Kurs: III kurs iŞİ Mövzu


Asudə vaxtın qiymətləndirilməsi formaları



Yüklə 97,6 Kb.
səhifə3/18
tarix06.01.2022
ölçüsü97,6 Kb.
#112040
1   2   3   4   5   6   7   8   9   ...   18
Asudə vaxtın qiymətləndirilməsi formaları. Müasir dövrümüzdə insanların sahib olduqları asudə vaxtı müxtəlif formalarda qiymətləndirdikləri müşahidə olunmaqdadır. Bir az əvvəl də qeyd olunduğu kimi asudə vaxtı qiymətləndirmə formaları fərdən-fərdə, mədəniyyətdən-mədəniyyətə görə dəyişir. Dünya üzrə bir çox insanın ümumilikdə müraciət etdiyi asudə vaxtı qiymətləndirmə formaları təhlil olunduqda onların aşağıdakı kimi formalaşdığı müşahidə edilməkdədir:

  • Kitab oxumaq;

  • İdmanla məşğul olmaq;

  • Teatra getmək;

  • Televizora baxmaq və radioya qulaq asmaq;

  • Kompüter oyunları oynamaq;

  • Balıq tutmaq;

  • Alış-veriş;

  • Kolleksiya toplamaq;

  • Turizm.

Yuxarıdakı siyahıya əlbəttə başqa bir çox asudə vaxtı qiymətləndirmə forması əlavə oluna bilər. Ancaq burada diqqət edilməsi lazım olan nöqtə turizmin bir asudə vaxtı qiymətləndirmə forması olduğudur. Turizm gəzmək, tanışlıq, bəzi regionlara səfər kimi fəaliyyəti özünə birləşdirir. Son illərdə turizm yuxarıda sadalanan asudə vaxtı qiymətləndirmə formaları arasında özünəməxsus bir yer tutmuş və əhəmiyyətli irəliləyiş göstərərək dünyanın ən geniş industriyaları arasına daxil olmuşdur.

İkinci Dünya müharibəsindən sonra əvvəllər on milyonlarla, müasir dövrümüzdə isə milyonlarca insan gündəlik yaşayış yerlərindən müvəqqəti müddətə başqa yerlərə səyahət etməkdədir. Sözügedən yerdəyişmə müddətində fərdlər nəqliyyat vasitələrindən və gedilən regionlardakı yerləşdirmə, qidalanma və əyləncə xidmətlərindən istifadə etməkdədir. Mütəxəssislər tərəfindən turizmin XX əsrə aid bir hadisə olaraq qiymətləndirilməsinə baxmayaraq, əslində yerdəyişmə prosesi insanlığın tarixi qədər qədimdir. İnsanlar yüzilliklər boyunca müxtəlif zərurət və məqsədlərlə yaşadıqları yerdən kənar bir coğrafi məkana səyahət etmişdir. Dinamik bir quruluşa malik olan sözügedən səyahətlər müxtəlif mədəniyyət və dillərdə müxtəlif anlayışlarla ifadə edilməkdədir. Sonda bu dinamik hadisələrin inkişafı və bir çox terminin meydana gətirdiyi qarışıqlıq nəticəsində bütün diqqətlər tək bir söz üzərində cəmlənmişdir: bu söz turizmdir. Turizm anlayışı haqqında bir çox təriflərin verilməsinə baxmayaraq, müasir dövrümüzdə tam əhatəli bir tərifin mövcudluğundan danışmaq olduqca çətindir. Problem turizmin əsasının insan olmasından və sosial, psixoloji, iqtisadi və siyasi bir çox faktorun bir araya gəlməsindən yaranmaqdadır.

Məsələyə müxtəlif cəhətlərdən toxunan mütəxəssislər müxtəlif fikirlər irəliyə sürmüşdür. Turizmin ilk tərifini 1905-ci ildə Guyer Feuler vermişdir. Bu tərifə görə turizm: getdikcə artan iqlim dəyişiklikləri və istirahət tələbatına, təbiət və incəsənətin heyrətamiz gözəlliklərini tanımaq istəyinə, təbiətin insana sevinc verdiyi inancına söykənən və xüsusilə, ticarət və sənayenin inkişafı, nəqliyyat vasitələrinin mükəmməlləşməsi nəticəsində millətlərin və cəmiyyətlərin bir-birlərinə daha çox yaxınlaşmasına imkan verən “müasir dövrə xas” bir hadisədir. Bu tərifdən sonra turizmin tərifi məsələsində fikir yürütməyə çalışan mütəxəssislərin sayı artmağa başlamışdır. Turizmin iqtisadi cəhətdən araşdırılması ilə bağlı olan yanaşmalar zamanla üstünlük qazanmağa başlamışdır. Bu dövrdəki turizmlə bağlı nominal təriflərdə turizm sadəcə nəqliyyatın inkişafı ilə artan səfərlər kimi qiymətləndirilmişdir. Daha sonra isə biznes və peşə məqsədli səyahətlər də turizm hadisəsi kimi qeydə alınmağa başlanmışdır.

Digər tərəfdən turizmi təşkilatlar cəhətdən izah edən yazıçıların yanaşmalarından da danışmaq lazımdır. Bu yazıçılar arasında ən tanınmışları Hunziker və Krapfdır. Onlar 1941-ci ildə müvəqqəti yerdəyişmə, səyahət və yerləşdirmə anlayışlarını əhatə edəcək formada turizmi elmi cəhətdən ələ almışdır.

Turizm hadisəsinin izah olunmasında ümumilikdə dinamik bir ünsür kimi qəbul edilən “səyahət” faktoru mühüm yer tutur. Bundan başqa nəzəri olaraq insanların etdiyi bütün səyahətlərin turizm hadisəsinin bir ünsürü olduğu da deyilə bilməz. Hansı səyahətlərin turizm hadisəsi hesab oluna biləcəyinə ümumilikdə səyahətin məqsədi nəzərə alınaraq qərar verilə bilər. Bəzən çox qısa səyahətlər məqsədinə görə turizm hadisəsi hesab olunarkən, əksinə çox uzun səyahətlər bu cür qiymətləndirilməyə bilər. Bundan başqa məsafəyə görə də turizm anlayışına qarşı yanaşmalar müxtəlifdir.

Turizm hadisəsinin yaranmasında və izah olunmasında lazımlı ikinci ünsür “yerləşdirmə”dir. Hunzikerin turizmi sadə dillə izah etməsi elmi mənada bir tərifin formalaşdırılmasına təkan vermişdir. Hunzikerə görə turizm: əcnəbilərin bir yerə etdikləri səyahətləri və daimi yaşayış, işləmək məqsədi daşımayan yerdəyişmələri zamanı yaranan münasibətlərin məcmusudur. Bu tərif turizmi tam əhatə etməmiş və turizmin İkinci Dünya müharibəsindən sonra inkişaf edib sosial, mədəni və iqtisadi həyatda vacib bir yer qazanması ilə yeni bir elmi izahın verilməsinə ehtiyac yaranmışdır. W. Hunziker və K. Krapf yerdəyişmə zamanı vacib olan bu iki əsas xüsusiyyəti nəzərə alaraq turizmə bu cür tərif vermişdir: “Turizm daimi yaşamamaq və gəlir əldə etmək məqsədli heç bir işlə məşğul olmamaq şərti ilə əcnəbilərin müvəqqəti yerdəyişmələri zamanı yaranan münasibətlərin məcmusudur”.

Bu yanaşmada turizm məqsədli yerdəyişmə zamanı diqqət edilən daimi yaşamamaq şərti müddət olaraq qeydə alınmaqdadır. İkinci şərt isə gəlir əldə etməməyi nəzərdə tutmaqdadır. Fərddən tələb olunan getdiyi yerdə gəlir gətirəcək heç bir fəaliyyətlə məşğul olmamasıdır. Bu şərt turizmi yerdəyişmənin digər növlərindən fərqləndirən başlıca meyardır.

Bu yanaşmadan sonra “turizm” termininə 1981-ci ildə AIEST (Association Internationale d’Experts Scientifiques do Tourisme) tərəfindən yeni tərif verilmişdir. Bu tərifə görə turizm: insanların daimi yaşadıqları, işlədikləri yerlərdən kənara səyahətləri və həmin yerlərdə əksər hallarda turizm müəssisələri tərəfindən hazırlanan mal və xidmətləri tələb edərkən formalaşan münasibətlərin məcmusudur. Bu yanaşma əsas götürüldükdə konqres və iş məqsədli, qısamüddətli, sağlamlıq məqsədli səyahətlər turizm hadisəsi kimi sayılmaqdadır.

Bunun əvəzində tələbələrin uzunmüddətli səyahətləri, iş axtarmaq, daimi yaşayış məqsədli səyahətlər turizmin əhatəsindən kənarda qalmaqdadır.

Bu yanaşma hər hansı bir səyahətin turizm hadisəsi kimi qeydə alınması üçün aşağıdakı kriteriyaları irəli sürməkdədir:



  • Səyahətin daimi yaşayış və iş yerindən kənara həyata keçirilməsi;

  • Səyahət müddətində əksər hallarda turizm müəssisəsinin hazırladığı mal və xidmətlərin tələb edilməsi;

  • Səyahətin müvəqqəti xarakter daşıması;

  • Səyahətin gəlir əldə etmək məqsədilə təşkil olunmaması.

Turizm termini ilə əlaqədar mübahisələr, xüsusilə, akademik mühitdə uzun müddətdir davam etməkdədir. Bəzi tədqiqatçılar turizmi industriya kimi qəbul edərkən, bəziləri də industriyadan çox sistem kimi qəbul edir. Turizm anlayışının bir çox elm və sektorla əlaqəsi vardır. Turizm anlayışının vahid tərifinin olmamasının səbəbi müxtəlif elm sahələrində fəaliyyət göstərən tədqiqatçıların turizmin öz elmlərinə xas olan xüsusiyyətlərini diqqətə alaraq ona tərif verməsidir. Məsələn, iqtisadçılar turizmi bir “industriya” olaraq qəbul edərkən, marketoloqlar “bazar” kimi qiymətləndirməkdə, ekoloqlar onun ekoloji tərəflərini qabartmaqda, sosioloqlar isə turizmin insan davranışlarındakı rolunu əsas ünsür kimi dəyərləndirməkdədir.


Yüklə 97,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin