Lev Tolstoy



Yüklə 186,99 Kb.
səhifə2/5
tarix20.01.2017
ölçüsü186,99 Kb.
#833
1   2   3   4   5

Insanı heyvandan fərqləndirən ən yüksək qabiliyyətə, yəni dini şüur qabiliyyətinə, malik olan insanlar hər zaman dini elə bu cür başa düşüblər. Reriligio (reliqare – bağlamaq) sözündən əmələ gələn elə din sözünün özünün ən qədim və adi tərifi ondan ibarətdir ki, din insanın Allahla əlaqəsidir. Vovenaqr deyir – Les obligations de l’homme envers Dieu voila la religion. Insanın Allahdan öz asılılığını dərk etməyini dinin əsası kimi qəbul edərək, Şleyenmaxer və Feyerbax da dinə bu mənanı verirlər. La religionest une affaire entre chaque homme et Dieu(Beile.2.) La religion est le resultat des besoins de l’ame et des effets de l’ intelligence.(B.Constant.3.)


1.[İnsanın Allaha münasibətdə öhdəlikləri – din deməkdir.]

2.[Din insanla Allah arasında olan şəxsi münasibətdir.(Beyl).]

3.[Din ruhun ehtiyacının(tələbatının) və dərrakənin təzahürünün(ifadəsinin)

nəticəsidir.(B.Konstant).]



Din insanın, özünü asılı hesab etdiyi, insan qüvvəsi xaricində olan, fövqəlbəşəri və əsrarənqiz qüvvələrə qarşı münasıbətini məlum tərzdə həyata keçirilməsidir.(Qoblet d Alviella).

Din, insanın dünya və özü üzərində hakimiyyətini qəbul etdiyi və özünün ona balğlı olduğunu hiss etdiyi, sirli ruhla insan ruhunun əlaqəsi vasitəsi ilə, insan həyatının müəyyən edilməsidir.(A.Reville).

Belə ki, dinin mahiyyəti, ən yüksək insan xüsusiyyətindən məhrum olmayan insanlar tərəfindən, hər zaman olduğu kimi indi də, insanın öz üzərində hakimiyyətini hiss etdiyi, sonsuz varlıq yaxud varlıqlarla öz əlaqələrini qurmaq kimi başa düşülüb və düşülür. Bu əlaqələr, müxtəlif zamanlarda və müxtəlif xalqlar üçün nə qədər fərqli olsalarda, hər zaman insanlara onların həyatda olan(boyunlarına düşüən) vəzifələrini və bu vəzifələrdən, təbii olaraq, doğan fəaliyyətləri üçün əsaslanmalar müəyyən edirdi. Yahudi sonsuzluqla öz əlaqələrini belə başa düşrdü ki, o bütün xalqlar içindən Allah tərəfindən seçilmiş bir xalqın nümayəndəsidir və buna görə o Allah qarşısında Allahla onun xalqı arasında bağlanmış şərtlərə əməl etməlidir. Yunan öz əlaqələrini belə başa düşürdü ki, o sonsuzluğun nümayəndələri – allahlardan asılı olduğu üçün, onlara zövq verən əməllər etməlidir. Brəhmən sonsuz Brəhmə ilə öz əlaqələrini belə başa düşürdü ki, o bu Brəhmənin təzahürüdür və tərkidünya həyatı sürməklə bu ali varlıqla qovuşmağa can atmalıdır. Buddist, hər zaman, sonsuzluqla öz münasibətlərini elə başa düşürdü və başa düşür ki, o bir həyat formasından digərinə keçərək mütləq iztirab çəkir, iztirablar isə arzu və ehtiraslardan doğur və buna görə o bütün arzu və ehtirasların məhvinə və nirvanaya keçməyə can atmalıdır. Hər bir din insanın, özünü bilavasıtə əlaqədə olduğunu hiss etdiyi və fəaliyyətində rəhbər tutduğu, sonsuz mövcudiyyətə qarşı münasibətini müəyyən etməkdir. Buna görə, əgər din insanın sonsuzluğa qarşı münüsibətini müəyyən etmirsə, məsələn, bütpərəstlik və cadugərlik kimi – onda artıq bu din yox yalnız onun tənəzzülə uğrayaraq ebəcər şəkildə çevrilməsidir(вырождение). Əgər din insanın Allaha qarşı münasibətini müəyyən etməsinə baxmayaraq, bunu insanların məntiq və müasir biliklərinə uyğun olmayan fikir və müddəalarla (ifadə edərək) müəyyən edir, belə ki, insan bu fikir və müddəalara inana bilmir, onda elə bu da din yox onun bənzəridir. Əgər din insan həyatını sonsuz mövcudiyyətlə əlaqələndirmirsə, onda bu da din deyil. Həmçinin, insan həyatına müəyyən istiqamət verməyən müddəalara inanmaq tələbi də din deyil. Eləcədə, Kontun pozitivizmini də din adlandırmaq olmaz,çünki o insanın sonsuzluğa qarşı deyil, yalnız bəşəriyyətə qarşı münasibətini müəyyən edir və bu münasibətdən,təmamilə əsassız olaraq, özünün çox yüksək, lakin heçnəyə əsaslanmayan əxlaq tələblərini müəyyən edir. Belə ki, ən savadlı kontçu, Allaha inanan – hər necə olursa olsun, lakin yalnız sonsuz Allaha inanan – və bu inam üzərində öz həyatını quran ən sadə insandan dini cəhətdən müqayisə edilməz dərəcədə aşağıda durur. Kontçuların “grand etre” haqda fikir və düşüncələrinə gəldikdə isə, onlar Allaha inamı təşkil etmirlər və onu əvəz edə bilməzlər.



Həqiqi din insan tərəfindən onu əhatə edən həyatla qurulan və insan dərrakəsi və biliklərinə uyğun olan elə bir münasibətdir ki, bu münasibət insan həyatını bu sonsuzluqla bağlayır və onun(insanın) əməllərinə rəhbərlik edir.
IV
Ona baxmayaraq ki, heç yerdə və heç zaman insanlar dinsiz yaşamayıb və yaşamırlar, bizim dövrün elm adamları, qara ciyərin sol tərəfdə olduğunu inandırmağa çalışan təsadüfi molyer həkimi kimi: nous avons change tout cela ( biz bunların hamsını dəyişdirmişik) və dinsiz yaşamaq olar və lazımdır deyirlər. Lakin din, hər zaman olduğu kimi, indidə insan cəmiyyətlərinin həyatlarının hərəkətverici qüvvəsi, ürəyidir və onsuz, ürəksiz olduğu kimi, mənalı həyat ola bilməz. Hər zaman olduğu kimi indi də çoxlu sayda müxtəlif dinlər müvcuddur, çünki insanın sonsuza, Allaha yaxud allahlara olan münasibətinin ifadə edilməsi müxtəlif xalqların inkişaf dərəcəsi və zaman baxımından müxtəlifdir, lakin insanlar dərrakəli varlıq kimi meydana gəlıdikləri gündən, heç zaman heç bir insan cəmiyyəti dinsiz yaşaya bilmirdi və ona görə yaşamırdı və indi də yaşaya bilməz.

Düzdür, xalqların həyatında elə dövrlər olurdu və olur ki, mövcud din o dərəcə təhrif olunur və həyatdan geri qalırdı ki, artıq onu idarə edə bilmirdi. Lakin hər bir dində müəyyən zaman baş verən, onun insan həyatına təsirinin zəifləyərək dayanması, müvəqqəti olurdu. Dinlər, hər bir canlı kimi, doğulmaq, inkişaf etmək, qocalmaq, ölmək, yenidən canlanmaq və hər zaman əvvəlkindən daha mükəmməl formada canlanmaq xüsusiyyətinə malikdirlər. Dinin ən yüksək inkişaf dövründən sonra hər zaman onun zəifləmə və durğunluq dövrü gəlir və ondan sonra, adətən, canlanma, dirçəliş və əvvəlkindən daha məntiqli və aydın dini təlimin bərqərar olunma dövrü gəlir. Belə inkişaf, durğunluq və canlanma dövrləri bütün dinlərdə olmuşdur: dərinfikirli brəhmən dinində də - o qocaldıqda və durğunlaşaraq öz əsas mənasından yayınıb birdəfəlik müəyyən olunmuş kobud formalarda donub qaldıqda – bir tərəfdən, brəhmənçılığın dirçəlməsi, digər tərəfdən isə, - bəşəriyyətin sonsuzluqla olan münasibətinə dair öz anlayışını irəli aparan, buddizmin yüksək(dərin) təlimi meydana çıxdı. Eyni tənəzzül yunan və roma dinləri ilə də baş vermişdi və eyni ilə ən yüksək dərəcəyə çatmış tənəzzüldən sonra xristianlıq meydana gəldi. Eyni hal Bizansda bütpərəstlik və çoxallahlığa çevrilmiş kilsə xristianlığı ilə də baş vermişdi, burada da bu dönük xristianlığa zidd olaraq, bir tərəfdən pavlikanlıq, digər tərəfdən isə - üç üqnum (xristian dinində: üç sifətdə(ipostasda) birləşmiş Allah) və Allahın təliminə etiraz olaraq – özünün əsas ehkamı olan təkallahlıq ideyası ilə sərt islam dini meydana çıxdı. Eyni hall reformasiyaya səbəb olan orta əsr papa xristianlığı ilə də baş verdi. Belə ki, insanların böyük əksəriyyətinə təsiri baxımından dinlərin zəifləmə dövrləri, bütün dini təlimlərin ömür və inkişafının ən zəruri şərtlərindən birini təşkil edirlər. Bu ona görə baş verir ki, hər bir dini təlim, nə qədər kobud olursa olsun, özünün həqiqi mənasında – hər zaman, bütün insanlar üçün eyni olan, insanın sonsuzluğa qarşı münasibətini müəyyən edir. Hər bir din insanı sonsuzluq qarşısında eyni dərəcə aciz hesab edir və buna görə hər bir din hər zaman bütün insanların Allah adlandırdığı varlıq qarşısında bərabərlik anlayışını özündə əks edir, istər bu varlıq şimşək, istər külək, ağac, heyvan, qəhraman, istərsədə romada olduğu kimi vəfat etmiş yaxud hətta sağ olan çar olsun. Belə ki, insanların bərabərliyinin qəbul edilməsi, hər bir dinin ən vacib, ən əsas xüsusiyyətidir. Lakin əslində insanlar arasında heç zaman və heç yerdə bərabərlik lmadığından hər zaman bütün insanların bərabərliyini qəbul edərək özündə əks etdirən yeni dini təlim meydana çıxan kimi, dərhal, o insanlar ki, kimə bu bərabərlik sərf etmirdi, dini təlimin özünü təhrif edərək onun bu əsas xüsusiyyətini gizlətməyə çalışırdılar. Hər zaman və hər yerdə yeni dini təlim meydana çıxan kimi, belə edilirdi. Əksər hallarda bu düşünülmüş şəkildə və yalnız ona görə edilirdi ki, o insanlar kimə ki bərabərlik sərf etmirdi, yəni hakimiyyətdə olan, zəngin insanlar, öz vəziyyətlərini dəyişməyərək qəbul olunmuş təlim qarşısında özlərini haqlı hiss etmək üçün, dini təlimə bütün vasitələrlə elə bir məna vermək istəyirdilər ki, onun nəticəsində bərabərsizlik mümkün olsun. Başqaları üzərində hökmranlıq edən insanlar özlərini haqlı hesab etmək üçün təhrif etdikləri dini təlimi, təbii ki, insan kütlələrinə ötürürdülər və bu insanlara onu təlqin edirdilər ki, onların hökmranlıq edənlərə itaət etmələri, etiqad etdikləri dini təlimin tələbidir.
V
Hər bir insan fəaliyyəti üç vadaredici səbəb nəticəsində baş verir: hiss(lər), dərrakə və, həkimlər gipnoz adlandırdıqları, təlqin hissi. Bəzən insan istədiyi şeyə nail olmağa çalışaraq, yalnız hissin təsiri altında hərəkət edir; bəzən o yalnız ona nə etməli olduğunu göstərən dərrakənin təsiri altında hərəkət edir; bəzən və əksər hallarda insan özünün yaxud başqa insanların ona məlum fəaliyyəti təlqin etdikləri üçün, düşünmədən bu təlqinə tabe olur və hərəkət edir. Adi həyat şəraitində hər üç qüvvə insan fəaliyyətində iştirak edir. Hiss insanı məlum fəaliyyətə şövq edir, dərrakə bu fəaliyyətin ətraf mühitə, keçmişə və ehtimal edilən gələcəyə uyğun olduğunu müəyyən edir və təlqin insanı, hiss etməyərək və düşünməyərək, hiss doğurduğu və dərrakə təqdir etdiyi əməlləri icra etməyə məcbur edir. Əgər hiss olmasa idi, insan heç bir işə başlamazdır; əgər dərrakə olmasa idi, insan eyni zamanda bir-birinə zidd və özünə və başqalarına zərərli olan bir çox hisslərə qapılardı; əgər özünün və başqalarının təlqininə tabe olmaq qabiliyyəti olmasa idi, insan dayanmadan onu məlum fəaliyyətə şövq edən hissi keçirər və daima dərrakəsinin bütün gücünü bu hissin məqsədə uyğun olub-olmamasını yoxlamağa sərf edərdi. Buna görə hər üç hərəkətverici qüvvə hər bir hətta ən sadə insan fəaliyyəti üçün vacibdir. Əgər insan bir yerdən başqa yerə gedirsə, bu ona görə baş verir ki, hiss insanı bir yerdən başqa yerə keçməyə təhrik edib, dərrakə bu niyyəti bəyənib, icra üsulunu təyin edib(bu halda məlum yolla addımlama), bədən əzələləri tabe olublar və insan təyin edilmiş yolla gedir. Insan getdiyi zaman, onun hissi də, dərrakəsi də başqa fəaliyyət üçün azad buraxılırlar və bu hall, təlqinə tabe olmaq qabiliyyəti olmasa idi, mümkün olmazdır. Hər bir insan fəaliyyətində, o cümlədən onlardan ən vacibi olan dini fəaliyyətdə bu hall baş verir. Hiss insanın Allaha münasibətinin müəyyən edilməsi ehtiyacını doğurur; dərrakə bu münasibəti təyin edir; təlqin insanı bu münasibbətdən doğan fəaliyyətə şövq edir. Lakin bu yalnız o zaman baş verir ki, din hələ təhrifə uğramayıb. Təhrif başlayan kimi, təlqin getdikcə güclənir və hissin və dərrakənin fəaliyyəti dayanmadan zəifləyir. Təlqin üsulları isə hər zaman və hər yerdə eynidir. Bu üsullar ondan ibarətdirlər ki, insanın təlqinə daha çox həssas olduğu halından(uşaq yaşları, həyatın mühüm hadisələri – ölüm, doğum, izdivac) istifadə edərək, incəsənət əsərləri: memarlıq, heykəltəraşlıq, rəssamlıq, dramatik tamaşalar vasitəsi ilə ona təsir göstərmək və insanın belə həssas halında, bəzi insanlar üzərində yarıyuxulatma yolu ilə əldə olunan həssaslıq halına bənzər bir halda, təlqin edənlərə lazım olan şeyi ona təlqin etmək.

Bunu bütün qədim dinlərdə müşahidə etmək olar: müxtəlif məbədlərdə oxuma və ətirli tüstü müşayəti ilə sonsuz təsvirlərə kobut sitayişə çevrilmiş yüksək brəhmən təlimində; əzəmətli məbədlərdə təntənəli oxuma və yürüşlər müşayəti ilə Allaha sitayişə çevrilmiş, peyğəmbərlər tərəfindən vəz edilmiş, qədim yəhudi dinində də; özünün monastırları və Buddanın təsvirləri ilə, sonsuz sayda təntənəli ayinləri ilə sirli lamaizmə çevrilmiş uca buddizmdə də; cadugərlik və ovsunlamalara çevrilmiş taoizmdə də.



Hər zaman bütün dini təlimlərdə onlar təhrif edilməyə başlayanda, dini təlimlərin nəzarətçiləri bütün səylərini ona istifadə edirlər ki, insanları düşüncə və fəaliyyətlərinin zəifləmə vəziyyətinə gətirərək, onlara özlərinə lazım olan şeyləri təlqin etsinlər. Bütün dinlərdə isə, qocalan dinlər məruz qaldıqları bütün təhriflərin əsasını təşkil edən, eyni üç müddəanı təlqin etmək lazım idi. Birinci müddəa odur ki, xüsusi insanlar zümrəsi var ki, yalnız onlar Allah yaxud allahlarla insanlar arasında vasitəçi ola bilərlər; ikinci odur ki, Allah və insanlar arasında olan vasitəçilərin dediklərinin həqiqət olduğunu sübut və təstiq edən möcüzələr keçmişdə və hal-hazırda baş verir; və üçüncü odur ki, Allahın dəyişilməz iradəsini ifadə edən və buna görə müqəddəs və qüsursuz olan, ağızdan-ağıza keçən yaxud kitablarda yazılmış müəyyən sözlər var. Qipnoz təsiri altında bu müddəalar qəbul edilən kimi, Allah və insanlar arasında olan vasitəçilər dediklərinin hamısı müqəddəs həqiqət kimi qəbul edilir və dini təhrif etməyin əsas məqsədinə nail olunur – nəinki insanlar arasında bərabərlik qanunu gizlədilir, hətta görünməmiş bərabərsizlik, kastalara bölgü, insan və qoylara, mömin və kafirlərə, övliya və günahkarlara bölgü müəyyən edilir və təstiqlənir. Eyni hal xristianlıqda da baş verirdi və indi də baş verir: insanların öz aralarında tam bərabarsizliyi qəbul edildi – nəinki dini təlimi başa düşmək baxımından ruhanilər və xalqa, hətta, Pavel təliminin qəbul etdiyinə görə Allahın özü tərəfindən müəyyən edilmiş, ictimai mövqe baxımından hakimiyyətə malik və ona tabe olmalı insanlara bölgü.
VI
Başqa dinlərdə olduğu kimi, xristian kilsə dinində də nəinki ruhanilər və dünya əhli arasında, hətta varlılar və kasıblar, ağalar və qullar arasında insan bərabərsizliyi açıq-aydın və qəti formada müəyyən edildi. Halbuki, ibtidai vəziyyətinə dair bizdə olan məlumatlara əsasən, İncillərdə ifadə edilmiş təlimə əsasən, düşünmək olar ki, başqa dinlərdə istifadə edilən təhriflərin əsas üsulları qabaqcadan nəzərə alınmışdılar və onlara qarşı aydın şəkildə xəbərdarlıqlar edilmişdilər. Kahin silkinə qarşı açıq şəkildə deyilmişdir ki, heç bir insan başqasının müəllimi ola bilməz (özünüzü ata və müəllim adlandırmayın) kitablara müqəddəs məna verilməsinə qarşı deyilmişdir ki: _______________ (что важен дух, а не буква) və heç kim insanlar tərəfindən ötürülmüş rəvayətlərə inanmaq məcburiyyətində deyil və bütün qanun və peyğəmbərlər, yəni müqəddəs sayılan bütün dini kitablaryalnız bir şeyə öyrədirlər: başqası ilə elə rəftar et, necə ki istəyirsən səninlə rəftar etsinlər. Əgər möcüzələrə qarşı heçnə deyilmiyibsə və İncilin özündə guya İsa tərəfindən edilən möcüzələr təsvir ediliblər, bununla belə təlimin bütün ruhundan görünür ki, təlimin həqiqət olduğunu İsa möcüzələrlə deyil, təlimin özü ilə əsaslandırırdı (“ Kim mənim təlimimin həqiqət olduğunu bilmək istəyir, qoy mən dediyimi etsin”). Başlıcası isə o idi ki, xristianıq tərəfindən insanların bərabərliyi insanların sonsuzluğa qarşı münasibətlərinin nəticəsi kimi deyil, bütün insanların qardaşlığını özündə əks etdirən əsas təlim kimi elan edilmişdir, çünki bütün insanlar Tanrının evladları hesab edilirdi. Buna görə, düşünmək olar ki, xristianlığı elə təhrif etmək olmaz ki, nəticədə, insanların öz aralarında bərabər olmalarına dair düşüncə məhv olsun.

Lakin insan ağlı çox çevikdir – incildəki xəbərdarlıqları və bütün insanların bərabərliyinin açıq-aydın elan edilməsini etibarsız etmək üçün, bəlkədə şüursuz yaxud yarışüurlu olaraq (fransızlar truk adlandırdıqları) təmamilə yeni bir üsul düşünülmüşdür. Truk ondan ibarətdir ki, nəinki müəyyən yazıların, hətta kilsə adlandırılan müəyyən(məlum) insan toplusunun qüsursuzluğu müəyyən edilir və bu insan toplusuna bu qüsursuzluğu özləri tərəfindən seçilən insanlara ötürmək hüququ verilir.

Incilə kiçik bir əlavə düşünülür, yəni İsa, səmaya qalxarkən, nəinki müəyyən insanlara digərlərinə dini həqiqətləri öyrətmək müstəsna hüququ vərmişdir (İncilin ayəsinə görə bununla bərabər o ilanlara, müəyyən zəhərlərə, oda qarşı dözümlü olmaq qabiliyyətini də vermişdir, ona baxmayaraq ki, onlar bu hüquqdan adətən istifadə etmirlər), hətta insanlara qurtuluş verib verməmək və, ən əsası, bütün bunları başqa insanlara ötürmək hüququ vermişdir. Nəticədə, kilsə təsəvvürləri qəti şəkildə qanunlaşdırıldıqdan sonra, təhrifin qarşısını alan bütün İncil müddəaları etibarsız oldular, çünki kilsə dərrakədəndə, müqəddəs sayılan dini kitablardan da yüksəkdə idi. Insan düşüncəsi yanlış fikirlər mənbəyi hesab edildi, İncil isə sağlam düşüncə tələb etdiyi kimi deyil, kilsəni təşkil edən insanlar istədiyi kimi şərh edilməyə başladı.

Ona görə dinlərdə ənənə şəkli almış əvvəlki hər üç təhrif üsulu: kahinlik, möcüzələr və dini kitabələrin qüsursuzluğu xristianlıqda da tam şəkildə qəbul edildilər. Allah və insanlar arasında vasitəçilər olmasının qanuniliyi qəbul edilmişdir, çünki vasitəçilərin qanuniliyini və vacibliyini kilsə təstiq etmişdir; möcüzələrin həqiqiliyi qəbul edilmişdir, çünki qüsursuz kilsə onları təstiq edirdi; Bibliyanın müqəddəsliyi qəbul edilmişdir, çünki bunu kilsə qəbul edirdi.

Nəticədə, xristianlıqda, bütün başqa dinlər kimi, təhrif edildi, fərq yalnız onda idi ki, məhz ona görə ki, xristianlıq bütün insanların bərabərliyini onların Allah övladları olduqları üçün özünün əsas müddəası kimi xüsusi aydınlıqla elan etmişdir, onun bu əsas müddəasını gizlətmək üçün, bütün təlimi əsaslı sürətdə təhrif etmək lazım idi. Elə buda kilsə təliminin köməyi ilə edildi və heç bir başqa dini təlimdə görünməyən dərəcədə xristianlıqda həyata keçirildi. Həqiqətən, kilsə xristianlığı yaydığı, düşüncə və müasir biliklərə açıq aydın şəkildə zidd və bu dərəcə əxlaqsız müddəaları heç zaman heç bir din insanlara təlqin etmirdi. Hətta Əhdi-Ətiqin, işığın günəşdən əvvəl doğması, dünyanın 6000 il əvvəl yaranması, bütün heyvanların Nuh gəmisinə yerləşdirilməsi və müxtəlif əxlaqsız yaramazlıqları, məsələn, böyük əhalilərin və uşaqların Allahın əmri ilə öldürülməsi kimi, bütün cəfəngiyyatları nəzərə almasaq, hələ,Volter demişkən, hər cür ağlasığmaz dini təlimlər var və olub, lakin heç zaman elə bir təlim olmayıb ki, orada əsas dini ayin öz Allahını yeməkdən ibarət olsun, hətta bu ağlasığmaz ayini nəzərə almasaq, Allahın anasının – eyni zamanda ana və bakirə olması, səmanın açılması və oradan səs eşidilməsi, İsanın səmaya uçması və haradasa orada atasının yanında oturması, yaxud Allahın tək və üç olması və Brahma, Vişnu, Şiva kimi üç olması yox, eyni zamanda tək və üç olması qədər mənasız və ağlasığmaz nə ola bilər. Belə ki, hətta bu dinin əsas ehkamlarına bəzi əlavələr sayılan müxtəlif müqəddəs qalıqlara, müxtəlif allah anaların ikonalarına, ixtisaslarından asılı olaraq müxtəlif müqəddəslərə ünvanlanan, yalançı duaları nəzərə almasaq, protesttantların tale, qismət haqda təlimlərini nəzərə almasaq – nikey simvolu tərəfindən müəyyən edilmiş və hamı tərəfindən qəbul edilmiş bu dinin əsasları o dərəcə ağlasığmaz, əxlaqsız və sağlam insan hissi və düşüncəsinə o dərəcə zidd hala çatdırılıblar ki, insanlar onlara inana bilmirlər. Insanlar müəyyən sözləri dilləri ilə təkrarlaya bilərlər, lakin mənası olmayan şeyə inana bilməzlər. Dildə demək olar: mən inanıram ki, dünya 6ooo il əvvəl yaradılıb, yaxud: mən inanıram ki, İsa səmaya uçub və atanın yanında oturub, yaxudAllah təkdir və eyni zamanda üçdür; lakin bütün bunlara heç kim inana bilməz, çünki bu sözlərin heç bir mənası yoxdur. Buna görə təhrif edilmiş xristianlığa etiqad edən müasir dövrün insanları həqiqətdə heçnəyə inanmırlar. Elə bizim zəmanəmizin xüsusiyyəti də məhz bundadır.

VII
Bizim dövrün insanları heçnəyə inanmırlar, bununla belə, yanlış olaraq Pavelə aid edilən, yahudilərə ünvanlanan nəsihətnamədən götürülmüş, inamın səhv tərifinə görə(istinad edərək), düşünürlər ki, onların inamı var. Bu tərifə görə inam ümidlərin gerçəklənməsi(____) və gözlə görünməyənə əminlikdir(____). Inam ümidlərin gerçəklənməsi ola bilməz, çünki inam ruhi, daxili bir haldır, ümidlərin həyata keçməsi isə, zahiri bir hadisədir, inam heç gözlə görünməyənə əminlikdə deyil, çünki bu əminlik, sonraki izahda deyildiyi kimi, həqiqət şəhadətinə olan etimada əsaslanır, etimad və inam isə iki müxtəlif anlayışlardır. Inam nə ümid deyil nədə etimad, inam xüsusi ruhi, daxili bir haldır. Inam, insanı müəyyən əməllərə sövq edən, özünün həyatda mənsub olduğu mövqeyinin dərkidir. Insan, Katexizisdə* deyildiyi kimi, ona görə öz inamına uyğun hərəkət etmir ki, gözlə görünməyənə gözlə görünənə kimi inanır, yaxud intizarda olduğu şeyi əldə etməyə ümid edir, insan yalnız ona görə öz inamına uyğun hərəkət edir ki, özünün dünyada tutduğu mövqeyini müəyyən edərək, o, təbii olaraq, bu mövqeyə uyğun hərəkət edir. Belə ki, əkinçi ona görə torpaqda işləmir və dənizçi ona görə dənizə çıxmır ki, katexizisdə deyildiyi kimi, hər ikisi gözlə görünməyənə inanır yaxud öz fəaliyyətinə görə mükafat almağa ümid edir (bu ümid var, lakin onları idarə edən o deyil), onlar, yalnız, bu fəaliyyəti öz vəzifələri hesab etdikləri üçün, onunla məşğul olurlar. Həmçinin, mömin insan ona görə müəyyən tərzdə hərəkət etmir ki, o gözlə görünməyənə inanır yaxud öz fəaliyyətinə görə mükafat gözləyir, o, yalnız, özünün dünyadakı mövqeyini dərk edərək, təbii olaraq, bu mövqeyə uyğun hərəkət edir. Əgər insan cəmiyyətdə öz mövqeyini qara fəhlə, yaxud usta, məmur, tacir kimi müəyyən edibsə, onda o qara fəhlə, yaxud usta, məmur, tacir kimi işləməyi lazım bilir və işləyirdə. Həmçinin, ümumiyyətlə insan özünün həyat mövqeyini bu və ya digər şəkildə müəyyən edərək, mütləq və təbii olaraq, bu müəyyən edilmiş mövqeyə uyğun hərəkət edir (hətta hərdən bu mövqeyə uyğun deyil, dumanlı hissə, düşüncəyə uyğun hərəkət edir). Belə ki, məsələn, insan özünün həyat müvqeyini elə müəyyən edib ki, o Allah tərəfindən seçilmiş bir xalqın nümayəndəsidir və Allahın himayəsindən istifadə etmək(yararlanmaq) üçün, o bu Allahın tələblərini yerinə yetirməlidir, onda bu insan elə yaşayacaq ki, bu tələbləri yerinə yetirsin; başqa insan isə, öz mövqeyini belə müəyyən edib ki, o müxtəlif həyat formalarını keçib və keçir və onun yaxşı yaxud pis gələcəyi onun hərəkətlərindən asılıdır, onda o özünün bu düşüncələrini həyatında rəhbər tutaraq yaşayacaq; eləcədə öz mövqeyini, kiçik bir müddətə oyanaraq sonra isə əbədi məhvə məhkum olan şüuru öz üzərində daşıyan, atomların birləşməsi kimi müəyyən etmış üçüncü insanın davranışı əvvəlki hər iki insanın davranışından fərqli olacaq.

Bu insanların davranışı təmamilə fərqli olacaq, çünki onlar öz mövqelərini təmamilə fərqli müəyyən ediblər, yəni fərqli inanırlar. Inam elə din deməkdir, fərq yalnız ondadır ki, din deyəndə biz xaricdə müşahidə edilən hadisəni başa düşürük, inam deyəndə isə biz insanın öz daxilində hiss etdiyi həmin bu din kimi başa düşülən hadisəni nəzərdə tuturuq. Inam insanın dərk etdiyi sonsuz dünyaya münasibətidir və bu münasibət onun fəaliyyətinə istiqamət verir. Buna görə həqiqi inam heç vaxt məntiqsiz, mövcud biliklərə zidd ola bilməz və onun xüsusiyyəti insanlar düşündüyü kimi və kilsə atası: credo quia absurdum (inanıram, çünki ağlasığmazdır) deyərək, ifadə etdiyi kimi qeyri adilik və mənasızlıq ola bilməz. Əksinə həqiqi inamın müddəaları, baxmayaraq ki sübut edilə bilməzlər, nəinki heç vaxt məntiq və insan biliklərinə zidd olmurlar, əksinə, inamın, dinin müddəaları olmadan məntiqsiz və ziddiyətli görünən həyat hadisələrinə hər zaman aydınlıq gətirirlər.

Belə ki, məsələn, qədim yəhudı dünyanı, yeri, heyvanları və insanları və s. yaradan və onun xalqına, əgər tanrı qanunları ilə yaşasalar, himayə etməyi söz verən əbədi, ali, qüdrətli varlığın mövcudluğuna inanırdısa, bu inamla o nə isə məntiqsiz və onun biliklərinə zidd olan şeyə inanmırdı, əksinə onun bu inamı bunsuz qaranlıq qalan çoxlu sayda həyat hadisələrinə aydınlıq gətirirdi.

Eləcədə, bizim ruhlarımızın nə vaxtsa heyvan bədənlərində olduğuna və bu ruhların bizim həyatımızın yaxşı yaxud pis olmağından asılı olaraq daha yüksək heyvan bədənlərinə keçməsinə inanan indus(da), bu inamla çoxlu sayda başa düşmədiyi hadisələrə aydınlıq gətirir. Eləcədə, həyatı – bədbəxtlik, arzuların məhvi ilə əldə edilən rahatlığı isə həyatın mənası hesab edən insan. O mənasız şeyə deyil, əksinə onun dünya görüşünü bu inamla daha mənalı edən şeyə inanır. Eləcədə, Allahın – bütün insanların ruhi atası olduğuna və insanın özünün Allah oğlu olduğuna və bütün insanların biri biri ilə qardaş olduqlarını anladıqda ən ali xoşbəxtliyə müvəffəq ola biləcəklərinə inanan həqiqi xristian. Bütün bu inamlar sübut edilə bilməsələrdə, özü özlüyündə mənasız deyillər, əksinə bu inamlarsız mənasız və ziddiyətli görenən həyat hadisələrini, daha mənalı və anlaşıqlı edirlər. Bundan başqa, bütün bu inamlar insanın dünyadakı mövqeyini müəyyən edərək, mütləq insandan bu mövqeyə uyğun müəyyən fəaliyyət tələb edirlər. Buna görə əgər dini təlim mənasız, heçnəyə aydınlıq gətirməyən və həyat anlayışını daha da qarışdıran müddəaları israr edirsə, onda bu inam deyil, əksinə həqiqi inamın əsas xüsusiyyətlərini itirmiş onun təhrifidir.


Yüklə 186,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin