Kurs: I fənn: Pedaqogika



Yüklə 298,36 Kb.
səhifə4/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   242
Kortəbii yolla öyrənmə prosesində fəal subyekt öyrənəndir. Prosesin digər tərəfini isə qeyri-ixtiyari iştirakla seçilən çoxsaylı subyektlər təşkil edə bilər. Yəni kortəbii yolla öyrənmə zamanı öyrənən təkcə öyrətmək üçün xüsusi bilik, bacarıqlara yiyələnmiş şəxsin yox, çoxsaylı digərlərinin də təsirinə məruz qalır. Bu halda öyrənmə qeyri-dəqiq, dağınıq, ziddiyyətli ola bilir və əksər hallarda proses uzun vaxt tələb edir.

Öyrənmənin ikinci yolu pedaqoji prosesin iştirakçısı olaraq öyrənməkdir.



  • Pedaqoji proses öyrədənlə öyrənən arasında xüsusi olaraq təşkil edilmiş elə bir qarşılıqlı təsir prosesidir ki, bu zaman həyat üçün zəruri olan bilik, bacarıq və təcrübənin mənimsənilməsi nəticəsində insanın inkişafı təmin edilir.

Beləliklə, buraya qədər deyilənləri ümumiləşdirərək, yekun qənaətimizi bu cür ifadə edə bilərik:

  • pedaqoji prosesin əsas kateqoriyaları “öyrədən” və “öyrənən”dir;

  • pedaqoji proses subyektlərin bir-birinə qarşılıqlı təsirinə əsaslansa da prosesin səmərəliliyini təmin etməkdə aparıcı tərəf öyrədəndir. Öyrədiləcək bilik və bacarıqların, formalaşdırılacaq keyfiyyətlərin məzmunu, öyrətmə və öyrənmə üsulları, prinsipləri, öyrənənin fəallıq və müstəqilliyinin təmin edilməsi, onların motivləşdirilməsi kimi məsələlər öyrədənin funksiyasına daxildir .

  • Pedaqogikainsanın bütün həyatı boyu inkişafı üçün mühüm amil və fəaliyyət sahəsi olan pedaqoji prosesin mahiyyətini, qanunauyğunluqlarını, prinsip, metod, təşkili formaları və səmərəli yollarını öyrənən elmdir.


  • Yüklə 298,36 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin