3.Zorakılığa məruz qalmış uşaqlara psixoloji yardım.
Hər bir cəmiyyətdə uşaqlar xüsusi qayğı obyekti kimi qəbul edilsədə,hələ də uşaqlara qarşı müxtəlif zorakılıqların kökü kəsilməmiş,uşaq hüquqlarının qorunmasında etibarlı hüquq sistemi formalaşmamışdır.Həm ailədə, həm müxtəlif ictimai təlim-tərbiyə müəssisələrində,həm də bütövlükdə cəmiyyətdə uşaqlara qarşı fiziki,emosional,psixoloji xarakterli zorakılıqlara heç də az təsadüf olunmur.
Zorakılığın artmasına səbəb olan bir çox amillər vardır.Bunların sırasında cəmiyyətdə zorakılığın ciddi sosial problem kimi qəbul edilməməsi,əhalinin hüquqi savadının aşağı səviyyədə olması,uşaqların öz hüquqları haqqında lazımi məlumatlara malik olmaması və s. adlarını qeyd etmək olar.
Uşaq zorakılıqla ilk dəfə ailədə üzləşir.Bu halın yaranmasında ailə-məişət zorakılıqları situativ (ailə münasibətlərinin pozulması,aşağı özünüqiymətləndirmə,uşağın doğulmasının dərk edilməməsi) və sturuktur (işsizlik, sosail təcrid, maliyyə məsələləri) kimi stressorların təsiri olduqca böyükdür.
Psixoloqlar (Brovne və Ştraus) ailədə uşaqlarla qəddar rəftar edilməsinin əsas səbəblərini aşağıdakı amillərlə izah edirlər:
1. Ailənin natamamlığı və çoxuşaqlı olması
2. Ailədə ögey ata və ya ögey uşaqların olması
3. Ailə üzvləri arasında konfiliktli və ya zorakı münasibətlər
4. Ər-arvad arasındakı problemlər
5. Valideynlərin tərbiyə üsullarında varislik
6.Valideynlərlə uşaqların qarşılıqlı münasibətlərində problemlər
7. Ailənin emosional və fiziki baxımdan təcrid olunması
8. Valideynlərin fərdi psixoloji xüsusiyyətləri (depressivlik,aqressivlik,impulsivlik,şübhə mmeyillilik,emosional labillik,qapalılıq,aşağı özünüqiymətləndirmə və s.).
9. Valideynlərin ətrafdakılara və uşağa neqativ münasibəti
10. Sosial vərdişlərin aşağı səviyyədə olması
11. Valideynlərin psixi sağlamlığı
12. Valideynlərin alkoqolizm və narkomaniyaya aludə olması
13. Sağlamlıqla bağlı problemlər
14. Emosional kütlük və əqli gerilik
15.Valideynlik vərdişləri və hisslərinin inkişafdan qalması.
Uşağın aqressiv davranışı,tez-tez ağlamsı və s. kimi hallar da ailədə disstressin və uşağa qarşı zorakılıq ehtimalının təzahürlərini artıran amilləridir.Qeyd etmək lazımdır ki, “çətin”, “mürəkkəb davranışlı”, uşaqlar adətən evdə və məktəbdə daha çox zorakılığın qurbanı olurlar.Beləliklə, uşağa qarşı zorakılığa həm sosial-mədəni,həm də psixoloji konteksdən yanaşmaq lazım gəlir.
Emosional depressiya şəraitində böyüyən uşaqlar çox vaxt mühitin qurbanı olurlar.Psixoloqların fikrincə uşağa qarşı münasibətdə aşağıdakı hərəkətlər emosional zorakılıq hərəkətləri sayılır:
Uşağın normal sosial ünsiyyətdən təcrid edilməsi
Uşağın qarşılaşdığı problemin həllindən imtina etmə
“Qadağanlarla alver” (məsələn,uşaq müəyyən edilmiş vaxtda dərslərini oxumamışsa,onun müəyyən müddət gəzməyə getməkdən və ya televizora baxmaqdan məhrum edilməsi).
Uşağın təhqir edilməsi
Uşağın dəfələrlə təhqir edilməsi vasitəsilə onda qorxu hisslərinin yaradılması
Daim qorxu və hədə altında saxlaması
Cəza ilə qorxutma
Uşağın fiziki və emosional şəraitdə tərbiyəsi şəxsiyyətin deformasiyasına gətirib çıxarır.Daim zorakılığa məruz qalan uşaqda valideynlərinin onu sevmədikləri haqqında rəy formalaşır,arzuolunmaz adam olduğu qənaəti yaranır,o,daim utancaqlıq və günah hissi ilə yaşayır,sanki dünyaya gəldiyinə peşman olur.
Beləliklə,emosional zorakılığın qurbanına çevrilmiş uşağa elə gəlir ki,o,hamı üçün pis və əhəmiyyətsiz bir adamdır.Uşağa qarşı psixoloji zorakılıq onun potensial qabiliyyətlərinininkişafının ləngidilməsinə və ya zərər vurulmasına dair hərəkətləridir.
Dostları ilə paylaş: |