Ekologiya və siyasət – dövlət qanunları və qanunverici aktlar qəbul etməklə ekoloji durumu qorumaq, ətraf mühitin təmizliyinin təmin edilməsinin ekoloji siyasət həyata keçirilməsi ilə tənzimlənməsi deməkdir.
Ekoloji tərbiyənin nəticələri:
cəmiyyətlə təbiətin qarşılıqlı əlaqə və təsiri barədə anlayışlar formalaşdırır;
elmi dünyagörüşü formalaşdırır;
əxlaqı saflaşdırır;
estetik hisslər formalaşdırır;
əməyin estetik təşkilinə köməklik edir.
IV Ekoloji tərbiyə işində müxtəlif yollardan, forma və metodlar-dan istifadə edilir. Erkən yaşlardan uşaqlarda təbiət hadisələrinə düzgün baxışlar yaratmaq, onlara təbiəti, canlıları sevdirmək, uşaq qəlbində xeyirxahlıq hissləri oyatmaq lazımdır. Kiçik yaşlardan bu-na diqqət yetirilməzsə, uşaqda təbiətə, heyvan və quşlara qarşı la-qeydlik, hətta qəddarlıq, rəhmsizlik hissləri baş qaldıra bilər. Təbiətə qarşı qəddarlıq təbiət gözəlliklərinə laqeydlikdən, ətraf aləmə qeyri-həssas münasibətdən, bir sözlə, uşaq qəlbində xeyirxahlıq hisslərinin kütləşməsindən başlanır.
Ailədə və uşaq bağçasında aparılan ekoloji tərbiyə işləri məktəbdə daha da inkişaf etdirilir və sistemli şəkil alır. Təlim pro-sesi ekoloji tərbiyənin çox mühüm yoludur. Ayrı-ayrı fənlərin tədri-sində ekoloji təhsil və tərbiyə üçün böyük imkanlar vardır. İbtidai siniflərdə şagirdlər təbiətşünaslıq və ətraf aləmlə tanışlıq dərslərində təbiət və onun mühafizəsi haqqında ilkin təsəvvürlərə yiyələnir, onlarda təbiətə məhəbbət, onu qorumağın vacibliyi fikri aşılanır.
Orta və yuxarı siniflərdə ekoloji təhsil və tərbiyə işləri geniş-ləndirilir. Kimya dərslərində torpağın münbitliyini saxlamaq üçün kimyəvi gübrələrdən istifadə edilməsi, sənaye və məişət tullantı-larının emalı, ekoloji cəhətdən təmiz ərzaq məhsullarının istehsalı və s. barədə təsəvvürlər aşılanır. Bunlar isə şagirdlərin ekoloji təfəkkürünün inkişafına güclü təsir göstərir. Ekologiya və təbiəti mühafizə sahəsində digər fənlərdə - biologiya, zoologiya, botanika, coğrafiya dərslərində daha ətraflı biliklər verilir və onların tətbiqi aspektləri nəzərdən keçirilir.
İxtisas: Təhsildə sosial psixoloji xidmət
Kurs: I
Fənn: Pedaqogika
Mövzu: XXV mövzu: AİLƏ TƏRBİYƏSİ
Ədəbiyyat siyahısı:
Nurəddin Kazımov. Məktəb pedaqogikası. Bakı: 2002, 448 səh.
İsmayıl Əliyev Pedaqogika . (Mühazirələr kursu) Naxçıvan 2017, 279 səh
Fərahim Sadıqov. Pedaqogika. Bakı: 2006. 556 səh
Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. I cilddə, Bakı: 2012. 706 səh
Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. II cilddə, Bakı: 2012. 548 səh.
Ə.Paşayev, F.Rüstəmov. Pedaqogika (Yeni kurs). Bakı: 2002, 512 səh.
Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru
PLAN
Ailə tərbiyəsinin əsasları.
Ailə tərbiyəsinin vəzifələri.
Ailə tərbiyəsinin səmərəlilik şərtləri.
Ailə tərbiyəsinin müasir problemləri.
Dostları ilə paylaş: |