Kurs: I fənn: Pedaqogika


Müəllimlər öyrətmək üçün xüsusi hazırlanmış, öyrətmək elminin



Yüklə 298,36 Kb.
səhifə3/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   242
Müəllimlər öyrətmək üçün xüsusi hazırlanmış, öyrətmək elminin (Pedaqogikanın) nəzəri və təcrübi əsaslarına yiyələnmiş və əsas fəaliyyət sahəsi öyrətmək olan şəxslərdir. Müasir dövrdə Y.A.Komenskinin dediyi “universal müəllimlər” yoxdur. Onlar ixtisaslaşdıqları bir və ya çox böyük ehtiyac olduqda, iki fənn üzrə biliklər verməklə kifayətlənməli olurlar. Hətta hər bir fənnin təmsil etdiyi elm sahələri üzrə biliklərin ümumi əsaslarını tam öyrətmək belə getdikcə çətinləşir. Bu halda müəllimin öyrətmək funksiyasında fakt və hadisələr barədə biliklər vermək üstünlük təşkil edir. Öyrətmənin sosial məsələlərinə həsr olunacaq vəzifəsi isə getdikcə zəifləyir.

Müəllimin öyrətmə fəaliyyətinin bu deyilən cəhətlərini ümumiləşdirsək, belə qənaətə gəlmək olar ki, müasir dövrdə müəllimin fəaliyyəti daha çox tədris etdiyi fənnə dair bilik, bacarıqlar öyrətmək və bu biliklərin mahiyyətində olan tərbiyəvi imkanların köməyi ilə böyüyən nəsli həyata hazırlamaqla bağlı olur.



Valideynin öyrətməsi isə ailənin təbii funksi-yasından irəli gələn borcdur. Beləliklə:

Müəllimin öyrətməsi ümumi pedaqoji qanunauyğunluqların tətbiqi nəticəsində, əsasən, elmi xarakter daşıyır, valideynin öyrətməsi isə təbiidir;

Müəllimin öyrətməsi xüsusi olaraq təşkil edilmiş proseslə müşayət olunur, valideynin öyrətməsi isə xüsusi fəaliyyət növü deyildir.

Müəllimin öyrətməsinin müddəti məhduddur; insan həyatının müəyyən dövründən başlayır və bəlli vaxtlarda, əsasən, başa çatır. Valideynin öyrətməsi isə uşağın dünyaya gəlməsi ilə başlayıb, fasiləsiz olaraq valideynlərin ömrü boyu davam edir.

Pedaqoji prosesin ikinci tərəfi “öyrənən”dir. Öyrənmə prosesində hər iki tərəfin məsuliyyəti, fəallığı, demək olar ki, eyni dərəcədədir. Həyat “maddi və mənəvi olanın öyrədilməsi və öyrənilməsi – tətbiqi – yenidən öyrənilməsi və s.” ardıcıllığı ehtiva edən düsturla müşayiət olunan fəaliyyətdir. Bu, insanların məhkum olduğu təbii prosesdir. Öyrənən o mənada bu prosesin əsas fiqurudur ki, o, öyrənmədən yaşaya bilməz. Ayrıca götürülmüş hər hansı “öyrədən” isə öyrətmək məcburiyyətində deyil, öyrətmədən də yaşaya bilər.

Beləliklə, “öyrənən” həyati tələbatlarını ödəməyin yollarını axtarıb tapmağa, mənimsəməyə məcbur olan şəxsdir. İnsanın həyati tələbatları onu ömrü boyu müşayət etdiyindən, öyrənmək də hər bir insan üçün ömürlükdür. Peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.ə.s.) məlum hədisinin mahiyyəti də “beşikdən qəbrə kimi” öyrənmənin zəruriliyini göstərməkdir.

Öyrənmənin iki yolu haqda danışmaq olar:


  • düzənsiz, kortəbii yolla öyrənmə;

  • mütəşəkkil – xüsusi olaraq təşkil edilmiş yolla öyrənmə.


Yüklə 298,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin