Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim



Yüklə 147,85 Kb.
səhifə107/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   103   104   105   106   107   108   109   110   ...   117
Ailədə tərbiyə işinin modelləri

Aydındır ki, uşağın normal psixi inkişafı onun şəxsiyyətinin normal formalaşması əhəmiyyətli dərəcədə ailə tərbiyyəsi üslubundan asılıdır. Psixoloqlar belə hesab edirlər ki, uşağın şəxsiyyətinin inkişafında valideynlərin uşağa münasibəti və nəzarətin xarekteri ən mühüm amillər kimi nəzərdən keçirilə bilər. Bu baxımdan valideynlər 3 əsas qrupa ayrılır: demoqratik, avtoritarliberal valideynlər.

Demoqratik tərbiyyə üslubu ailədə uşağa qarşı münasibətdə fəal əməkdaşlığa əsaslanır. Demoqratik valideynlər ailədə öz uşaqlarına sərbəstlik verir, onların şəxsiyyətinə hörmət bəsləyir, isti münasibət göstərirlər. Onlar uşaqlara qarşı tətbiq edilən cəzalarından maksimum dərəcədə uzaq olmağa çalışırlar. Belə ailələrdə böyüyən uşaqlarda başqa adamlarla əməkdaşlıq etmək qabiliyyətləri yüksək səviyyədə inkişaf edir, onların başqa adamlarla münasibətlər qurmaqda ünsiyyət çətinlikləri olmur.

Müasir cəmiyyətdə avtoritar tərbiyyə üslubunun hökm sürdüyü ailələrə daha çox təsadüf olunur. Avtoritar valideynlər uşaqlardan onların tərbiyyələrini sözsüz və qeyri-şərtsiz, qeyri-məntiqi olaraq qəbul edilməsini, qayda-qanuna tam əməl edilməsini, ailə ənənlərinə və valideynlərin nüfuzuna tabe olmalarını tələb edirlər. Qeyd etmək lazımdır ki, avtoritar tərbiyyə ciddi surətdə məcburi intizama yönəlmiş tərbiyyədir.

Belə ailələrdə avtoritar tərbiyyə üsulları eyni vaxtda valideynlərin uşaqlara qarşı soyuq münasibəti ilə çulğalaşdıqda, uşaqlarda aqressivliyə və konfilktlərə cəhd daha tez-tez müşahidə olunur.

Psixoloqlar liberal tərbiyyə üslubuna malik olan valideynləri xüsusi olaraq fərqləndirməklə yanaşı, belə tərbiyyə üslubunun da zərərli olduğu qənaətinə gəlmişlər. Uşaqlara qarşı laqeyd və etinasız olan valideynlər evladlarına heç bir isti nəfəs, lazimi diqqət , qayğı və nəzarət göstərmədiyindən, onlar necə deyərlər, “özbaşına” böyüyürlər.

Uşaqların ailə tərbiyyəsi işində valideynlərin qarşılaşdığı əsas çətinliklər yeniyetmələrin böyüdüyü ailələrdə özünü büruzə verir. Tərslik, hövsələsizlik, sözəbaxmamazlıq və kobudluq <çətin> yeniyetmə yaşlı dövrünün tipik xüsusiyyətləridir. Yeniyetmələrin bu cür davranışı öz-özlüyündə təbii olaraq meydana gələn yaş böhranının simptomlarıdır.

Valideyn yeniyetmə övladı ilə münasibətdə hər şeydən əvvəl psixoloji məsafəni gozləməli, “uz açmamalı” , “pərdə saxlamağı ” bacarmalıdır. Övladı ilə münasibətdə optimal məsafəni tapan valideynlər xeyirxah məsləhətçi olmaqla yanaşı, eyni zamanda öz nüfuzlarını qoruyub saxlıyaraq tələblərin yerinə yetirilməsinə nail olmağı bacarırlar.

Müasir ailə tərbiyyəsi psixologiyasında optimal valideyn mövqeyi haqqında təsəvvürlər yayılmaqdadır. Uşaqların tərbiyyəsində valideynlərin mövqeyi o halda optimal hesab edilə bilər ki, onlar uşağı naşa düşsün ona isti münasibət göstərsin, onu obyektiv qiymətləndirsin və tərbiyyə işini bu qiymətləndirməyə adekvat qurmağı bacarsın.

Fiziki cəza alan uşaqda cəza verən qarşısında qorxu əmələ gəlir. Onun yanında özünü ədəbli olarsa da, ətrafındakılara qarşı münasibətdə etinasız və saymaz olur. Uşaq üçün ən böyük cəza onun hərəkətinə görə valideynlərin qəmgin və məyus görünmələridir.




Yüklə 147,85 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin