Pedaqogika nəyi öyrənir?
“Pedaqogika” yunan sözü olan “paydaqoqos” (paidos-uşaq, qoqos-ötürən) sözündən götürülüb “uşaq ötürən” deməkdir. Belə ki, Qədim Yunanıstanda varlıların uşaqlarını məktəbə aparıb gətirən qullara paydoqoqos deyilirdi. Zaman keçdikcə bu sözün mənası dəyişmiş, pedaqogika uşaqların tərbiyəsi haqqında fikir, söz, nəzəriyyə, elm kimi inkişaf etmişdir.
Pedaqogikanın bir elm kimi meydana gəlməsi XVI əsrdə yaşamış Y.A.Komenskinin (1592-1670) adı ilə bağlıdır. Bu dövrə qədər təlim, tərbiyə, təhsillə bağlı çolu fikirlər, nəzəriyyələr olsa da, bunlar bir sistem halında deyildi. Ilk dəfə olaraq Komenski “Böyük Didaktika” adlı əsərində təlim və təhsil məsələlərini elmi zəmində izah etməyə və əsaslandırmağa çalışmışdır. O, pedaqoji hadisələrin mahiyyəti və məzmununu təbiətəmüvafiqlik prinsipi əsasımda şərh edirdi. Məsələn, O, deyirdi ki, bilikləri şagirdlərə dərindən və möhkəm mənimsətmək lazımdır. Çünki, təbiətdə kökləri torpağa dərin işləyən ağaclar möhkəm olur.
İnsan cəmiyyətinin mövcudluğu iki böyük prosesdən asılıdır: təbiət, cəmiyyət və təfəkkürdə olan fakt və hadisələrin öyrənilməsi; öyrənilmiş bilik və təcrübənin gənc nəslə öyrədilməsi.
Öyrənmənin əsasında zəruri tələbatlar durduğu kimi, həyat üçün zəruri olan bilik və təcrübənin nəsildən-nəslə ötürülməsi də həyati tələbatdan doğur.
Öyrətmə prosesinin özünün də iki tərəfi olur: öyrədən; öyrənən.
“Öyrədən” müəyyən bilik, bacarıq və həyati təcrübəyə malik olub, öyrətmək funksiyasını yerinə yetirən, bir az da dəqiq desək, öyrətməyə borclu olan şəxsdir. Nə üçün borclu? Çünki, müəyyən sahədə bilik, bacarıq və təcrübəyə malik olan insanların heç də hamısı öyrətmək fəaliyyəti ilə məşğul deyillər. Belə adamların “öyrədən” olması üçün “öyrətmək” vəzifələri daşımaları zəruridir. Bunlar müəllimlər və valideynlərdir.
Müəllimlər və valideynlərin öyrətmələrində də oxşar və fərqli cəhətlər vardır.
Dostları ilə paylaş: |