Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim


Əmrahlı L.Ş. Psixoloji xidmətin əsasları. B., 2008



Yüklə 147,85 Kb.
səhifə21/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   17   18   19   20   21   22   23   24   ...   117
Əmrahlı L.Ş. Psixoloji xidmətin əsasları. B., 2008.

  • Əmrahlı L.Ş.Uşaqların məktəbə hazırlığının psixoloji məsələləri.B.,2006.

  • Qədirova R.H., Babayeva T.T. Psixologiya praktikumu. (metodik vəsait) B.,2004.

  • Həmzəyev M.Ə. Pedaqoji psixologiya. B.,1991. Mehrabov A., Abbasov Ə., Zeynalov Z., Həsənov R. Pedaqoji texnologiyalar.B, 2006.

  • Psixologiya. Prof.S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə. Bakı, 2007.

  • Əmrahlı L.Ş. Məktəb psixoloqu. Metodik vəsait. Bakı, 2014.

  • Məmmədov İ.Ə. Məktəb psixoloqunun məlumat kitabı.B.,2003

    Azərbaycanda psixologiya elminin inkişafı ötən əsrin 20–ci illərindən başlayaraq respublikada ilk ali təhsil müəssisələrinin açılması ilə sıx bağlıdır. 1919– cu ildə respublikada ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti, 1921–ci ildə isə ilk Pedaqoji İnstitut fəaliyyətə başlamışdır. Həmin ali məktəblərdə pedaqogika və psixologiya kafedraları və ilk psixologiya laboratoriyaları yaradılmışdır. Respublikada ilk psixologiya laboratoriyası görkəmli psixoloq F. İbrahimbəyovun rəhbərliyi ilə 1926 – cı ildə Bakı Dövlət Universitetində təşkil olunmuş və burada xronoskop, taxitoskop, vizual adaptometr, audometr, erqoqraf və s. kimi psixoloji cihazlar quraşdırılmışdır.

    Respublikamızda psixologiyanın bir elm kimi inkişafı ötən əsrin 20– 30– cu illərindən başlamışdır və o dövrdə milli psixoloq kadrlar yox idi. Ona görə də, yeni açılmış ali məktəblərdə psixologiyanı rus alimləri, azərbaycanlı filosof, pedaqoq və nevropotoloqlar tədris edirdi. Onların sırasında A. O. Makovelski, Ə. K. Zəküzadə, F. Ə. İbrahimbəyov, H. B. Şaxtaxtinski, S. N. Hacıyev, V. İ. Mustafayev və başqalarının xidmətləri xüsusilə qeyd olunmalıdır.

    1957–ci ildə Azərbaycan alimləri ilk dəfə olaraq “Pedaqogika və psixologiya terminləri” adlı lüğət hazırlayaraq çap etdirdilər. Qeyd etmək lazımdır ki, respublikamızda məktəbəqədər yaşlı uşaqların psixoloji xüsusiyyətlərinə aid ilk eksperimental əsər 1949 – cu ildə azərbaycanlı psixoloq qadın M. N. Mustafayeva tərəfindən yazılmışdır. “Böyük bağça yaşlı azərbaycanlı uşaqlarda söz ehtiyatının inkişafı” adlanan həmin əsər müəllifin dissertasiya tədqiqatının yekunu idi.

    1960–1980– ci illərdə yaş və pedaqoji psixologoya sahəsində aparılan tədqiqatların əsas ağırlıq mərkəzi məhz onların çiyinlərində olmuşdur. Bütün bunların nəticəsidir ki, həmin illərdə Azərbaycanda bir sıra orijinal dərsliklər və dərs vəsaitləri, monoqrafiya və kitablar yazılıb çap edilmişdir. Onların sırasında Ş. S. Ağayevin “Uşaq psixologiyası məsələləri” (B., 1966), “Əmək, tərbiyə və inkişaf” (B., 1967), M. Ə. Həmzəyevin “Ailədə uşaqların oyunlarına rəhbərlik” (B.1965), Ə. Ə. Əlizadənin “Uşaqlarda diqqətin tərbiyə edilməsi” (B., 1963), “Yoldaşlıq və dostluq tərbiyəsi” (B., 1964), Ə. S. Bayramovun “Şagirdlərdə təfəkkürün inkişafı” (B., 1962), Z. M. Mehdizadənin “Uşaqlarda təfəkkür və nitqin inkişafı” (B., 1966) kitablarını və s.göstərmək olar.

    Ötən əsrin 80 – ci illərinin sonunda təhsil sistemində psixoloji xidmətin təşkili dövrü başlandı. Praktik psixoloqların hazırlığı məqsədilə kursların açılması məsələsi qətiyyətlə qoyuldu. Bu kurslarda hazırlıq işi müxtəlif istiqamətdə aparılırdı. Bu nöqteyi nəzərdən aşağıdakı məsələlər xüsusi məna kəsb edirdi:



    1. kursun tədris planının işlənməsi;

    2. Bakı şəhərinin qabaqcıl müəllimləri arasından dinləyicilərin seçilməsi;

    3. mühazirə və seminarların aparılması üçün təcrübəli psixoloqların seçilməsi.

    Praktik psixoloqlar hazırlayan bu kursun tədris planının hazırlanmasında praktik psixoloqun peşə fəaliyyəti xüsusiyyətləri aydın göstərilmiş “Əsasnamə”nin tələblərinə istiqamətləndirilmişdi. Praktik psixoloqların hazırlığına aid proqramın məzmunu 1984 – cü ildə çap olunmuş “Əsasnamə”nun layihəsində bu kadrların iki il ərzində hazırlığı nəzərdə tutulmuşdu, lakin Bakı məktəblərinin ixtisaslı praktik psixoloqlarla təminedilmə tələbatı isə qısa müddət tələb edirdi. Kadr qıtlığı şəraitində ən optimal çıxış yolu altıaylıq təkmilləşmə kursları yaratmaq idi. Altıaylıq kursların tədris planına “Əsasnamə”də nəzərdə tutulmuş fənlər – ümumi psixologiya, yaş psixologiyası, pedaqoji psixologiya, sosial psixologiya, psixodiaqnostika və psixokorreksiyanın əsasları və s.daxil edilmişdir.

    Azərbaycan Respublikasının təhsil sistemində psixoloji xidmətin təşkilinə təxminən 20 bundan əvvəl başlanmışdır. 1988 – ci ildə SSRİ PEA – nın Elmi – Tədqiqat Ümumi və Pedaqoji Psixologiya İnstitutu tərəfindən hazırlanmış və İ. V. Dubrovinanın redaktorluğu ilə 1989 – cu ildə nəşr edilmiş “Xalq Təhsili Sistemində Psixoloji Xidmət haqqında” Əsasnamə 1990 – cı ildə Azərbaycan dilinə tərcümə edilərək Respublikanın təhsil müəssisələrinə çatdırılmışdır. Həmin “Əsasnamə” ikinci dəfə 1999 – cu ildə təkrarən nəşr olunmuşdur. “Əsasnamə” 6 bölmədən ibarətdir. “Ümumi müddəalar” adlanan birinci bölmədə qeyd olunmuşdur ki, məktəb psixoloji xidməti təhsil sisteminin zəruri tərkib hissəsidir. Psixoloji xidmət məktəbin təlim – tərbiyə işlərinin səmərəliliyinin yüksəldilməsinə və sosial cəhətdən fəal şəxsiyyətin formalaşmasına imkan yaradır. Burada təhsil sistemində psixoloji xidmət işi üç əsas vəsildən ibarət olan bütöv bir sistemi əks etdirir:



    • təlim – tərbiyə müəssisəsində işləyən praktik uşaq psixoloqu;

    • rayon, şəhər təhsil şöbəsi və idarələrin psixoloji kabineti;

    • respublika üzrə təhsilin psixoloji xidmət mərkəzi.

    Psixoloji xidmət işi öz mahiyyətinə görə tibbi və defektoloji xidmət növləri ilə sıx bağlıdır. Psixoloq öz fəaliyyətini uşağa hamilik və qəyyumluq orqanlarının, ictimai təşkilatların rəyi və mənafeyi ilə uzlaşdırmağı bacarmalı, həmin müəssisələrlə qarşılıqlı münasibətlərini bərabərlik və mövqelərin bir – birini qarşılıqlı surətdə tamamlaması əsasında qurmalıdır.

    Təhsil sistemində praktik psixoloji xidmətin həyata keçirilməsi “Əsasnamə”də 4 əsas istiqaməti əhatə edir:



    1. Psixoprofilaktik iş;

    2. Psixodiaqnostik iş;

    3. İnkişafetdirici və psixokorreksiya işi;

    4. Konsultativ iş.

    “Əsasnamə”də psixoprofilaktik işlər psixoloji xidmət sisteminin ən başlıca istiqamətlərindən biri kimi qiymətləndirilir. Psixoprofilaktik işlərin vəzifələri pedaqoqlarda və uşaqlarda psixoloji biliklərə tələbat, onlarda özünüinkişaf naminə həmin biliklərdən istifadə etmək arzusu formalaşdırmaq, hər bir yaş mərhələsində uşağın hərtərəfli psixi inkişafı üçün şərait yaratmaq, şəxsiyyətin və intellektin təşəkkülü prosesində baş verə biləcək pozğuntuların vaxtında qarşısını almaq zərurəti ilə müəyyən olunur.

    Praktik psixoloqun fəaliyyətinin ən mühüm, həm də mürəkkəb sahələrindən biri psixodiaqnostik iş adlanır. “Əsasnamə”də psixodiaqnostika üzrə aparılan işlərin sistemi verilmiş, bu istiqamətdə aparılacaq işlərin qarşısında konkret olaraq aşağıdakı vəzifələr qoyulmuşdur:


  • 1   ...   17   18   19   20   21   22   23   24   ...   117




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin