Kurs: II fənn: Şəxsiyyət psixologiyası Müəllim


Şəxsiyyətin əqidə və idealları



Yüklə 136,29 Kb.
səhifə28/69
tarix01.01.2022
ölçüsü136,29 Kb.
#104092
1   ...   24   25   26   27   28   29   30   31   ...   69
Şəxsiyyətin əqidə və idealları.

Şəxsiyyətin dərk olunan davranış motivləri içərisində dünyagörüşü, əqidə və idealların da özünəməxsus yeri və rolları vardır.



Əqidə – şəxsiyyətin onu öz baxışlarına, prinsiplərinə, dünyagörüşünə müvafiq olaraq hərəkət etməyə yönəldən dərk olunmuş tələbatlar sistemidir. Əqidə insana öz həyat yolunu tam aydınlığı ilə müəyyən və təsəvvür etmək imkanı verir, onu şərtləndirir.

İdeallar da şəxsiyyətin dərk olunan davranış motivləri hesab olunur. İdeal insanın nail olmağa can atdığı ən yaxın məqsəddir. Başqa sözlə, ideallar insanın həyat və fəaliyyətində nail olmağa can atdığı ən yüksək məqsəd hesab olunur. İdeallar müsbət hissi boyalarla zəngin olur və şəxsiyyətin istiqamət və fəaliyyətinə aydınlıq, müəyyənlik verir. İdeallar fəal və passiv ola bilir. Əgər ideallar fəal və həyatidirsə, insanı mübarizədə qorxmaz edir, onun iradəsinə möhkəmlik, xarakterinə qüvvət bəxş edir.

Sadəcə olaraq bu və ya digər ideala malik olmaq, bu və ya digər bir şəxsiyyəti özünə ideal qəbul etmək və bununla kifayətlənmək çox azdır. Bu, adamın ümumi inkişafına heç bir müsbət təsir göstərə bilməz. Əsl və həlledici cəhət seçilən idealın fəal olması, mütərəqqi və müsbət ideal uğrunda, ona çatmaq uğrunda yorulmadan mübarizə etmək əzminə malik olmaqdır.



Yüklə 136,29 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin