfeh yuxu... ..44
Divanilər... ..45
İndi bildim ki... ... ..46
Məni də aparasan... ..47
Tərtibatçıya alqış... ..47
Dünyanın... ..48
Anamı xatırladıqca... ..49
İnanmıram özümə... ..50
Yarandım... ..50
Sözüm var... ..51
Hey axtarır, Ana, səni gözlərim... ..51
Axirət dünyasında... ..52
Gözləyir səni gözlərim... ..52
Bu ürək... ..53
Dərdindən halı olaydım... ..54
Görən niyə? ..54
Anam dururdu... ..54
Təki anam duraydı... ..55
“Ana” poemasından... ..55
Dünyada... ..56
Anam vardı... ..57
Heç nə bilmirəm... ..57
Ana dəniz ..57
Ana həsrətinə... ..58
Anamla... ..58
Yenə bir gün ..59
Yarpaq tökümü ..59
Anam duraydı ..60
Sevgi olanda ..61
Gəl, başına dolanım... ..62
Qoymaram düşəsən... ..62
Tək mələyim... ..63
Əlini çək... ..63
Olmaz heç tayı... ..63
Qonaydın sən... ..64
Hədər yerə... ..65
Onu bir də görəydim... ..66
Uçma, xanım... ..67
Məni unut... ..67
Səkkiz mart... ..68
Kimə nə var? ... ..69
Ay yar... ..69
Gül üzə... ..70
Ürəyimə damıbdır... ..70
Həsrət qoyma... ..71
Bitəydin ürəyimdə... ..71
Üstə... ..72
Sən mənə qonaq ol... ..72
Dedim, xanım! ... ..73
Sinən üstə... ..73
Deyir, şair... ..73
Könlüm açılaydı... ..74
Balası yanında... ..74
Nədəndi? ... ..75
Ay güllər... ..75
Getdiniz... ..76
Ana ceyran... ..76
Lalələr... ..77
Ağlaram... ..77
Birgə görək... ..77
Gəl, qovuşaq... ..77
Ol... ..78
Ölürəm... ..78
Canımdan alsın... ..78
Kəpənək... ..78
Ürəyini üzərlər... ..79
Könul aldım... .80
Aybəniz Əliyarın şəklinə baxdım... . 80
Deyiləm... ..81
Bu gözələ... ..81
Diriikən... ..82
Tutub qəlbə... ..82
Gözəldir... ..82
Gec deyil hələ... ..83
Sevda atdım... ..83
Sənlə alışam... ..84
Eşqinə can atmaq... ..84
Bir az yatım ki... ... ..84
Gözləmə məndən... ..85
Ay maralcan... ..86
Salam, Bəturə xanım ..87
Aşiqini üzənlərə... ..87
Həyat gözəldir... ..87
Məni, gözəl... ..88
Kim istəməz... ..88
Qədir bilməz... ..89
İnan, vermərəm ..90
Bir günlük ..90
Heç duymadım... ..90
Dedi ki,… ..91
Bilmirəm ..91
Dünyada ..92
Bir gözələ ..93
Harda qalıbdır ..94
Asan deyil ..94
Dodaqlardan ..95
Könül dincəlir ..95
Dedi ..96
Yeməli can ..96
Lalə və Məlik ..97
Исtярдиm ки... ..98
Bir cicək ol ..98
Бир эюзял ханыmа ..99
Eybəcərin biriyəm 100
Laləni 100
Bu gülləri 101
Nə edərdim 102
Olaydım 102
Xeyr, görmədim 103
Salam, sabahınız xeyir! 103
Gözəl yağış 103
Çay gətir 104
Bir xanıma... 105
Çox görmüşəm 106
Gedən deyilsən 106
Hər yoldan keçənə 106
Yazmaq istədim 107
İlk sevgi 107
Qəlbimi 108
Biləydim 108
İnsaf eylə 109
Oda yaxma 109
Hərgah bizə 110
Hansını? 110
Görəndə 111
Bu dünyada doymadım 111
0 təkdi 112
Tənha deyirəm 112
Leysan tökə 113
Bir gül gördüm 113
Bir arayardın 113
Yetir 114
Darıxıram 114
Hə sözü 115
Qoşuluram 115
Salamlar 115
Eyləmə 116
Dillənsənə 116
Qaldi 117
Sahil olaydım 117
Sevgi 118
Ünvanladım 118
Nə edim? 118
Namə atdım 119
Yarın qoynuna 119
Baxarıq 119
Yazışma 120
Fəridə Əliyevanın salamına cavab 120
Sevirəm deməyimə 121
Dodaqlar 121
Bir gözəllə 122
Xanımsız 122
Baxışlar 123
Məni gözləyirsənsə , 123
Elə baxma 123
Deyim 123
Niyə deyirdin 124
Gəl etmə 124
Sehiri sən aç 124
Deyirəm 125
Ürəyimi didirsən 125
Özünsən? 126
Mələkdir 126
Səndən başqası 127
Baxanda 127
Həyat gözəllərindir 127
Bəlkə 128
Güllər içi 129
İlahə Həsənovaya 130
Milyon dəfə 130
Şairə tərif 131
Ay qız, gəl ..... 132
Baxışların 133
Gözəli 133
Kişilər 134
Yoxdur dünyada 134
Bu cahanda 135
Əlindəcə 135
Yar ücün 136
Yanımda olaydın 136
Yenə bax 136
Sən istəyəni 137
Məntiqli və hikmətli deyimlər 138
Mən xəstəyəm, haqq-ədalət xəstəsi, 139
Min sözə bir sözü demək istədim, 139
Dürüstlük odur ki, səhvə yanasan. 139
Dinə saxtaçılıq 139
Atadan xeyir görməyən, 140
Ata dadına 140
Baxaq, camaat 140
Hər adam 140
Sözü üzümə desin 141
İki dostum 142
Çərxi-fələk sükanı 142
Olaydı 144
Sözün varsa 145
Uşaq olardım 145
Deyişmə 146
De, kimə lazımdır? 148
Deyil o saç teli 148
Günəş 148
O gözləri 149
Ulduzum 149
Ey həyat 150
Baş açmıram 151
Onu mənlə 151
Atma özünü 152
Duydunuz ki, ... 152
Bu gecəni 153
Yazıq təbiət 153
İtirib oxunu 154
Dəliyə dair 155
Salam ilə 156
Eyni daddır 157
Hara getdi 157
Gəldi-gedərdir 159
İç üzünü 159
Vızıldayır 159
Yuxu gördüm 160
Yuxudan 161
Dünyanın malı 161
Gəlmişəmsə 162
Sahibsizlik 163
Vicdan nədir? 163
Üzmə hədər 163
Ağlınız nə kəsir? 164
Sözün izinə gəldim 164
Dik dura biləsən 165
Özünüz deyin 165
Bəxtəvər 165
Yedim, dedim 166
Yaxşı insanlar 166
Tənqid 167
Ola 168
Dünya 168
Nədən belə 169
Dünyada hər şeyi pul həll edir 169
Tale yazısı 171
Yetim-yesir 172
Mənə görə 172
Ey həyat 173
Məmurların hökmü 175
Yasa bat 176
Bu həyatda 176
Nə yöndü? 177
Müxtəlif maraq 177
Aman, Allah,.. 178
Haqq sözü 179
Yadulla 179
Kimə söyləyim 180
Heç bilmirəm 181
Bəy deyirlər 181
Mənə bəy deməyin 182
Bu millət 182
Bu millət 183
Dinləmir səsimi 184
Əmələ gəlməyibdir 184
Zalım fələk 185
Ömür hədər 185
Uçarsan yelə 186
Atlara 186
Qara yuxu 187
Olub hədər 188
Kimin qızıdır? 189
Ala di 190
Məzarımın şahına 191
Yazıq ürək 192
Allaha məktub yazmaq istəyirəm 193
Menə şair deməyin 194
Etiraf 195
Sözləri olar qalan 196
Nəymə lazım 197
Çalış ki,... 197
İnsaflar azalıb 197
Böyük bəşərdir 198
Qərarsızam 198
Qalıb 199
Tövsiyyə 200
Deyin mən 201
Дцнйа 202
Айы tайы кюкцндя 203
Ай Аллащ 204
Neynəyim ki, allah mənlə dost olsun? 205
VAR 206
Gedirəm kəcabəmi yudurtmağa 207
Sənədlərin şərəfinə! 207
Get, yaxşı yol 208
Pintilik 208
Hara baxır 209
Xoşbəxt gün 209
Nədən belədir? 209
Millətsiz sayılıram 210
İstəyirəm 210
O gəlibdir ki, apara 211
Yaranır 212
Bəlkə, yuxumda görəm 212
Dostum Fələyə 213
Qocalır 214
Mənim fəslim 214
Allaha sual 214
Sözümün nökəriyəm 215
Ağlasınlar 215
Şair olsaydı 216
Baxım, görək 216
Tövsiyyə 216
Bağışla 217
Tərif edəm 217
Ədalətin közünə 218
Yaşamağa 218
Еля бил ки... 219
Kökünü tanı 220
Mən yoruldum 221
Ey həyat 221
Mənim dərdim 221
Ürəyimə damıbdır 222
Məcburi 222
Əlim gəlmədi 223
ATAM, Allahım 223
Heç bilmirəm 224
Bir ömür 224
Günüm 225
Əzraillə dərdləşib 225
Bağlamalar 226
O nədir ki, biri qara, biri ağ, 227
O qış baharla dalaşıb çəkildi. 227
Bir narazı belə deyir, 227
Haqq yoruldu 227
Üzündən ayı göstər, 228
Yazışma 228
Dostlara 229
Axşamınız xeyir! 230
Qəlbi bizlə döyünən 230
Bir məclisdə 230
Gedirəm 231
Cümlə dostlar 231
Günaydın 231
Əhval alım 233
Günaydın 233
Gəldim 233
Dostlara sual 234
Dəymə-düşər 234
Dostluq 235
Əlim demir 235
Üzərindən keç 235
Bu dünyadan 236
Dedim 236
Var 237
Dost 237
Dost 238
Həyatıma yarsınız 238
Sübhün nuru 238
Salam! 239
Yanmasın 239
Xoş gəldiniz! 239
Körpə deyilsən 240
İbrahim Rəndəçiyə 240
Hər vaxtınız xeyir 241
Bakıdan görüşərik 241
İnanın ki.... 241
İthaflar 242
Solmaz xanım Aliyevaya ithaf 243
Müəllimlərə 243
Nərgiz xanım Vəlizadəyə salamlar! 244
Lalə xanıma 244
Xanımlara 245
Enfira xanım Əliyevaya ithaf 245
Səkinə İlyasqızına 246
Lalə Mikayılzadəyə 246
Lalə xanıma 246
Zeynəb xanım 247
İradə xanıma 247
Şəfiqə xanım Axundovaya 248
Aygün Şamıyevaya 248
Aygün Şamıyevaya 248
Kəmalə xanıma 249
Lalə xanıma 249
Yeganə xanım Novruzovaya 249
Fidan Əliyevaya 250
Nurgün xanıma ithaf 250
Nigar xanıma ithaf 250
Aləmzər xanıma 251
Fərəh Qurbaniyə 251
Böhtan atıblar 251
Lalə Mikayılzadəyə 252
Gözəlliyinə 252
Gözəlsiniz 252
Səadət xanıma 253
Hekayələr və publisistika 254
Pambıq topu .255
Hardasan? 257
Get, sənlik deyil 259
Axşamınız xeyir, dostlar 259
Məndən incimiş 260
Salam səmimi dostlar! 260
Şerimi yazdım 261
Həyatın qanunu 262
Şairin sevincinə şərik olduq 263
Bizə örnək olcaq 264
Şagirdlikdən xatirə 266
Şagirdlik illəri 267
Mollaların söhbəti 268
Oğlum evlənmək istəyir 270
Əhvallaşma 271
Gəzən ayağa daş dəyər 272
Deyirlər, çox gəzən çox oxuyandan çox bilər 274
Sabir Binnətoğlu
ÜRƏYİMİN SƏSİ
Yığılmağa verilib: 02.01.2015.
Çapa imzalanıb: 05.04.2015.
Kağız formatı: 60x84.
Həcmi: 18,25 ç.v.
BXQR MMC-də çap olunmuşdur.
Sabir Binnətoğlu (Qurbanov) 29 noyabr 1958-ci ildə Göyçə mahalın Çənbərək rayonun Ardanış kəndində dünyaya göz açıb. Onun bədii yaradıcılığına Göyçə ədəbi muhitinin muhüm təsiri olmuşdur. Qarabağ müharibəsi, Azərbaycanın müstəqilliyə qovuşması, çağdaş dövrün ictimai-siyasi hadisələri onun yaradıcılğında mövzu rəngarəngliyinə səbəb olmuş, vətənpərvərlik ruhunu daha da artırmışdır. O, özü şəxsən Qarabağ müharibəsinin iştirakçısıdır.
S. Binntoğlu hazırda Gəncə şəhərində yaşayır və bu şəhərin ədəbi mühitınin fəal təmsiçilərindən biridir. O, “Divani- Hikmət” ədəbi məclisinin təsisçisi və sədri, “Qızıl Qaya” jurnalının təsisçisi və baş redaktorudur.
BAKI-2015 BAKI-2015 BAKI-2015
BAKI-2015 BAKI-2015 BAKI-2015
BAKI-2015 BAKI-2015 BAKI-2015
BAKI-2015 BAKI-2015 BAKI-2015
BAKI-2015 BAKI-2015 BAKI-2015
BAKI-2015 BAKI-2015 BAKI-2015
BAKI-2015 BAKI-2015 BAKI-2015
BAKI-2015 BAKI-2015 BAKI-2015
BAKI-2015 BAKI-2015 BAKI-2015
BAKI-2015 BAKI-2015 BAKI-2015
BAKI-2015 BAKI-2015 BAKI-2015
BAKI-2015 BAKI-2015 BAKI-2015
BAKI-2015 BAKI-2015 BAKI-2015
BAKI-2015 BAKI-2015 BAKI-2015
BAKI-2015 BAKI-2015 BAKI-2015
BAKI-2015 BAKI-2015 BAKI-2015
BAKI-2015 BAKI-2015 BAKI-2015
BAKI-2015 BAKI-2015 BAKI-2015
BAKI-2015 BAKI-2015 BAKI-2015
BAKI-2015 BAKI-2015 BAKI-2015
BAKI-2015 BAKI-2015 BAKI-2015
BAKI-2015 BAKI-2015 BAKI-2015
Dostları ilə paylaş: |