Kurs: I fənn: Pedaqogika



Yüklə 298,36 Kb.
səhifə5/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   242
Pedaqogikanın obyekti – insan və onun həyata hazırlanmasıdır.

  • Pedaqogikanın predmetiinsan şəxsiyyətinin tərbiyə, təlim və təhsil vasitəsilə formalaşdırılması və inkişafına yönəldilmiş pedaqoji prosesdir.

  • Pedaqogikanın 4 bölməsi var:

    1. Ümumi pedaqogika.

    2.Didaktika- təlim və təhsil haqqında nəzəriyyədir.

    3. Tərbiyə nəzəriyyəsi.

    4. Məktəbşünaslıq.

    • Əsas pedaqoji kateqoriyalar.

    Professor N.Kazımov pedaqogikanın kateqori-yalarını müəyyənləşdirərkən yazır: “Milli pedaqogikada beş pedaqoji kateqoriya vardır: təlim, tərbiyə, təhsil, psixoloji inkişaf, habelə onları özündə birləşdirən pedaqoji proses”.

    İlk baxışda belə görünür ki, “pedaqoji proses” də digər dörd kateqoriya ilə bərabərhüquqlu, eyni səviyyəli götürülmüşdür. Lakin diqqət edildikdə aydın olur ki, “pedaqoji proses” digər dörd anlayışı özündə birləşdirən, yəni onlardan daha ümumi anlayışı ifadə edən kateqoriya kimi buraya daxil edilmişdir. Daha konkret mənada təlim, tərbiyə, təhsil və psixoloji inkişaf pedaqoji prosesin tərkib hissələri kimi təqdim edilir. Bu kateqoriyaların hər birinin öyrətmə və öyrənmə funksiyalarının, imkanlarının sistemi əslində bütövlükdə pedaqogika elminin mahiyyətini və məzmununu təşkil edir.


  • 1   2   3   4   5   6   7   8   9   ...   242




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin