Əmrahlı L.Ş. Məktəb psixoloqu. Metodik vəsait. Bakı, 2014.
Məmmədov İ.Ə. Məktəb psixoloqunun məlumat kitabı.B.,2003
Ailənin əsas funksiyaları
Ailənin həyat tərzi sosial-bioloji, təsərrüfat-iqtisadi, mənəvi, pisxoloji və demoqrafik olmaqla çoxcəhətli münasibətlərdə səciyyələnir. Ailə cəmiyyətdə və insana münasibət baxımından çox mühüm ictimai cəhətdən əhəmiyyətli funksiyaları yərinə yetirir.
Cəmiyyətə münasibətdə ailənin əsas funksiyalari aşağıdakılardır:
-fiziki baxımdan əhalinin təkrar istehsalı
-tərbiyə edici funksiya
-istehsalat-təsərrüfat funksiyası
-asudə vaxtın təşkili və ya reproduktiv funksiya
-ər arvadlıq funksiyası
-valdeyinlik funksiyası
-məişətin təşkili funksiyası
Müasir ailələr bir çox cəhətdən öz inkişafı və qarşılıqlı əlaqələr baxımından bəzi xarakterik cəhətlərə malikdir.
-Şəhər və kənd ailələrinin sosial ukladının müxtəlifliyi;
Kənd ailələrində böyüyən uşaqlar daim öz üzərilərində həmkəndlilərinin ciddi nəzarətini hiss etdiyi halda, böyük şəhərlərdə uşaqlar üzərində yaşlıların belə nəzarəti prakrtik olaraq mövcud deyildir.
-Valideyinlərin təhsil səviyyəsi ilə uşaqların təlim göstəriciləri arasında birbaşa aslılıq mövcutdur. Valideynlərin təhsil səviyyəsi nə qədər yüksəkdirsə, onların uşaqları məktəbdə adətən daha müvəffəq qiymətlərlə oxuyurlar.
-Cəmiyyətdə baş verən təbəqələşmə ayrı-ayrı sosial qurupların maddi həyat səviyyəsində kəskin fərqlərin yaranmasina səbəb olur ki bu da uşaqlarla valideyinlər arasinda qarşılıqlı münasibətlərin xarakterinə öz mənfi təsirini göstərir.
-Muasir ailələrin çoxu nuklear tipli (ata- ana və uşaqlar) olduğuna görə belə ailələrdə valdeyinlər uşaqların tərbiyəsi ailə problemlərinin həllində bağçaya və məktəbə aparılmasında çətinliklərlə qarşılaşırlar.
-Ailə üzvlərinin doğum göstəriciləri hesabına azalması həm şəhər həmdə kənd ailələrində müşahidə olunan əsas demoqrafik problemdir. Bunun da səbəbləri çoxcəhətli və mürəkkəbdir; valideynlərin işləməsi, qadının-ananın qayğılarının çoxluğu, valideynlərin özü üçün yaşamaq və s. kimi eqoistik meylləri.
-Boşanma hallarının artması. Psixoloq və sosioloqların fikrincə boşanma bütün hallarda uşağın psixikasına sarsıdıcı zərbə vurur. Statistik məlumatlara görə boşanma hallarının 90%-ə qədəri evliliyin ilk 3 ilinə qədərdə baş verir.
-Təkuşaqlı ailələrin sayının artması. Təkuşaqlı ailə uşağı ünsiyyət baxımından böyük çətinlik qarşısında qoyur. Belə uşaqlar böyük bacı və qardaş himayəsindən məhrumdurlar. Belə uşaqlarda infantil əlamətlər, eqoizm, kollektivçilik hisslərinin olmaması özünü göstərir.
Dostları ilə paylaş: |