Kurs: I fənn: Pedaqogika


Pedaqogikanın ana kateqoriyası pedaqoji prosesdir



Yüklə 298,36 Kb.
səhifə6/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   242
Pedaqogikanın ana kateqoriyası pedaqoji prosesdir.

Pedaqogikanın əsas kateqoriyaları təlim, tərbiyətəhsildir.

Təlim pedaqoji prosesin tərkib hissəsi kimi öyrətmə və öyrənmənin bilavasitə həyata keçirilmə prosesidir. Bu mənada o, “pedaqoji proses” məfhumu ilə eyniləşmiş olur. Buna görə də pedaqogikada, adətən, təlim prosesi zamanı təbiət, cəmiyyət və təfəkkürdəki fakt və hadisələr haqqında olan, öyrənəndən asılı olmayaraq mövcud biliklər, bacarıq və vərdişlərin öyrədilməsi nəzərdə tutulur. Təlim prosesi zamanı bəşəriyyətin hazırlamış olduğu, təcrübədə sınaqdan çıxıb doğruluğu təsdiq olunan və buna görə də hamı tərəfindən eyni cür qəbul edilən biliklər öyrədilir. İnsanların bu biliklərə münasibəti daha çox ağılla, təfəkkürlə bağlı olub, onların inkişafına, daha da təkmilləşməsinə istiqamətlənmiş olur.

Təlimmüəllimlə şagirdlərin məqsədyönlü, mütəşəkkil qarşılıqlı təsiri nəticəsində maddi və mənəvi aləmin dərk edilməsi, fəaliyyət üsullarının mənim-sənilməsi və beləliklə inkişafın təmin edilməsi prose-sidir.

Tərbiyə də müəyyən ardıcıllıqla həyata keçirilən öyrətmə və öyrənmə prosesidir. “Tərbiyə” anlayışı altında insanın həyatı boyu gördüyü təsirlərin hamısı başa düşülməlidir. Təsadüfi deyildir ki, pedaqogikada “geniş mənada tərbiyə” anlayışı da vardır. Milli pedaqogikanın tələblərindən çıxış edərək bu anlayışın elmi pedaqogikada saxlanılmasını zəruri hesab edirik. Uzun müddət Şərqdə, o cümlədən Azərbaycanda “insanın tərbiyə edilməsi” dedikdə, bu günkü mənada “pedaqoji proses”dən daha geniş məsələlər başa düşülmüşdür. Pedaqoji prosesin tərkib hissəsi kimi “tərbiyə” dedikdə isə “əsasən davranışla əlaqədar olan mənəvi keyfiyyətlərin adamlarda məqsəd-yönlü, planlı və mütəşəkkil sürətdə formalaşdırılması başa duşulür”. Yəni tərbiyə prosesində insana bilavasitə onun iradəsindən asılı olaraq reallaşan, hər bir insanın fərdi keyfiyyətini formalaşdıracaq bilik və vərdişlər öyrədilir.

Tərbiyə - həyat üçün zəruri olan sosial təcrübənin və cəmiyyət tərəfindən qəbul edilmiş mənəvi dəyərlər sisteminin formalaşdırılmasından ötrü insanlara göstərilən məqsədyönlü təsir prosesidir.

Təlim və tərbiyə kateqoriyalarından fərqli olaraq təhsil kateqoriyası tam mənada proses xarakteri daşımır. Professor Əliheydər Həşimov əsas pedaqoji anlayışları xarakterizə edərkən yazırdı ki, “təhsil təlimin nəticəsi, təlim və təhsil almağın əsas yoludur”. Doğrudan da, insanlar müəyyən təhsil səviyyəsinə daha çox təlim nəticəsində yiyələnirlər, lakin təlim təhsil almağın yeganə yolu deyildir. Müəyyən sahəyə dair bilik və bacarıqlara müstəqil də yiyələnmək olar. Bu halda təhsil kateqoriyası pedaqoji prosesin tərkib hissəsi olmaqdan çıxır. Çünki bu cür təhsil alma öyrədən və öyrənənin qarşılıqlı təsiri olmadan baş verir.

Təhsil kateqoriyası bu xüsusiyyətinə görə psixoloji inkişaf kateqoriyasına (“fərdi inkişaf kateqoriyası” deyilərsə daha düzgün olardı) yaxındır. Düzdür, “inkişaf” anlayışı müəyyən mənada prosesi ifadə edir. Lakin pedaqoji prosesin kateqoriyası kimi götürüldükdə o daha çox öyrənmə prosesinin nəticəsi kimi başa düşülür.


Yüklə 298,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin