Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim


Yetim və valideyn himayəsindən məhrum edilmiş uşaqlara psixoloji yardımın təşkili məsələləri



Yüklə 147,85 Kb.
səhifə109/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   105   106   107   108   109   110   111   112   ...   117
4. Yetim və valideyn himayəsindən məhrum edilmiş uşaqlara psixoloji yardımın təşkili məsələləri

Uşağın yetimliyi cəmiyyətin ağır sosial problemlərindən biridir.Ailədə boşanma və ya valideynlərin vaxtsız ölümü kiçik yaşlardan uşaqların yetimliyinə səbəb olan əsas amil hesab olunur.Yetimlik uşağın fiziki,psixi o cümlədən emosional inkişafına mənfi təsir göstərir.Valideyn qayğısının və emosional yaxınlığın itməsinə səbəb olan yetimlik uşağın fiziki –maddi və emosional tələbatlarının təmin olunmasında çətinliklər yaradır.

Çağalıq və körpəlik dövründə emosional baxımdan pis rəftar edilmiş uşaqda ziddiyyətli istəklər baş qaldırır:bir tərəfdən o daim valideynlərlə birgə olmaq istəyir,digər tərəfdən bu yaxınlıqdan yaranacaq cəza onu qorxudur.Bu isə ailədə uşağa qarşı körpə yaşlarından fiziki və emosional-psixoloji zorakılığın başlandığına işarədir.Ayaq açıb yeriyən uşaqlar onlarla pis rəftar edildiyinə,daim haray-qışqırığa məruz qaldırlarına görə mümkün qədər valideynlərdən qaçmağa,onlardan uzaq olmağa çalışırlar.Belə uşaqlar daim qorxu içində olduqlarına görə bir yerdə donuq şəkildə oturur,təlaş içində ətrafda baş verə biləcək dava –haraydan ehtiyatlanırlar.

Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üç yaşınadək uşaq evlərində,sonralar isə internat tipli müəssisələrdə tərbiyə olunurlar.Fiziki və psixi cəhətdən sağlam uşaqlarla yanaşı,psixi və fiziki cəhətdən qüsurlu uşaqlar üçün də,ayrıca xüsusi tipli internat məktəbləri də mövcuddur.

Uşaq evlərində və internat tipli məktəblərdə böyüyən uşaqlar üçün psixi deprivasiya halları-həyati vacib tələbatların təmin edilməsi imkanlarından məhrum olma və ya onların məhdudluğu halı səciyyəvidir.Deprivasiyanın depressiya,qorxu ,həyəcanlılıq,intellektual dalğınlıq kimi sindromlarına yetim uşaqlarda daha çox təsadüf olunur.XX əsrdə qapalı uşaq müəssisələrinin genişlənməsi ilə əlaqədar olaraq öz həlini tapmış oldu.Bu fenomen ilk dəfə sistemli şəkildə R.Şpits tərəfindən təhlil edilmiş və o bunu, “Qospitalizm” fenomeni adlandırmışdır.R.Şpitsin kəşfinin mahiyyəti ondan ibarətdir ki,qapalı uşaq müəssisələrində uşaqlar yalnız pis qidalanma,tibbi xidmətdən və belə müəssisələrin spesifik şəraitindən deyil,,həmdə yoxsul stimul səbəbindən əzab çəkirlər.

“Qospitalizm” fenomeninin təsiri uşağın həyatının hansı mərhələsində daha böyükdür? Psixoloji tədqiqatların nəticələri sübut edir ki,anasız tərbiyə edilən körpələr ana qayğısızlığından və ana ilə emosional əlaqələrin olmamasından əzab çəkirlər.Burada patogen amillər sırasında yoxsul xarici mühit amilinin də rolu ön plana çəkilir.

Psixoloji tədqiqatlar sübut etmişdir ki,hətta tərbiyəçi və pedaqoqların fədakarlığına,yaxşı qulluğuna ,səbrli və qayğıkeş davranışına baxmayaraq ,belə mühitdə böyüyən uşaqlarda həyatın sonunadək aldıqları psixi və sosial-mənəvi zərbənin izləri aradan qalxmır.Onların gözlərində kədər və qəmginliyin acı təsiri qalmaqda davam edir.Yaxşı təlim-tərbiyə mühitində yetim uşaqlarda intellektual sahənin inkişafında müəyyən nəticələr əldə edilsə də,şəxsiyyətin və başqa adamlarla ünsiyyət bacarıqlarının formalaşmasında ciddi qüsurlar özünü göstərir.Uşaq evlərində böyüyən uşaqların üzlərində və hərəkətlərində başqa adamlarla ünsiyyət zamanı zəhlətökənlik,təngə gətirmə,acgözlük və məhəbbət,qayğı və diqqətə olan tələbatıların şiddəti duyulur.


Yüklə 147,85 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin